Şənbə, 07 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yeddi mindən çox insanı heyvan dişləyib

2022-ci ilin 3 ayında 7051 nəfər heyvan dişləmələrinə məruz qalıb.

PİA.az xəbər verir ki, bunu Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Xüsusi Təhlükəli İnfeksiyalar şöbəsinin müdiri Ceyran Cəfərova "Heyvan dişləmələri və quduzluq" mövzusunda çıxışında deyib.

O bildirib ki, ötən ilin müvafiq dövründə bu rəqəm 7361 olub: “Bu o deməkdir ki, 4 faiz azalma qeydə alınıb. Ən çox itlərin dişləməsi ilə bağlı müraciət daxil olub. Belə ki, 7051 müraciətin 5-6 mini it dişləmələri ilə bağlıdır. Digərləri pişik, siçan və digər heyvanların hücumu ilə bağlıdır. Ən çox dişləmələrə məruz qalanlar 18 yaşdan yuxarı kişilər arasındadır”.

Şöbə müdiri qeyd edib ki, bu il ölkədə vəhşi heyvan dişləməsi qeydə alınmayıb. O əlavə edib ki, ötən dövr ərzində quduzluqdan ölən və yoluxan olmayıb:

"Heyvan dişləməsi zamanı quduzluq virusu sinir yolu ilə mərkəzi sinir sisteminə qalxır və tüpürcək vəzilərinə keçir. Quduzluğa yoluxan şəxsdə tənəffüs çətinləşir, sudan, işıqdan, havadan qorxma kimi simptomlar özünü göstərir. Gecikmə olarsa, ağız suyu ifrazı artır və ağırlaşmalar nəticəsində ölümə gətirib çıxarır. İnkubasiya dövrünün 10 gün olduğunu nəzərə alsaq, bu müddət ərzində xəstəxanaya müraciət etmək lazımdır".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev İtaliyada Beynəlxalq Çernobbio Forumunda çıxış edib - Yenilənib

Politoloq: Azərbaycan Rusiyaya ciddi nota verməlidir...

Azərbaycanda bu şəxsləri 5 il həbs cəzası gözləyir - Xəbərdarlıq

Anar Məmmədovla bağlı ilginc iddia - Trampın seçkisinə...

İran “Zəngəzur dəhlizi”nin açılmasını imkansız edən gücə sahibdir?

Bakıda satışa çıxarılan məşhur bina 2.5 milyon manat ucuzlaşdı

Azərbaycan Ordusunun hərbçisi odlu silahla özünü öldürüb

Əbülfəs Qarayevin qızının Rusiyadakı şirkətinin gəlirləri azalıb

Taleh Qaraşovun rəhbərlik etdiyi qurumun 730 minlik tenderi ləğv edildi

Ən çox oxunanalar