Şənbə, 17 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Paraqvay parlamenti və senatının nümayəndələrinin Qarabağa səfərdədir - Yenilənib

Qarabağ həqiqətlərini yaxından öyrənmək istəyən Paraqvay nümayəndə heyətinin işğaldan azad edilən ərazilərimizə səfərləri davam edir.

“Report”un Qarabağ bürosunun məlumatına görə, Paraqvay parlamentinin Xarici Əlaqələr Komissiyasının sədri Valter Enrike Harms və Paraqvay Senatındakı Paraqvay-Azərbaycan Dostluq Qrupunun sədri Lukas Akino Xaran işğaldan azad edilən Füzuli şəhərindən sonra Şuşa şəhərində olublar.

Azərbaycan Prezidentinin işğaldan azad edilən ərazilər üzrə xüsusi nümayəndəliyinin əməkdaşları tərəfindən Şuşa şəhəri barədə geniş məlumat verilib. Ermənilərin işğaldan sonra Şuşada dağıtdıqları maddi-mədəniyyət abidələrinin qalıqları göstərilib.

Qonaqlar dahi sənətkar Bülbülün ev muzeyi, Qala divarlarına baxıblar. Onlara Şuşada aparılan quruculuq işləri barədə də ətraflı məlumat verilib.

***

Paraqvay parlamentinin Xarici Əlaqələr Komissiyasının sədri, Paraqvay - Azərbaycan Dostluq Qrupunun sədri Valter Enrike Harms və Paraqvay Senatındakı Paraqvay-Azərbaycan Dostluq Qrupunun sədri Lukas Akino Xaranın Azərbaycanın işğaldan azad edilən ərazilərinə səfərləri başlayıb.

“Report”un Qarabağ bürosunun məlumatına görə, qonaqlar ilk olaraq Füzuli aeroportunda olublar. Burada qonaqlara aeroportun inşası zamanı ərazinin minalardan təmizlənməsi və inşa müddətinin rekord müddətə - 8 ay ərzində inşa edilərək başa çatdırılması bildirilib. Səfərin davamında qonaqlar Füzuli şəhərində olublar.

Azərbaycan Prezidentinin işğaldan azad edilən ərazilər üzrə xüsusi nümayəndəliyinin əməkdaşı Araz İmanov qonaqlara Füzuli şəhəri və ümumilikdə işğal olunan ərazilərdə törədilən erməni vandallığı barədə geniş məlumat verib.

Xatırladaq ki, Paraqvay Cənubi Amerikda Xocalı soyqırımını rəsmən tanıyan respublikalardan biri olub. Xocalı faciəsinin tanınmasında bu şəxslərin müstəsna rolları olub.

Fotolar

pia.az 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Keçmiş diplomatlardan ibarət şəbəkə ifşa olunub - Yeni faktlar

VHP-çi namizəd Gülnar Hüseynova Ucarda seçicilərlə görüşüb

Politoloq: İranda Pezeşkianla bağlı ciddi problemlər olacaq...

Qoşqar Təhməzli istefa verməlidir – Eyyub Hüseynov

Talıbovlarla bağlı sensasiya - İki deputat mandatını...

Qəbələdə toyda kütləvi zəhərlənmə olub, araşdırma aparılır - Yenilənib

Sumqayıtda mənzildə qumbara partlayıb, ölən var - Yenilənib

Tovuzlu sahibkar: " Bir çarəm qalır, fəaliyyətimi dayandırmaq" - Video

Ermənilərin növbəti tarix saxtakarlığı - 1828-ci ildə “Şərqi Ermənistan” olub?

Natiq Miri: Putini təcili qaydada Azərbaycana gətirəcək elə bir ciddi hadisə mövcud deyil...

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay