Şənbə, 17 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Avropa çempionatı: Azərbaycanın daha 2 cüdoçusu bürünc medal qazana bilər

Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Avropa çempionatında bu gün Azərbaycanın son 3 cüdoçusü mübarizəyə qoşulub.

"Report"un məlumatına görə, yuxarı çəki dərəcələrində Məmmədəli Mehdiyev (90 kq), Elmar Qasımov (100 kq) və Uşangi Kokauri (+100 kq) çıxış ediblər.

Mehdiyev və Qasımov 1/4 final mərhələləsində uduzaraq, finala yüksələ bilməsələr də, bürünc medal görüşündə iştirak hüququ qazanıblar. Fəxri kürsünün 3-cü pilləsində yer almaq üçün onlar müvafiq olaraq, Kristian Tot (Macarıstan) və Daniel Ayx (İsveçrə) üzərində qələbə qazanmalıdırlar.

Yalnız ilk görüşündə qalib gələn Kokauri isə sonda 7-ci yerlə kifayətlənib.

Avropa çempionatı

1 may

90 kq
1/16 final. Məmmədəli Mehdiyev - David Klammert (Çexiya)

1/8 final. Məmmədəli Mehdiyev - Cennaro Pirelli (İtaliya)

1/4 final. Məmmədəli Mehdiyev - Teodoros Tselidis (Yunanıstan)

Təsəlli görüşü. Məmmədəli Mehdiyev - Yesper Smink (Niderland)

Bürünc medal görüşü. Məmmədəli Mehdiyev - Kristian Tot (Macarıstan)

100 kq
1/16 final. Elmar Qasımov - Sedrik Olivar (Fransa)

1/8 final. Elmar Qasımov - İlya Salamanidze (Gürcüstan)

1/4 final. Elmar Qasımov - Mixael Korrel (Niderland)

Təsəlli görüşü. Elmar Qasımov - Peter Palçik (İsrail)

Bürünc medal görüşü. Elmar Qasımov - Daniel Ayx (İsveçrə)

+100 kq
1/8 final. Uşangi Kokauri - İves Ndao (Belçika)

1/4 final. Uşangi Kokauri - Yohannes Fray (Almaniya)

Təsəlli görüşü. Uşangi Kokauri - Yakov Hanna (Ukrayna)

Qeyd edək ki, hələlik Azərbaycan cüdoçularından Hidayət Heydərov (73 kq) qızıl, Rüstəm Orucov (73 kq) bürünc medal qazanıb. Balabəy Ağayev (60 kq) və Yaşar Nəcəfov (66 kq) isə 5-ci yeri tutub. Hazırda yığma ümumi komanda hesabında 5-ci, kişilərin yarışında 2-ci yerdə gedir.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

VHP-çi namizəd Gülnar Hüseynova Ucarda seçicilərlə görüşüb

Keçmiş diplomatlardan ibarət şəbəkə ifşa olunub - Yeni faktlar

Talıbovlarla bağlı sensasiya - İki deputat mandatını...

Politoloq: İranda Pezeşkianla bağlı ciddi problemlər olacaq...

Qoşqar Təhməzli istefa verməlidir – Eyyub Hüseynov

Qəbələdə toyda kütləvi zəhərlənmə olub, araşdırma aparılır - Yenilənib

Sumqayıtda mənzildə qumbara partlayıb, ölən var - Yenilənib

Ermənilərin növbəti tarix saxtakarlığı - 1828-ci ildə “Şərqi Ermənistan” olub?

Natiq Miri: Putini təcili qaydada Azərbaycana gətirəcək elə bir ciddi hadisə mövcud deyil...

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay