Şənbə, 07 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xalq artisti: “Millətini sevən adam onu çörəklə imtahana çəkməz”

“Bu gün “Azərbaycan kəndlisi təmbəldir” deyə iddia edən ekspertlər bölgələrə gedib onların problemləri ilətanış olublarmı? Onların həyat şəraitlərindən xəbərləri varmı? Bunu bilmirlər”.

PİA.az xəbər verir ki, bu sözləri Yenisabah.az-a Xalq artisti Nurəddin Mehdixanlı deyib. Son vaxtlar artan qiymətlərdə kəndlini günahkar hesab edən ekspertlərə cavab verən aktyor onları sərt şəkildə qınayıb:

“Əksər hallarda o cür ekspertlər Bakıda kabinetdə oturub klaviatura arxasından, televiziya ekranından ağıl öyrədirlər. Bilmədiyi məsələ haqqında fikir bildirmək son zamanlar bizdə dəb halını alıb. Mənə elə gəlir ki, hər hansı sahə üzrə fikir söyləmək istəyən ekspert məsələnin mahiyyətindən xəbərdar olmalıdır.

Bu gün Azərbaycan kəndlisi krediti neçə faizlə alır xəbəriniz varmı? Kəndli dövlət tərəfindən ona ayrılmış subsidiyaları nə şəkildə əldə edir? Həmin yardımların nə qədəri ona çatır? İstehsal etdiyi mal neçəyə alınır? Bütün bunları bilmədən qiymət artımının səbəbini havadan götürüb kəndlinin üstünə atmaq haqsızlıq və ədalətsizlikdir. Azərbaycan kəndlisi həmişə zəhmətkeş olub, hər zaman çörəyini dişi, dırnağı ilə qazanıb. Bu gün əgər Bakı şəhəri kənd təsərrüfatı məhsulları, ərzaq məhsulları ilə təmin olunursa, bu elə kəndlinin hesabınadır”.

Sənətçi bildirib ki, kəndli dövlət tərəfindən ayrılan yardımın çox cüzi hissəsini ala bilir:

“Dövlət tərəfindən kəndliyə ayrılan yardım ona son məqamda ya çatar, ya çatmaz. Çatsa da çox cüzi hissəsi gəlib çatır. Kəndlinin istehsal etdiyi məhsulu öldürüb, qəpik-quruşa ondan alırlar. Kəndli sonda aldığı krediti belə ödəyə bilmir. Kəndli heç vaxt təmbəl olmayıb.

Kənd təsərrüfatı sahəsində biz daha çox istehsalçı olmalıyıq. Amma təəssüflər olsun ki, marağı olan müəyyən qüvvələr var, onlar daha çox qazanmaq istəyənlər var. Onlar kənd təsərrüfatı sahəsindən kifayət qədər qazanc götürə bilmədiklərinə görə bu sahəni “ölü zona”ya çeviriblər və xarici ölkələrdən məhsulları gətirib baha qiymətə satırlar. Onlar dövlət büdcəsinin üstünə oturmaq oyunu oynayırlar. Nəticə etibarı ilə də ölkədə qiymət artımı yaranır. Dəfələrlə dövlət başçısı qiymət artımı ilə bağlı xəbərdarlıq edib. Xəbərdarlıqdan sonra sürətlə bəzi məhsulların qiyməti düşüb. Deməli, işbazlar qiymətləri həddindən artıq qaldırıblar. Dövlətini, millətini sevən adam onu çörəklə, qida ilə imtahana çəkməz”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Politoloq: Azərbaycan Rusiyaya ciddi nota verməlidir...

Prezident İlham Əliyev İtaliyada Beynəlxalq Çernobbio Forumunda çıxış edib - Yenilənib

Azərbaycanda bu şəxsləri 5 il həbs cəzası gözləyir - Xəbərdarlıq

İran “Zəngəzur dəhlizi”nin açılmasını imkansız edən gücə sahibdir?

Bakıda satışa çıxarılan məşhur bina 2.5 milyon manat ucuzlaşdı

Əbülfəs Qarayevin qızının Rusiyadakı şirkətinin gəlirləri azalıb

Azərbaycan Ordusunun hərbçisi odlu silahla özünü öldürüb

Taleh Qaraşovun rəhbərlik etdiyi qurumun 730 minlik tenderi ləğv edildi

Mehriban Ələkbərzadə Corc Qafarovu işdən çıxardı

Bakı, Sumqayıt, Abşeron üzrə pensiyaların ödəniləcəyi vaxt açıqlanıb

Ən çox oxunanalar