Cümə axşamı, 12 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Allahşükür Paşazadə Tbilisidə camaat namazında iştirak edib

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadənin rəhbərliyi ilə Tbilisi Cümə məscidində camaat namazı qılınıb.

“Report”un yerli bürosu xəbər verir ki, namazda Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) sədri Şeyx Hacı Ramin İgidov, Şərqi Gürcüstanın müftisi Etibar Eminov, Qərbi Gürcüstanın müftisi Adam Şantadze, Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev də iştirak edib.

Din xadimləri Azərbaycan və Gürcüstanda sülh, əmin-amanlığın hökm sürməsi üçün dualar ediblər.

QMİ sədri GMİ-nin rəhbər şəxsləri ilə görüş də keçirib. Görüşdə Gürcüstan hökumətinin müsəlman icmasına qayğı və dəstəyindən söz açılıb, Gürcüstan və Azərbaycan arasında dini sahədə əməkdaşlıq məsələləri müzakirə olunub.

Şeyxülislam A.Paşazadə Gürcüstanın azərbaycanlı icmasının dövlətçilik naminə gördüyü işləri yüksək qiymətləndirib. O, din xadimlərinə işğaldan azad olunan Qarabağ torpaqlarını ziyarətə görə minnətdarlığını bildirərək qeyd edib ki, bu səfər Azərbaycanda çox yüksək dəyərləndirilib.
 
GMİ sədri öz növbəsində rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri barədə ətraflı məlumat təqdim edib, Azərbaycanla dini sahədə əməkdaşlığın xüsusi önəm kəsb etdiyini bildirib.

pia.az 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Növbəti köç karvanı Laçına çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Evlilik təklif etdim, o da... - Elmar Məmmədyarovla söhbət - Video

Bakıda müğənni Kərimin toy zamanı döyülməsinin təfərrüatları məlum olub

İran Prezidentinin İraqa səfəri başlayıb - Yenilənib

Rusiyanın hərbi texnikası nə vaxt tükənəcək? -  Analitiklərdən məyusedici proqnoz 

Politoloq: Azərbaycan dövlətinin humanistliyi zatən ABŞ-dan çoxdur...

Vətən müharibəsi iştirakçısı Ukraynada həlak oldu

Ermənistanda hakim partiyanın üzvləri: Azərbaycanı divara dirəməyə hazırıq...

Tramp və Harris Ukrayna münaqişəsinin həlli ilə bağlı mübahisə ediblər

Ən çox oxunanalar