Şənbə, 17 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Laçında erməni irsi haradan ortaya çıxıb?

Erməni tərəfi öz ənənələrinə sadiq qalaraq Laçında “mədəni irs” üzrə anma törəni keçirib...

Söhbət şəhərdəki kilsədən, Qarabağ müharibəsi iştirakçılarının abidələrindən və digər “görməli yerlər”dən gedir.

Məlumatsız adam düşünə bilər ki, söhbət hansısa qədim və mübahisəli bir şeydən gedir. Halbuki, ermənilərin taleyinə ağladıqları kilsə işğaldan 6 il sonra, 1998-ci ildə Laçında inşa edilib. Sonrakı illərdə Laçında ermənilər özlərinin heç vaxt yaşamadığı Azərbaycan torpaqlarını işğal etmiş əsgərlərə həsr olunmuş yeni abidələr ucaldıblar.

Bütün bunlar ermənilərin mədəni irsidirmi?

Dünyada vahid “mədəni irs” anlayışı yoxdur, lakin keçmiş nəsillərin yaratdığı, nəsildən-nəslə ötürülən maddi və mənəvi mədəniyyət obyektlərinin dəyərli və hörmətli hesab olunması ümumqəbuledilmiş haldır. Bu əşyalar arxeoloji, elmi və ya bədii dəyərə malik olmalıdır.

İşğal illərində ermənilər işğal olunmuş digər ərazilərdəki kimi, Laçının da yerli əhalisinin mədəni irsi sayılan bir çox obyektləri məhv ediblər. Bunlar məscidlər, qəbiristanlıqlar, kitabxanalar, teatrlar, muzeylərdir. Bu əşyaların eksponatlarının mütləq əksəriyyəti oğurlanıb və ya məhv edilib. Eyni zamanda bu torpaqlarda ilk növbədə kilsələr şəklində “ermənilərin mədəni irsi” ortaya çıxıb. Məsələn, Cəbrayıl rayonunda Azərbaycanın bu bölgəsini ələ keçirmiş erməni əsgərlərin şərəfinə tikilmiş ibadət evini göstərmək olar.

Əslində bütün bunlar işğal dövrünün mirasıdır və ermənilər Azərbaycanın mədəni irsinə vurduqları ziyana görə uzun müddət cavab verməli olacaqlar. (turan)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

VHP-çi namizəd Gülnar Hüseynova Ucarda seçicilərlə görüşüb

Keçmiş diplomatlardan ibarət şəbəkə ifşa olunub - Yeni faktlar

Talıbovlarla bağlı sensasiya - İki deputat mandatını...

Qoşqar Təhməzli istefa verməlidir – Eyyub Hüseynov

Politoloq: İranda Pezeşkianla bağlı ciddi problemlər olacaq...

Qəbələdə toyda kütləvi zəhərlənmə olub, araşdırma aparılır - Yenilənib

Sumqayıtda mənzildə qumbara partlayıb, ölən var - Yenilənib

Ermənilərin növbəti tarix saxtakarlığı - 1828-ci ildə “Şərqi Ermənistan” olub?

Natiq Miri: Putini təcili qaydada Azərbaycana gətirəcək elə bir ciddi hadisə mövcud deyil...

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay