Bazar ertəsi, 09 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Brüsseldə liderlərin gözlənilən görüşü - Ermənistan bu dəfə Azərbaycanın tələblərini yerinə yetirəcək?

Son günlər Ermənistan mediasında Azərbaycanın tələblərinin yerinə yetirməkdən başqa çarələrinin qalmadığına işarə edilir...

Politoloq: “Brüssel görüşü əhəmiyyətli görüş olacaq. Çünki Ermənistanın bundan sonra atacağı addımlar konkret bəlli olacaq”.

“Qisas” əməliyyatı ilə prezident İlham Əliyev Ermənistan rəhbərliyinə açıq mesaj verdi ki, onlar daha vaxt udmağa çalışmasınlar. Bu mesaj o qədər açıq idi ki, ermənilər nəylə üzləşdiklərinə belə çaşdılar”.

Bu sözləri politoloq Məhəmməd Əsədullazadə AzərbaycanErmənistan arasında son baş verənləri PİA.az-a şərh edərkən qeyd edib.

ErmənistanAzərbaycanın sərhədlərin delimitasiyası və təhlükəsizliyi üzrə komissiyalarının ikinci iclasının avqustun sonunda Moskvada keçirilməsi planlaşdırılır. Bu barədə Ermənistan Baş nazirinin müavini Mher Qriqoryanın mətbuat xidmətindən məlumat verilib. Ermənistan mətbuatı həm də AzərbaycanErmənistan liderləri arasında Avropa İttifaqının vasitəçiliyilə keçiriləcək növbəti görüşün yeri və vaxtı barədə məlumat yayıb.

Qeyd edək ki, son günlər hakimiyyət mənsubları və hakimiyyətə yaxın KİV Ermənistanın Azərbaycanın tələblərini yerinə yetirməkdən başqa çarələrinin qalmadığına işarə edirlər. Bu fonda liderlərin gözlənilən görüşünü həlledici hesab etmək olarmı və demək olarmı ki, Ermənistan Azərbaycanın tələblərini yerinə yetirərək sülh sazişinin imzalanması üçün həlledici addımlar atacaq?

Avropa İttifaqının vasitəçili ilə Brüsseldə keçiriləcək liderlərin növbəti görüşünü PİA.az-ın əməkdaşı Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadə ilə müzakirə edib.

Məhəmməd Əsədullazadə: “Avqustun 31-də keçiriləcək görüşdə əldə olunan razılaşmaların icra mexanizmi və sülh müqaviləsinin bağlanması müzakirə ediləcək”.

“Qisas” hərbi əməliyyatindan sonra Ermənistan tərəfinin real addımlar atdığını vurğulayan politoloq bildirib ki, Ermənistan Azərbaycanla bir daha manipulyasiya etməyin hərbi qarşıdurmaya gətirəcəyinin fərqində oldu:

Ermənistanla Azərbaycan arasında hazırkı durumu “Qisas” əməliyyatından əvvəl və sonrakı prosesə bölmək olar. Ermənistan verdiyi sözləri tutmur, əldə olunan razılaşmalari və 10 noyabr Üçtərərfli Bəyannamənin bəndələrini fərqli izah edirdi. Brüsseldə üç dəfə keçirilən görüşdlərdən sonra da əldə olunmuş razılaşmalarla bağlı da manipulyasiya edirdi. Baxmayaraq ki, son Brüssel görüşündə konkret tarixlərlə razılaşma əldə olunmuşdu. Amma, Yerevan vaxt qazanmağa çalışırdı. Paşinyan və komandası hesab edirdi ki, danışıqlar aparmaqla əldə olunan razılaşmaları istədikləri qədər yubada biləcəklər. Bundan əvvəl də Minsk qrupunun vasitəçiliyi ilə danışıqlar 30 il uzanmışdı. Paşinyan da hesab edirdi ki, danışıq naminə danışıq yolu ilə ermənilər üçün ağrılı olan razılaşmaların icrasını onlar üçün uyğun olan vaxta qədər uzada bilərlər.

Lakin “Qisas” əməliyyatı ilə prezident İlham Əliyev Ermənistan rəhbərliyinə açıq mesaj verdi ki, onlar daha vaxt udmağa çalışmasınlar. Bu mesaj o qədər açıq idi ki, ermənilər nəylə üzləşdiklərinə belə çaşdılar.

Ona görə də “Qisas” hərbi əməliyyatindan sonra Ermənistan tərəfi razılaşmaların icra olunması iklə bağlı real addımlar atmağa başladı. Laçının boşaldılması da bu real addımlardan oldu. Ermənistan Azərbaycanla bir daha manipulyasiya etməyin hərbi qarşıdurmaya gətirəcəyinin fərqində oldu. Bu da Ermənistanın artıq zaman qazanmaq şansının olmamasını göstərdi. Eyni zamanda ermənilər anladılar ki, onlar artıq heç kimə güvənib Azərbaycana qalib gələ bilməzlər.

Məhəmməd Əsədullazadə: “Ermənistanın çıxış yolu yoxdur. Buna görə də Ermənistan imza atdığı bəndələrə əməl etməlidir”.

Sərhədlərin delimitasiya və demarkasiyasi üzrə komissiyanın iclasının Moskvada keçiriləcəyi qeyd edilib. Hətta Moskvanın vasitəçiliyi ilə İlham Əliyev və Nikol Paşinyan arasında da görüş keçiriləcəyi qeyd edilirdi. Amma, Brüsseldə Hikmet Hacıyevlə A. Qriqoryan arasında T. Klaar vasitəçiliyi ilə keçirilən görüşdə liderlərin Moskva deyil, Brüssel görüşünün davam etdirilməsi razılaşdırıldı. Avqustun 31-də keçiriləcək görüşdə əldə olunan razılaşmaların icra mexanizmi və sülh müqaviləsinin bağlanması müzakirə ediləcək. Xüsusilə Zəngəzur dəhlizinin açılması, sərhədlərin demarkasiyasi və delimitasiyası məsələsinin də müzakirə ediləcəyi gözlənilir.

Ümumiyyətlə, Brüssel görüşü əhəmiyyətli görüş olacaq. Çünki Ermənistanın bundan sonra atacağı addımlar konkret bəlli olacaq. Düşünürəm ki, Ermənistanın çıxış yolu yoxdur. Buna görə də Ermənistan imza atdığı bəndələrə əməl etməlidir. Əksi isə, hərbi qarşıdurmaya səbəb olacaq. Bunu Nikol Paşinyanda anlayır. Əslində Paşinyan baş nazir olaraq erməni cəmiyyətini başa salmalıdır. Ermənistanin müstəqillik bayramı münasibətilə məhz Nikol Paşinyan xalqa ünvanladığı bayram təbrikində də Ermənistanın çıxış yolu olmadığını vurğuladı”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda karate müəllimi azyaşlı ilə cinsi münasibətdə şübhəli bilindiyi üçün həbs edilib

İrana getmək istəyənlərin nəzərinə - Qaydalar sərtləşdirildi

Elariz Məmmədoğlu: "Qazancım haqda soruşmayın"

Ağstafada ər və arvad faciəli şəkildə öldülər - Təfərrüat

Millətlər Liqası: Azərbaycan səfərdə Slovakiyaya məğlub olub - Yenilənib

Qıcqırmış salat, gömgöy kəsmik.. - "Araz"da vaxtı keçmiş məhsullar satılır

Ən çox oxunanalar