Şənbə, 17 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xarici səyyahların azad edilmiş ərazilərə səfəri başa çatdı - Foto

Müxtəlif ölkələrdən olan bir qrup səyyahın azad edilmiş ərazilərə səfəri başa çatıb.

“Report” xəbər verir ki, 3 gün ərzində dünyanın 10 ölkəsindən olan səyahətçilər Xocavənd, Ağdam, Şuşa, Kəlbəcər, Zəngilan, Laçın, Füzulidə olublar.

“Most Traveled People” cəmiyyətinin yaradıcısı olan San-Fransiskodan olan səyyah Çarlz Villi “Report”un sualı cavablandıraraq bildirib ki, onlar infrastrukturla bağlı görüləcək işlərlə maraqlanıblar.

“Bizim təklif etdiyimiz ilk iş yolların yenidən qurulmasıdır. Bu bölgənin təbiəti və potensialı çox böyükdür. Məni ən çox təəccübləndirən Laçında, belə dağlıq ərazidə aeroportun olmasıdır. Həmçinin Qarabağ piyada gəzintiləri üçün əla yerdir”.

Türkiyədən olan səyahətçi Uğur Dəmircan Qarabağa səfər etdiyi üçün çox xoşbəxt olduğunu bildirib.

“Biz Zəngəzur dəhlizinin tikintisinin tamamlanmasını gözləyirik, bundan sonra Türkiyədən Azərbaycana turist axını olacaq. Müharibə faciədir, lakin gözəl bir şey yaratmaq üçün fürsətdir. Qarabağda vandalizm gördüm, qorxuludur. Ağdam xüsusilə qorxuludur. Hətta insanların ziyarəti və gələcək nəsillər üçün vandalizm nümunəsi olması üçün onu bu cür saxlamağı təklif etdim”.

Nyu-Yorkdan olan səyahətçi Liya Abmamonte öz növbəsində bildirib ki, Füzuli aeroportu və Zəngilanda tikilməkdə olan hava limanı möhtəşəmdir, uçuşların axını üçün orada müntəzəm reyslər lazımdır”.

Bütün səyahətçilər ümumi üzvlük sayı 20 min nəfər olan “Most Traveled People” cəmiyyətini təmsil edir.

pia.az

Fotolar




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

VHP-çi namizəd Gülnar Hüseynova Ucarda seçicilərlə görüşüb

Keçmiş diplomatlardan ibarət şəbəkə ifşa olunub - Yeni faktlar

Talıbovlarla bağlı sensasiya - İki deputat mandatını...

Politoloq: İranda Pezeşkianla bağlı ciddi problemlər olacaq...

Qoşqar Təhməzli istefa verməlidir – Eyyub Hüseynov

Qəbələdə toyda kütləvi zəhərlənmə olub, araşdırma aparılır - Yenilənib

Sumqayıtda mənzildə qumbara partlayıb, ölən var - Yenilənib

Ermənilərin növbəti tarix saxtakarlığı - 1828-ci ildə “Şərqi Ermənistan” olub?

Natiq Miri: Putini təcili qaydada Azərbaycana gətirəcək elə bir ciddi hadisə mövcud deyil...

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay