Şənbə, 07 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hicablı və hamilə olan müəllimləri imtahandan kəsirlər? - Açıqlama

Müəllimlərin müsahibə mərhələsində hicablı və hamilə olduqları əsas gətirilərək, imtahandan kəsilmələri iddia edilib.

Buna səbəb kimi isə hamilə müəllimin başqa birinin yerini tutması göstərilib. 

Məsələ barədə Təhsil Nazirliyi ilə əlaqə saxladıq. 

Nazirlikdən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, müddətli əsaslarla işləyən müəllimlərin müddətsiz əmək müqavilə əsasında işə qəbulu zamanı keçirilən müsahibələrdə namizədlərin peşəkar kompetensiyaları, psixoloji hazırlığı və ümumi dünyagörüşü müsahibə proqramına uyğun olaraq müvafiq komissiya tərəfindən yoxlanılır:

“Müsahibəyə çağırılan namizədlərə əvvəlcədən elan olunmuş mövzulardan biri seçilir. Namizədlər həmin mövzunu müsahibə komissiyasına dərs formatında təqdim edirlər. Namizədlərin cavabları elektron qaydada qiymətləndirilir və protokollaşdırılır. Müsahibədə uğur qazanmamış namizədlərə apellyasiya müraciəti etmək imkanı yaradılır”.

“Apellyasiya müsahibəsində namizəd uğur qazanmadıqda müddətli əsaslarla həmin müəssisədə tədris ilinin sonunadək çalışır”, - deyə qeyd edilib. 

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov saytımıza açıqlamasında bildirib ki, müəllimləri, müsahibə mərhələsində hicablı və hamilə olmaları əsas gətirilərək, imtahandan kəsmək düzgün deyil:

“Bəzən belə hallar baş verir. Qadının hicablı, hamilə olması əsas gətirilib, imtahandan kəsərlərsə, namizədlər apellyasiya müsahibəsinə müraciət etməlidirlər. Namizəd haqlıdırsa, məsələ həllini tapacaq. Hər kəsin işləmək hüququ var, bunun üçün belə məhdudiyyətlər qoyula bilməz”.

pia.az 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev İtaliyada Beynəlxalq Çernobbio Forumunda çıxış edib - Yenilənib

Politoloq: Azərbaycan Rusiyaya ciddi nota verməlidir...

Azərbaycanda bu şəxsləri 5 il həbs cəzası gözləyir - Xəbərdarlıq

Anar Məmmədovla bağlı ilginc iddia - Trampın seçkisinə...

İran “Zəngəzur dəhlizi”nin açılmasını imkansız edən gücə sahibdir?

Bakıda satışa çıxarılan məşhur bina 2.5 milyon manat ucuzlaşdı

Əbülfəs Qarayevin qızının Rusiyadakı şirkətinin gəlirləri azalıb

Azərbaycan Ordusunun hərbçisi odlu silahla özünü öldürüb

Mehriban Ələkbərzadə Corc Qafarovu işdən çıxardı

Taleh Qaraşovun rəhbərlik etdiyi qurumun 730 minlik tenderi ləğv edildi

Ən çox oxunanalar