Çərşənbə axşamı, 16 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qaradağda qanvermə aksiyası keçirildi - Fotolar

Qaradağ rayonunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş qanvermə aksiyası keçirilib.

Azərbaycanda xeyirxahlıq fəaliyyətinin geniş vüsət alması məhz Heydər Əliyev Fondunun adı ilə bağlıdır və sevindirici haldır ki, 2005-ci ildə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və qayğısı ilə “Talassemiyasız həyat naminə” proqramına start verilib.

Ölkənin Birinci xanımı bununla bütün ictimaiyyəti talassemiyalı uşaqlara yardım etməyə çağırmışdır.

Əfsuslar olsun ki, Azərbaycanda iki mindən artıq talassemiya və digər irsi qan xəstəliyinə düçar olmuş pasiyentlər vardır və bu xəstələrin həyatı kütləvi surətdə keçirilən qanvermə aksiyalarından asılıdır. Ölkəmizdə yayılmış hemofiliya və talassemiya xəstələrinin müalicəsində qan komponentlərinin və preparatlarının istənilən vaxtda əlçatan olması çox vacibdir və donor qanına tələbatı artırır.

Heydər Əliyev Fondunun başladığı bu xeyirxah missiyanın davam etdirilməsi üçün Qaradağ Rayon İcra Hakimiyyəti və Mərkəzi Qan Bankının birgə təşkilatçılığı ilə 11 may 2022-ci il tarixində Qaradağ rayonu, Sahil qəsəbəsində yerləşən 23 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında keçirilən qanvermə aksiyasında 100-ə yaxın rayon sakini təmənnasız olaraq qan vermişdir.

Ümid edirik ki, verilən qan talassemiyadan əziyyət çəkən şəxslərə şəfa bəxş edəcəkdir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin iki müavini vəzifəsindən azad edilib

Prezident İlham Əliyev  Nərimanov parkının açılışında iştirak edib - Yenilənib

Azərbaycan Ordusunun hərbi qulluqçusu bədbəxt hadisə nəticəsində həlak olub

Ərəstun Oruclu: Təxminən bir aydan sonra ABŞ-da siyasi gündəm tamamilə fərqli olacaq...

Politoloq: İran rejimi həmişəki kimi öz ampulasındadır...

Berlin raketlərimizin hədəfindədir - Kremldən şok hədə

Bakıda avtobusda qadınlar əlbəyaxa davaya çıxdı - Video

Ağdamda Birinci Qarabağ müharibəsinin şəhidi Məmməd Mirzəyev dəfn edilib - Yenilənib

Ən çox oxunanalar