Cümə axşamı, 05 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda “Poladın izi ilə” filminin təqdimat mərasimi keçirilib - Fotolar

Nizami Kino Mərkəzində Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimova həsr olunan “Poladın izi ilə” filminin təqdimat mərasimi keçirilib.

PİA.az xəbər verir ki, tədbirdə mədəniyyət nazirinin müavini Elnur Əliyev, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı, Millixəbər.az informasiya portalının rəhbəri Zamin Zeynal, Müasir Müsavat Partiyasının sədr müavini Könül İsmayılova, “Dayaq” Vətən Müharibəsi Əlillərinə və Şəhid ailələrinə dəstək təşkilatının idarə heyəti və 30- dan artıq qazilərlə birlikdə şəhid generalın ailə üzvləri, döyüş yoldaşları və dostları iştirak ediblər.

Elnur Əliyev bildirib ki, bu tədbirin və filmin məqsədi özünü tanımaqdır: “Düşmənlər hər zaman bizim tariximizi, özümüzü bizə unutdurmağa çalışıblar. Buna baxmayaraq xalqımız bu cəhdlərə qarşı gəldi və özümüzə qayıtdıq. Qəhrəmanların olması millətin, xalqın böyüklüyünü göstərir. Hər zaman böyük millətlərin tarixini onun qəhrəmanları yazıb. Polad Həşimov şəhid olan gün minlərlə Polad Həşimov doğulub”.

Cahid Bağçı Azərbaycan-Türkiyə arasındakı sıx əlaqələrdən söz açıb: “Bu Vətən şəhidlərin uğrunda can verdiyi torpaqdır. Polad Həşimovla bağlı bildiklərimizlə yanaşı, bilmədiklərimiz də var. Bu film vasitəsilə onları öyrənəcəyik. Polad Həşimovdan sonra Azərbaycanda müstəqilliyi qorumaq üçün minlərlə Poladlar doğulub”.

Filmin rejissoru və ssenari müəllifi Zamin Məmmədov filmin çəkilişləri ilə bağlı məlumat verib.

Şəhidin anası Səmayə Həşimova filmin ərsəyə gəlməsində əməyi olan şəxslərə, Mədəniyyət Nazirliyinə təşəkkür edib: “Polad Həşimov Azərbaycan xalqının qəhrəmanıdır. O, 28 il Orduda xidmət edib. Onun necə yetişməsini el-aləm bilir. Onun haqqında danışmaq fəxrlidirsə, o qədər də çətindir. Polad Həşimov öz şəhidliyi ilə Azərbaycan xalqının enmiş başını dikəldib”.

Daha sonra film nümayiş olunub.

Qeyd edək ki, ekran əsəri Mədəniyyət Nazirliyinin sifarişi ilə “Salnaməfilm” studiyasında istehsal olunub. Filmin rejissoru və ssenari müəllifi Zamin Məmmədov, görüntü rejissoru Fahir İmanquliyev, məsləhətçisi Vüqar Əsgərov, montaj edəni Sabir Əskərzadə, səs rejissoru Mehman Nadirov, prodüseri Nazim Hüseynovdur. Çəkilişlər Bakıda və Qəbələdə aparılıb.

pia.az

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İsmayıllıda vəzifəli şəxslərə qarşı əməliyyat

9 saylı dairədə nəticələr ləğv edilə, Kəmaləddin Qafarov mandatsız qala bilər

Ermənistanın yeni “Zəngəzur dəhlizi” təklifi... - Bakı bu təklifi qəbul edə bilərmi?

20-yə yaxın məmur onunla əlbir olub pulları mənimsəyib - Adlar

Politoloq: Türkiyə və İran arasında qapalı qarşıdurma pik həddinə çatır...

Tehranın israrla “Zəngəzur dəhlizi”nə qarşı olmasının əsas səbəbləri nədir?

Lamiyə Vəliyevanın atası: "Qızımla nə qədər qürur duysam, azdır"

Qərb Rusiyanın təhdidlərinə boyun əyir, nüvə müharibəsi yaxınlaşır

Paris Paralimpiadasının azərbaycanlı medalçılarına nə qədər mükafat veriləcək?

Müharibənin ən bahalı 24 saatı: Ruslar Pokrovsk yolunda "rekord" qırıb...

Ən çox oxunanalar