Şənbə, 17 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Alim: "Lökbatanda palçıq vulkanı alovlanma ilə püskürüb"

"Bu gün saat 09:36-da püskürən Lökbatan palçıq vulkanı Bakıdan 15 km cənub-qərb istiqamətində, Xəzər dənizi sahilində eyniadlı neft-mədən sahəsində yerləşir. Sonuncu dəfə vulkanın püskürməsi 2017-ci ildə qeydə alınıb. Bu, aktiv palçıq vulkanıdır".

Bu fikirləri "Report"a açıqlamasında AMEA-nın Geologiya və Geofizika İnstitutunun (GGİ) Palçıq vulkanizmi şöbəsinin aparıcı elmi işçisi Orxan Abbasov deyib.

Onun sözlərinə görə, bu, Azərbaycanda baş verən palçıq vulkanları ilə müqayisədə nisbətən güclü püskürmədir: "Püskürmənin gücü də yer səthinə çıxarılan palçığın həcmi və əmələ gələn çatlarla ölçülür. Bu püskürmə zamanı güclü alovlanma baş verməyib. Çox az həcmli alovlanma baş verib. Amma yer səthinə çıxarılan breaksiya sahəsi 2 hektar ərazini əhatə edir".

O.Abbasov bildirib ki, palçıq axının qalınlığı 80-90 sm-dir: "Ona görə də biz bunu nisbətən güclü püskürmə kimi də qiymətləndirə bilərik".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tovuzlu sahibkar: " Bir çarəm qalır, fəaliyyətimi dayandırmaq" - Video

Xalq artisti Cahangir Novruzovun Ankarada 70 illik yubileyi keçirilib

Kəlbəcərdə qardaşları ilə birlikdə itkin düşən Təranə Zeynalovanın qan donduran hekayəsi - Video

Sırski: Ukrayna ordusu Kursk vilayətində daha 1-3 km irəliləyib

Ukrayna Kurskda körpünü vurdu, 700 rus hərbçisi mühasirədə qalıb

Bakıda və Abşeronda süxurun qanunsuz daşınması faktı aşkarlandı

Gülnar Hüseynova Yuxarı Şilyan kəndində seçicilərlə görüşüb - Fotolar 

55 nəfərin zəhərləndiyi toyun keçirildiyi restoran sahibi danışdı

"General-mayor" rütbəsi alan Bəhmən Babayev bu məşhur komandirin əmisi oğludur - Foto

Bayden namizədlikdən imtina etdikdən sonra ilk dəfə Harrislə mitinqdə iştirak edib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay