Cümə axşamı, 05 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan futbolu Parisdən idarə olunur 

Elxan Məmmədovun kadrı PFL-ə gətirildi...

Bildiyiniz kimi, bu gün Ramin Musayev Peşəkar Futbol Liqasının prezidenti vəzifəsindən gedib, qurumun konfransı keçirilib və Elxan Səmədov PFL-in prezidenti seçilib.

Azsiyaset.com-a daxil olan məlumata görə, E.Səmədov bu ilin mayında AFFA-nın Baş katibi vəzifəsindən uzaqlaşdırılan Elxan Məmmədovun ən yaxın adamlarından biridir.

Görünən budur ki, hələ də Azərbaycan futbolunu hazırda Parisdə yaşayan və FİFA-da yüksək vəzifə daşıyan E.Məmmədov idarə edir, onun ölkə futbolu üzərində ciddi təsir imkanları qalmaqdadır.

Diqqət ediriksə, E.Məmmədov vəzifədən uzaqlaşdırılandan sonra ölkə futbolunda ciddi nəticələr əldə olunub. Son iki ayda futbolçularımızın qazandığı qələbələri təsadüfi hadisə hesab etmək sadəlövlük olardı.

PFL-nin yeni prezidenti E.Səmədov E.Məmmədovun ən yaxın kadrlarından biri kimi 2009-cu ildə AFFA-da Departament direktoru təyin olunmuşdu. E.Məmmədova yaxın olmayan şəxs bu posta təyin oluna bilməzdi.

Milli Məclisin deputatı Aqil Abbas PFL-də baş verən dəyişikliklərə, Ramin Musayevin PFL-dan getməsinə maraqlı münasibət bildirib:

“Kimisə, özlərinin bir adamını qoyacaqlar, əlaltı eləyəcəklər. Ramini əlaltı edə bilməyiblər. Nə bilim, tapıb qoyacaqlar da, o qədər adam var ki”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İsmayıllıda vəzifəli şəxslərə qarşı əməliyyat

9 saylı dairədə nəticələr ləğv edilə, Kəmaləddin Qafarov mandatsız qala bilər

Ermənistanın yeni “Zəngəzur dəhlizi” təklifi... - Bakı bu təklifi qəbul edə bilərmi?

20-yə yaxın məmur onunla əlbir olub pulları mənimsəyib - Adlar

Politoloq: Türkiyə və İran arasında qapalı qarşıdurma pik həddinə çatır...

Tehranın israrla “Zəngəzur dəhlizi”nə qarşı olmasının əsas səbəbləri nədir?

Lamiyə Vəliyevanın atası: "Qızımla nə qədər qürur duysam, azdır"

Qərb Rusiyanın təhdidlərinə boyun əyir, nüvə müharibəsi yaxınlaşır

Paris Paralimpiadasının azərbaycanlı medalçılarına nə qədər mükafat veriləcək?

Müharibənin ən bahalı 24 saatı: Ruslar Pokrovsk yolunda "rekord" qırıb...

Ən çox oxunanalar