Çərşənbə axşamı, 02 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ulu Öndər Heydər Əliyevə həsr olunan inşa müsabiqəsinin qalibləri mükafatlandırıldı

Abşeron rayonunda fəaliyyət göstərən ümumi təhsil müəssisələrində oxuyan şagirdlər arasında “Qarabağ zəfəri – Heydər Əliyev dühasının təntənəsidir” mövzusunda keçiriən inşa-yazı müsabiqəsinin qalibləri müəyyənləşib. Bununla əlaqədar olaraq Abşeron Rayon İcra Hakimiyyətinin binasında mükafatlandırma tədbiri keçirilib.

Tədbirdə humanitar məsələlər üzrə başçının müavini Gülnar Rəhimova qalib gələn və fərqlənən iştiraskçıları Abşeron RİH başçısı Abdin Fərzəliyevin adından təbrik edərək onlara gələcək həyatlarında uğurlar arzulayıb. Gülnar Rəhimova bildirib ki, Abşeron RİH-nin təşəbbüsü, rayon Təhsil Şöbəsinin, YAP Abşeron Rayon Təşkilatının və Abşeron rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə ərsəyə gələn müsabiqə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu il dönümünə həsr edilib. Vətən Müharibəsində xalqımızın qazandığı zəfərinin və Ulu Öndər Heydər Əliyevin bu qələbədə zəngin siyasi irsinin rolunun təbliği məqsədi daşıyan inşa yarışında IX, X, XI siniflərin şagirləri iştirtak edib. Üç mövzuda (“Qarabağın zəngin təbii sərvətləri”, “Qarabağın zəngin tarixi – mədəni sərvətləri”, “Şuşa – Qarabağın incisidir”) reallaşan müsabiqəyə ümumilikdə 72 yazı təqdim olunub. Yazılar münsiflər heyəti tərəfindən araşdırılaraq müvafiq ballarla qiymətləndirilib. Sonda hər istiqamət üzrə bir qalib müəyyənləşib. Qurbanova Nuray Valeh qızı (Məhəmmədi kənd tam orta məktəbin 11-ci sinif şagiri), Mürsəlova Məlahət İgid qızı (Xırdalan şəhər 3 saylı tam orta məktəbin 9-cu sinif şagiri), Əzimli Aysu Vüqar qızı (Saray qəsəbə 3 saylı tam orta məktəbin 10-cu sinif şagiri) müvafiq istiqamətlər üzrə qalib elan edilib. Qaliblərə Fəxri Fərmanlar və mükafatlar təqdim edilib. Eyni zamanda yazıları fərqlənən daha 6 şagirdə isə “Fərqlənmə”lər verilib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məmur qardaşı otağında bıçaqlanan keçmiş deputat yenidən millət vəkili olmaq istəyir

Kirayədə yaşayan yeniyetmələr evdə qan içində tapılıblar 

"Bu şəhərdə"ni Fuad İsgəndərov davam etdirəcək?

Seçkilərin taleyini müəyyən edəcək iki amil: İranın azadlıq bayrağı təbrizlilərin əlindədir - Fotolar

Azərbaycanda bu kənd palçıq altında qalıb - Sakinlər köçürülür - Video

İyul ayında bu bürcləri “pul yağışı” gözləyir 

Kəlbəcərə Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi təyin edilib

DTX-nin saxladığı sabiq xidmət rəisi azadlığa buraxıldı

Hansı xəstəliklərdə şəxs hərbi xidmətə yararsız hesab olunur?

Elxan Şahinoğlu: Cəlilinin prezident seçilmək şansları daha yüksəkdir...

İfrat sağçıların təkbaşına hökümət qurması Fransanın və Avropa İttifaqının siyasətinə necə təsir edəcək?

Ən çox oxunanalar