Şənbə, 07 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ailəsi Polad Həşimovun şəhadətə ucaldığı postu ilk dəfə ziyarət etdi - Video

Bu gün ilk dəfə olaraq ailəsi general-mayor Polad Həşimovun şəhadətə ucaldığı postu ziyarət edib.

Ziyarətdə Polad Həşimovun həyat yoldaşı Ofeliya Həşimova və oğlanları - Davud və Teymur, Müdafiə Nazirliyinin nümayəndələri və ''Xəzər Xəbər''in çəkiliş qrupu iştirak edib.

Postda şəhid generalımızın və bütün şəhidlərimizin ruhuna dualar oxunub. Daha sonra şəhid generalın Tovuz döyüşləri zamanı xidmət etdiyi yerlər ziyarət edilib, eyni zamanda, tapşırıqları əsasında dağıdılan düşmən mövqeləri izlənilib.

Həmçinin şəhid generalımızın xanımı ön xətdə xidmət edən hərbçilərlə görüşüb. Onlara xidmətdə möhkəm olmağı arzu edib. Ofeliya Həşimova həyat yoldaşı ilə qürur duyduğunu və onunla bərabər şəhid olan 11 hərbçimizin qisasının Vətən müharibəsində alındığını deyib. Torpaqlarımızın işğaldan azad edilməsinin şəhid ailələri üçün tək təsəlli və qürur mənbəyi olduğunu bildirib.

Şəhid generalın oğlu da atası kimi mərdanə danışaraq düşmənə elə ön xəttə meydan oxuyub.

Şəhid generalımızın ailəsinə bu postun ləyaqətlə qorunacağına və burada Polad Həşimovun xatirəsinin daim əziz tutulacağına dair şərəf sözü verilib.

pia.az

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Politoloq: Azərbaycan Rusiyaya ciddi nota verməlidir...

Prezident İlham Əliyev İtaliyada Beynəlxalq Çernobbio Forumunda çıxış edib - Yenilənib

Bakıda satışa çıxarılan məşhur bina 2.5 milyon manat ucuzlaşdı

Əbülfəs Qarayevin qızının Rusiyadakı şirkətinin gəlirləri azalıb

Direktorla müəllim arasında dava - Təcili yardım çağırıldı

Mehriban Ələkbərzadə Corc Qafarovu işdən çıxardı

Bakı, Sumqayıt, Abşeron üzrə pensiyaların ödəniləcəyi vaxt açıqlanıb

Arabir yağış yağıb, dənizdə dalğanın hündürlüyü 3.2 metrə çatıb - Faktiki hava , Yenilənib

Zelenski Şolts ilə birgə silah istehsalını müzakirə edib – Yenilənib

Yeni yaradılmış Zeyd Döyüş Mərkəzinin (ZEYD FİGHT CENTER) ünvanı Baki İdman Sarayıdır

Ən çox oxunanalar