Şənbə, 03 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

FHN-in əməkdaşı dünya çempionu oldu - Foto

Türkiyə Respublikasının İstanbul şəhərində 14-17 iyul tarixlərində Beynəlxalq Kyokuşinkay Karate Federasiyasının təşkilatçılığı ilə gənclər və böyüklər arasında kyokuşinkay karate və ciyutaido üzrə dünya çempionatı keçirilib.

PİA.az xəbər verir ki, çempionatda 25 ölkədən 220-yə yaxın idmançı öz qüvvəsini sınayıb.

Yarışda iştirak edən Azərbaycan kyokuşinkay karate və ciyutaido üzrə yığma komandanın idmançıları yüksək nəticələr əldə ediblər. Yüksək nəticə əldə etmiş idmançılar arasında Fövqəladə Hallar Nazirliyinin əməkdaşı da var.

Belə ki, kişilər arasında kumite yarışlarında Fövqəladə Hallar Nazirliyinin kyokuşinkay karate, eyni zamanda Azərbaycan milli yığma komandasının üzvü, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşı, daxili xidmət çavuşu İskəndər Həsənov 75 kq çəki dərəcəsində 4 döyüş keçirərək bütün rəqiblərinə qalib gəlib və qızıl medalın sahibi olub. Qalibə Beynəlxalq Kyokuşinkay Karate Federasiyasının kuboku, medal və diplomu təqdim olunub.

Qeyd edək ki, İskəndər Həsənov kyokuşinkay karate üzrə respublika çempionatının, ikiqat dünya kubokunun və beynəlxalq turnirlərin qalibidir. 25 iyul 2022-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev yarışda uğur qazanmış idmançı ilə görüşərək qazandığı nailiyyətə görə təbrik edib və gələcək yarışlarda uğurlar arzulayıb.

Fotolar

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İran hərbi texnikaları hərəkətə keçdi - Əhaliyə xəbərdarlıq edildi

Partnyorunuzla xoşbəxt münasibət qurmağın 3 yolu

Ovuclardakı xətlər nəyə lazımdır? - İnsan bədəni haqqında

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Milli Kino Günü qeyd olunub

Sabah cənub rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Pentaqon İsraili dəstəkləmək üçün Yaxın Şərqdəki qüvvələri yenidən formalaşdırır

“Təhminə” “Zaur”un ad gününü belə təbrik etdi

“Qisas” antiterror əməliyyatından iki il ötür

Yasamaldakı MİDA yaşayış kompleksində yanğın olub - Foto,Video

Ən çox oxunanalar