Mingəçevirdə mənzildən meyit tapılıb.
Fövqəladə Hallar Nazirliyindən (FHN) PİA.az-a verilən xəbərə görə, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Çağırış ünvanına cəlb olunan FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1954-cü il təvəllüdlü Muradova Həqiqət Kamal qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.
pia.az