Şənbə, 17 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Erməni və rusların təxribatları - Azərbaycan niyə antiterror əməliyyatına vadar edilir?..

Erməni silahlı birləşmələri təxribat xarakterli silahlı insidentləri ard-ardınca davam edir...

Hərbi-ekspert: “Rusiya sülhməramlıları müvəqqəti nəzarət etdikləri Azərbaycan ərazilərində son aylar ərzində kifayət qədər böyük qanun pozuntularına yol veriblər”.

“Münaqişə tərəfləri ilə münasibətdə neytral və bitərəf qalmalı olan Rusiya sülhməramlılarının bu fəaliyyətsizliyi isə təbii ki, erməni silahlılarını daha da cəsarətləndirir”.

Bu sözləri hərbi-ekspert Ədalət Verdiyev Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində getdikcə artan atəşkəs pozuntularının nəticələrini PİA.az-a şərh edərkən qeyd edib.

Azərbaycan Müdafiə Nazirliyindən verilən məlumata görə ötən sutka ərzində erməni silahlı birləşmələri tərəfindən ümumilikdə 9 dəfə təxribat xarakterli silahlı insident törədilib. Bunlardan 2-si Azərbaycan-Ermənistan dövlət sərhədinin Qarakilsə rayonunun Saybalı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərdən Ordumuzun Laçın rayonunun Minkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atəşə tutmaqla baş verib.

Digər 7 insident isə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Tərtər, Ağdam, Xocavənd və Xocalı rayonları istiqamətlərində yerləşən mövqelərini fasilələrlə müxtəlif çaplı silahlardan atəşə tutmaqla qeydə alınıb.

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində getdikcə artan atəşkəs pozuntularının çoxalması nədən xəbər verir və aciz durumda olan ermənilər hansı hesablar apararaq Azərbaycanın yeni antiterror əməliyyatına vadar edəcək addımlar atırlar?

Cəbhədə baş verən son hadisələri PİA.az-ın əməkdaşı hərbi-ekspert Ədalət Verdiyev ilə müzakirə edib.

Ədalət Verdiyev: “Atəşkəs rejiminin pozulması Azərbaycana qarşı ərazi iddialarının yenidən baş qaldırması anlamına gəlir”.

Bütün bu sadalananların Azərbaycan tərəfini daha təsirli və daha adekvat tədbirlər görməyə vadar etdiyini vurğulayan ekspert PİA.az-a bildirib ki, anti-terror, təmizləmə, çəkindirmə, məcburetmə, aşındırma və sair kimi adlana biləcək əməliyyatın hansı ad daşıması önəmli deyil. Önəmlisi həm Ermənistan, həm də Qarabağdakı separatçı qurum üçün bunun kifayət qədər ağrılı və acılı nəticələr vəd etməsidir:

Rusiya sülhməramlıları müvəqqəti nəzarət etdikləri Azərbaycan ərazilərində son aylar ərzində kifayət qədər böyük qanun pozuntularına yol veriblər. Həm Qarabağ ərazisinə sülhməramlılar tərəfindən qanunsuz silah daşınması, yəni Laçın rayonunda Azərbaycana məxsus infrastrukturun rus sülhməramlıları tərəfindən sökülüb daşınması, həm Xocalı ərazisində erməni silahlılarının Azərbaycan mövqelərinə qarşı istehkam qurğuları hazırlanması, həm də erməni silahlılarının rusların nəzarətində olan ərazilərdən daha əvvəl əsgərimizə qumbara atması və başqa qanun pozuntuları onu göstərir ki, Rusiya sülhməramlıları öz funksional vəzifələrini artıq yerinə yetirmək durumunda deyil.

Münaqişə tərəfləri ilə münasibətdə neytral və bitərəf qalmalı olan Rusiya sülhməramlılarının bu fəaliyyətsizliyi isə təbii ki, erməni silahlılarını daha da cəsarətləndirir. Onlar son günlər ərzində 9 dəfə atəşkəsi pozublar. Atəşkəsin 7-si rusların nəzarətində olan ərazilərdən pozulub. Atəşkəs rejiminin pozulması isə Azərbaycana qarşı ərazi iddialarının yenidən baş qaldırması anlamına gəlir. Digər tərəfdən isə bu atəşkəs pozuntusu Azərbaycan ordusunun şəxsi heyyətinin həyat və sağlamlığı üçün real təhdid yaradır.

Bütün bu sadalananlar Azərbaycan tərəfini daha təsirli və daha adekvat tədbirlər görməyə vadar edir. Anti-terror, təmizləmə, çəkindirmə, məcburetmə, aşındırma və sair kimi adlana biləcək əməliyyatın hansı ad daşıması önəmli deyil. Önəmlisi odur ki, həm Ermənistan, həm də Qarabağdakı separatçı qurum üçün bu kifayət qədər ağrılı və acılı nəticələr vəd edir”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

VHP-çi namizəd Gülnar Hüseynova Ucarda seçicilərlə görüşüb

Keçmiş diplomatlardan ibarət şəbəkə ifşa olunub - Yeni faktlar

Politoloq: İranda Pezeşkianla bağlı ciddi problemlər olacaq...

Qoşqar Təhməzli istefa verməlidir – Eyyub Hüseynov

Talıbovlarla bağlı sensasiya - İki deputat mandatını...

Qəbələdə toyda kütləvi zəhərlənmə olub, araşdırma aparılır - Yenilənib

Sumqayıtda mənzildə qumbara partlayıb, ölən var - Yenilənib

Tovuzlu sahibkar: " Bir çarəm qalır, fəaliyyətimi dayandırmaq" - Video

Ermənilərin növbəti tarix saxtakarlığı - 1828-ci ildə “Şərqi Ermənistan” olub?

Natiq Miri: Putini təcili qaydada Azərbaycana gətirəcək elə bir ciddi hadisə mövcud deyil...

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay