Çərşənbə, 24 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fransada seçkilərində Le Penin böyük uğuru... - Parçalanma qarşıdurmaya keçə bilərmi?

Avropanın ənənəvi dəyərlərinin bu qədər zəifləməsi fonunda yaşanan geosiyasi xaosda Qərb cəmiyyətinin parçalanması Çin və Rusiyaya əlavə imkanlar və resurslar yarada bilərmi?..

Politoloq: “Bu gün radikalizmin Fransada bu qədər yüksəlişinin səbəblərindən biri də, liberal cəbhədə gerçək liderin olmaması ilə bağlıdır”.

“Fransa xalqı üçün iki seçim imkanı vardı. Ya Le Penə səs verib, çini şüşədən çıxaracaqlardı, ya da məcburən Makronu seçəcəklərdi”.

Bu sözləri politoloq Turan Rzayev Fransada keçirilən seçkilərdə Le Penin topladığı səsləri PİA.az-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi Fransada prezident seçkiləri keçirildi və Emmanuel Makron ikinci dəfə prezident seçildi. Buna baxmayaraq ultra sağ cərəyanın namizədi Mari Le Pen seçicilərin 40%-dən artıq səsini toplayaraq ifrat radikalların nə qədər dəstəkləndiyini və həmçinin Fransa cəmiyyətində ideoloji parçalanmanın səviyyəsini ortaya qoydu.

Qeyd edək ki, Avropada radikalizm ənənvi Qərb dəyərlərinin öz mövqelərini itirməsi fonunda baş verir. Radikallar isə problemin həllini liberal dəyərlər çərçivəsində deyil, avtoritar qaydalar çərçivəsində həllini mümkün sayırlar. Onlara görə liberal dəyərlər ümumiyyətlə Avropanın istilasını gətirməkdədir. Bu fonda isə Avropa radikalları arasında avtoritarizmin simvoluna şevrilən Rusiya prezidenti Vladimir Putinə də heyranlıqları artır.

 

Fransada ötən bazar keçirilən son seçkilərdə də parçalanmış cəmiyyət bir daha özünü göstərmiş oldu. Seçicilərin 41%-nin səsini toplayan ifrat sağ təmayüllü lider Marin Le Penin topladığı milyonlarla səs də onu deməyə əsas verir ki, Fransa cəmiyyəti Makronun yeni hakimiyyəti dövründə daha da radikallaşa və xaotik hərəkatlanmaya yol aça bilər. Çünki Makron prezident seçkilərinin qalibi olsa belə onu dəstəkləyənlər, ona məcburən səs verənlərdən qat-qat çoxdur. Bu isə Fransa cəmiyyətində parçalanmanın qarşıdurmaya keçməsi üçün faktora çevrilə bilər.

Bəs bu parçalanma, Avropanın ənənəvi dəyərlərinin bu qədər zəifləməsi fonunda yaşanan geosiyasi xaosda Çin və Rusiyaya əlavə imkanlar və resurslar yarada bilərmi?

Mövzunu PİA.az-ın əməkdaşı politoloq Turan Rzayev ilə müzakirə edib. 

 

Turan Rzayev: “Penin 40 faizdən çox səs toplaması həm Fransanın, həm də Avropanın ciddi problemlərlə üz-üzə qalmasından xəbər verir”.

İkinci dünya müharibəsi öncəsi də Avropda ciddi ölçüdə milliyətçi hərəkatın yüksəldiyini xatırladan politoloq PİA.az-a bildirib ki, hazırda dünyada gedən geosiyasi çaxnaşma da yeni dünyanın formalamasını təbii yolla həyata keçirən prosesdir və bu proses Avropanı kinci dünya müharibəsinə aparan yoldan heç nə ilə fərlənmir. Ən əsasl isə soyuq müharibə artıq qaynar fazaya keçib:

“Emmanuel Makronun prezident seçiləcəyi gözlənilən idi. Makronun rəqiblərinin son zamanlar sərgilədiyi mövqeyə görə Makronun seçilmə şansı daha çox idi. Ortada bu qədər zəif rəqiblərin olduğu şəraitdə Makronun qələbəsi məcburiyyətə çevrilmişdi və demək olar ki, bu gün radikalizmin Fransada bu qədər yüksəlişinin səbəblərindən biri də, liberal cəbhədə gerçək liderin olmaması ilə bağlıdır. Yəni Fransa xalqı üçün iki seçim imkanı vardı. Ya Le Penə səs verib, çini şüşədən çıxaracaqlardı, ya da məcburən Makronu seçəcəklərdi. Le Penin maksimum dərəcədə səs almasına baxmayaraq, seçkilərin nəticələri onu da göstərdi ki, fransız cəmiyyəti hələ də sağlam düşüncəni itirməyib. Lakin tərəflər arasında güc fərqi o qədər azdır ki, bir neçə ildən sonra vəziyyətin necə dəyişəcəyini proqnoz etmək çətindir.

Bildiyimiz kimi Makron Fransada qlobolistlərin mövqeyini sərgiləyən bir şəxsdir. Buna görə də onun sərgilədiyi daxili və xarici siyasət ənənəvi Fransa siyasətinə daha çox xasdır. Bu da onun qələbə çatmasında ən önəmli paylardan biri oldu.

Digər tərəfdən Makronun xarici dəstəkləyicilərinin sayı daha çoxdur. Erməni lobbisinin də bu istiqamətdə dəstəyini qiymətləndirmək olar. Bütün bunlara görə onun rəqiblərini üstələyəcəyi təəccüblü deyildi.

 

Makronun rəqibi Le Pen yaxşı başlanğıc etmişdi. Xüsusilə birinci turun nəticələrində onunla Makron arasında səs fərqinin elə də böyük olmadığını gördük. Amma Penin 40 faizdən çox səs toplaması həm Fransanın, həm də Avropanın ciddi problemlərlə üz-üzə qalmasından xəbər verir. Məsələ ondadır ki, Le Pen irqçi, islamafob və ultramilliyətçi şəxsdir. Yəni onun mövqeyi milliyyətçidir. Onun bu qədər dəstəyə sahib olması isə onu deməyə əsas verir ki, bütövlükdə Avropada siyasi proseslərin hara sürüklənəcyini söyləmək hələ çox texdir.

Turan Rzayev: “Fransadan yüksələn bütün neqativ və müsbət ideologiyalar Avropa tərəfindən dərhal mənimsənilir”.

Əslində biz Makron və Le Pen mübarizəsini qlobolistlərlə milli dövlət tərəfdarları olanlar arasındakı mübarizənin təzahürü kimi qiymətləndirə bilərik. Bu ABŞ-da Bayden-Tramp mübarizəsində də belə idi. Le Penin son təbliğat və təşviqat prosesində bir nüans var idi. Pen qaradərili bir xanımın çiyninə əlini qoysa da, Penin o xanımdan iyrəndiyini və diksindiyini göstərən kadr var idi. Bu da onun irqçi siyasətinin göstəricisi idi.

Fransa Avropa qitəsin və mədəniyyətinin təməl ölkələrindən biridir və bu ölkə, həm də Avropanın ideoloji ocağı sayılır. Nəzərə almaq lazımdır, Böyük Fransa inqilabından sonra Avropada demokratik və millətçilik fikirlər formalaşmağa başladı, eyni zamanda sosialist fünyagörüşü dəhşətli bir sıçrayış edərək bütün dünyada hakim cərəyanlardan birinə çevrildi. Yəni Fransadan yüksələn bütün neqativ bə müsbət ideologiyalar Avropa tərəfindən dərhal mənimsənilir.

 

Son zamanlar Avropada ultramilliyətçilərin, neonasislərin, irqçilərin, islamafobçıların, yəni sağ radikalçıların qalxdığını müşahidə edirik. Təəssüf ki, bu solda da belədir. Yəni Fransada sol cərəyanlar da həddindən artıq radikallaşıb. Bu da özü-özlüyündə diqqət yetiriləsi məsələdir. Çünki sağ solu radikallaşması mərkəzçi cərəyanları öldürən, hətta onları lazımsız hala gətirən faktora çevrilir. Buna görə də bu təkcə Fransanın deyil, bütün Avropanın problemidir. Məsələn bu gün Almaniyada da oxşar proseslər gedir. İtaliyada və Şərqi Avropada da həmçinin. Bu fonda əlbəttə ki, həm Çin, həm də Ruisya əlverişli münbit şəraitdən istifadə etməyə çalışacaq və onlar bunu edirlər də.

Turan Rzayev: “Rusiyanın Ukraynaya təcavüzü Avropanın yenidən birləşməsini təmin edən faktor kimim çıxış etməkdədir. Ona görə də bir çox məsələlər məhz Ukrayna çöllərində gedən döyüşlərdən sonra daha aydın görünməyə başlayacaq”.

Dünyada geosiyasi problemlərin və münaqişələrin yüksəldiyi bir dövrdə Avropda da bu tip fikirlərin yüksəlməsi heç də yaxşı bir nəticə deyil. Nəzərə almaq lazımdır ki, ikinci dünya müharibəsi öncəsi də Avropda ciddi ölçüdə milliyətçi hərəkat yüksəlmişdi. Nəticədə də bu milliyyətçilik Avropanı ikinci dünya müharibəsinə gətirib çıxardı. Hazırda dünyada gedən geosiyasi çaxnaşma da, yeni dünyanın formalamasını təbii yolla həyata keçirən prosesdir və bu proses Avropanı kinci dünya müharibəsinə aparan yoldan heç nə ilə fərlənmir. Ən əsasl isə soyuq müharibə artıq qaynar fazaya keçib.

Ümumilikdə isə mən Avropa ənənələrinin zəiflədiyini düşünmürəm. Avropanın yeni inkişaf yoluna çıxması dünya siyasətini daha da rəngarəng hala gətirəcək. Mən bunu yaxşı mənada demirəm. Bu həm yaxşı, həm də pis mənada ola bilər. Avropa kifayət qədər güclüdür və böyük resurslara sahibdir. Hazırda biz İngiltərənin dünya siyasətinə qayıdışını müşahidə edirik. Almaniya bu gün Avropanın yükünü daşımaq istəmir. Mümkündür ki, BREXİT ardınca biz Almaniyanın da prosesdən çıxışını görək. Almaniya da Avropa Birliyini tərk etsə, bu Avropa Birliyinin dağılması demək olar. Fransa da, uzun müddətdir ki, NATO-ya alternativ təşkilat yaratmağa çalışır. Fransa Avropa Birliyinin ordusunu yaratmağa çalışır. Bütün bunlar Avropada fərqli maraqlar üzündən fikir ayrılıqlarını göstərməkdəir. Lakin Rusiyanın Ukraynaya təcavüzü Avropanın yenidən birləşməsini təmin edən faktor kimim çıxış etməkdədir. Ona görə də bir çox məsələlər məhz Ukrayna çöllərində gedən döyüşlərdən sonra daha aydın görünməyə başlayacaq.

Fransada Makronun seçilməsi ilə Fransa keçmiş müstəmləkələrinə yenidən dönüş bilər. Yəni Fransa itirdiyi mövqeləri qazanmağa çalışacaq. Biz Afrikada növbəti inqilablar prosesini görə bilərik. Məsələn bu Malidə, Mərkəzi Afrika Respublikasında vermişdi. Mümkündür ki, bu yenidən bənzər ölkələrəd baş versin və Fransa burada özünə sadiq qüvvələri hakimiyyətə gətirsin”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda övladını girov götürən və polisin zərərsizləşdirdiyi şəxslə bağlı yeni detallar - Təfərrüat, Video

Ağadadaş Ağayevlə bağlı məsələdə yenidən gündəmə gələn "MedEra Hospitalı" kimindir?

Ağadadaş Ağayevin atdığı balta qadını yaraladı - Təfərrüat

Xırdalanda qadının əri tərəfindən pəncərədən atılması ilə bağlı təfərrüat - Yenilənib

Baba Vəziroğlu Ağadadaş Ağayevdən danışdı: "Vəziyyət o həddə çatıb ki..."

Xatirə İslam: "O yaşda adamı bu qədər döyərlər?"

Bakıda fantastik qiymətə malikanə satışa çıxarılıb - Fotolar

"Canlı yayım açıb, camaata müraciət edəcəm” – Ağadadaş Ağayev

Abşeronda iki qardaşın ölməsi ilə bağlı cinayət işi açılıb - Yenilənib

Ağadadaş Ağayev balta atdığı şəxsdən polisə şikayət etdi

Ən çox oxunanalar