Cümə axşamı, 12 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bankların hesabatları... - 2015-ci ildən bank sektorunda yaranan böhran artıq arxada qalıb?

Hesabatlardan belə görünür ki, bankların əsas gəlirləri kreditləşmədən deyil. Bu vəziyyət iqtisadiyyatın inkişafina necə təsir edir?..

Bank üzrə ekspert: “Bank sistemində böhranın arxada qalmasını demək olmaz. Çünki istənilən rəqəmləri nisbi qiymətləndirmək lazımdır”.

“Daha böyük nəticələri ilin sonunda görə biləcəyik. Böyük ehtimalla Azərbaycanda bank sektorunda inhisarlaşma davam edir. Buna görə ola bilər ki, bir neçə xırda, kiçik banklar da müflisləşsinlər”.

Bu sözləri bank üzrə ekspert Əkrəm Həsənov bankların ilin 2-ci rübü üçün açıqladıqları maliyyə hesablarını PİA.az-a şərh edərkən qeyd edib.

Azərbaycanda fəaliyyət göstərən 26 bank 2022-ci ilin 2-ci rübü üçün maliyyə hesabatlarını açıqlayıblar. Maliyyə hesabatı açıqlayan banklardan 2-si - “BTB Bank” və “Pakistan Milli Bank” zərər edib. Ən yüksək mənfəəti “Paşa holdinq”ə bağlı olan, “Kapital bank” əldə edib. Bu bankın 2-cü rübdəki xalis mənfəəti 127 milyon manat olub.

Bu hesabatlara görə Azərbaycanın bank sektorundakı vəziyyəti necə dəyərləndirmək olar? Demək olarmı ki, 2015-ci ildən sonra problemli kreditlər ucbatından bank sektorunda yaranan böhran artıq arxada qalıb? Həmçinin hesabatdan belə görünür ki, bankların əsas gəlirləri kreditləşmədən deyil, aparılan bank əməliyyatlarındandır. Bu vəziyyət iqtisadiyyatın inkişafina necə təsir edir?

Bankların indiki vəziyyətini PİA.az-ın əməkdaşı bank üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov ilə müzakirə edib.

Əkrəm Həsənov: “Bankların dərc etdikləri hesabatlarına tam etibar yoxdur. 2015-ci ildən bu yana olan bankların rüblük hesabatlarında baxanda (pandemiya dövrünü çıxsaq) görəcəyik ki, hamısı indiki kimi, mənfəətlə işlədiklərini qeyd ediblər”.

Böyük bankların əllərində olan vəsaitlərlə, resurslarla normal qazanmadıqlarını bildirən ekspert PİA.az-a açıqlamasında qeyd edib ki, banklar kreditləşmədən az qazanırlar. Bunun özü də bizim bank sistemi üçün mənfi göstəricidir:

“Əlbəttə, bank sistemində böhranın tam arxada qalmasını demək olmaz. Çünki istənilən rəqəmləri nisbi qiymətləndirmək lazımdır. Eyni zamanda bankların dərc etdikləri hesabatlara da etibar yoxdur. 2015-ci ildən bu yana olan bankların rüblük hesabatlarında baxanda (pandemiya dövrünü çıxsaq) görəcəyik ki, hamısı indiki kimi, mənfəətlə işlədiklərini qeyd ediblər.

Bildiyimiz kimi 2015-ci ildən bu yana bankların sayı yarıya qədər azalıb, yəni müflisləşiblər. Halbuki, müflisləşən banklar da bu illər ərzində hesabatlarında mənfəətlə çıxdıqlarını deyirdilər. Ən bariz nümunə 2019-cu ilin nəticəsinə görə “Ata Bank” mənfəətlə çıxdığını yazmışdı. 2020-ci ilin aprelində isə “Ata Bank” müflis elan edildi və məlum oldu ki, “Ata Bank” bir neçə il imiş müflis imiş və hesabları da yalnış veriblər.

Bu baxımdan bankların dərc etdikləri hesabatlarına tam etibar yoxdur. Həmçinin yüksək mənfəətlə işləyən bir neçə bank var. O biri banklarda elə də böyük mənfəət yoxdur. Eyni zamanda ən böyük bankların kapitalları da yüksəkdir. Məsələn “Beynəlxalq bank”a qoyulan səhmlərin qiyməti bir neçə milyarddır. Bir neçə milyardın müqabilində əldə etdikləri mənfəət elə də çox deyil.

Əkrəm Həsənov: “Azərbaycan kimi ölkədə bankların əsas gəliri kreditləşmədən olmalıdır. Amma ölkədə kreditləşmə zəifləyib. Banklar yaxşı müştəri tapıb onlara kredit verə bilmirlər”.

Bu məsələyə yanaşanda biz belə baxmalıyıq. Məsələn mən bir işə 10 min manat pul yatırıram. İlin nəticəsinə görə oradan bir min gəlir götürürəm. Bu da 10 faiz edir. Başqası eyni isə eyni işə bir milyon vəsait qoyur və ildə 5 min götürür. Yəni nisbət baxımından o, məndən xeyli az vəsait götürüb. Çünki o çox pul yatırmışdı. Bu da onu göstərir ki, heç onun da fəaliyyəti tamamilə səmərəli deyil. Yəni mənim fəaliyyətim ondan daha çox səmərəlidir.

Bizim böyük banklarımız da əllərində olan vəsaitlərlə, resurslarla yaxşı qazanmırlar. Digər tərəfdən də banklar kreditləşmədən az qazanırlar. Bunun özü də bizim bank sistemi üçün mənfi göstəricidir. Çünki Azərbaycan kimi ölkədə bankların əsas gəliri kreditləşmədən olmalıdır. Amma ölkədə kreditləşmə zəifləyib. Banklar yaxşı müştəri tapıb onlara kredit verə bilmirlər. Buna görə də kreditləşmə zəifləyib.

Əkrəm Həsənov: “Böyük bankların hesabatlarına daha çox etibar var, nəinki kiçik və orta səviyyəli olan bankların hesabatlarına. Bu baxımdan indiki hesabat heç nəyin göstəricisi deyil”.

Qeyd edim ki, bank sistemində müəyyən sabitləşmə var. Amma bu sabitləşmə dünya bazarlarında neft qiymətlərinin sabit qalmasına göstəricisidir. Yəni ölkəyə maliyə axını var. Bunun sayəsində də böyük banklar nisbətən sabit fəaliyyət göstərə bilirlər. Böyük bankların hesabatlarına daha çox etibar var, nəinki kiçik və orta səviyyəli olan bankların hesabatlarına. Bu baxımdan indiki hesabat heç nəyin göstəricisi deyil.

Daha böyük nəticələri ilin sonunda görə biləcəyik. Böyük ehtimalla Azərbaycanda bank sektorunda inhisarlaşma davam edir. Buna görə ola bilər ki, bir neçə xırda, kiçik banklar da müflisləşsinlər. Bu da bank sistemində qeyri-sabitliyə gətirə bilər. Buna görə də ilin sonunu gözləmək lazımdır”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Evlilik təklif etdim, o da... - Elmar Məmmədyarovla söhbət - Video

Növbəti köç karvanı Laçına çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Azərbaycanda tələbə yataqxanalarının qiyməti - Siyahı

İranın azərbaycanlı prezidenti suala kürdcə cavab verdi

İran Prezidentinin İraqa səfəri başlayıb - Yenilənib

Vətən müharibəsi iştirakçısı Ukraynada həlak oldu

22 saylı Nəsimi-Yasamal Seçki Dairəsində 3 seçki məntəqəsində seçkinin nəticələri etibarsız sayılıb

İlqar Məmmədov REAL-ın sədrliyindən istefa verib

Ən çox oxunanalar