Çərşənbə, 03 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Həkim-infeksionist: "İnfeksiyalardan qorunmaq üçün taxmaq məsləhətdir"

Nazirlər Kabinetinin qərarı ilə mayın 1-dən Azərbaycanda qapalı məkanlarda tibbi maskadan istifadə məcburi olmayacaq. Lakin nəzərə almalıyıq ki, hazırda pandemiya hələ bitməyib, yoluxma, yeni təhlükəli ştamların yaranması və yayılması təhlükəsi hələ də qalır. Odur ki, lazımi gigiyena qaydalarına, sosial məsafəyə ciddi şəkildə əmək etmək lazımdır”.

Bu fikirləri “Report”a açıqlamasında həkim-infeksionist Ləman Qalimova deyib.

Onun sözlərinə görə, maska ləğv edilsə də, müəyyən keçici infeksiyalardan qorunmaq üçün, xüsusilə də yaşlılar, eləcə də risk qrupuna aid olan şəxslərin maskadan istifadəsi tövsiyə olunur:

“Bununla onlar həm özlərini, həm də yaxınlarını nəinki COVID-19 infeksiyasından, həm də digər yoluxucu xəstəliklərdən qorumuş olarlar. Bu səbəbdən maskadan istifadə məqsədəuyğundur”.

L.Qalimova xatırladıb ki, pandemiya hələ də davam etdiyindən bir sıra ölkələrdə yoluxma və ölüm saylarında artım müşahidə olunur:

“Bu gün ölkəmizdə gündəlik yoluxma ilə bağlı vəziyyət qənaətbəxşdir. Saylarda kifayət qədər azalma var. Bu da təbii ki, əhalinin kütləvi vaksinasiya prosesində iştirak etməsi ilə əlaqəlidir. Çünki artıq insanlar arasında kütləvi immunitet formalaşıb. Bunu qoruyub saxlamaq lazımdır. Bu gün xəstəliyə yoluxan olsa da, həmin müddəti yüngül keçirirlər. Lakin nəzərə almalıyıq ki, pandemiya davam etdiyindən gələcəkdə bizi nələrin gözlədiyindən xəbərsizik. Bütün hallarda qoruyucu tədbirlərə düzgün şəkildə əməl etməyi tövsiyə edirik”.

Qeyd edək ki, Nazirlər Kabinetinin müvafiq qərarı ilə Azərbaycanda mayın 1-dən maska tələbi ləğv edilir. Qərara əsasən, 2022-ci il mayın 1-dən etibarən xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və s.) istifadə tələbi ləğv edilir. Eyni zamanda, Azərbaycan Respublikasının beynəlxalq hava limanı ərazisində və Azərbaycanda fəaliyyət göstərən təhsil müəssisələrində tibbi maskalardan istifadəsi artıq məcburi xarakter daşımır və yalnız tövsiyə edilir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Yarım milyard kapitalı olan “Azərsilah”ın direktoru kimdir? - Dosye

AVRO-2024: Türkiyə millisi 1/4 finala yüksələn sonuncu komanda olub - Yenilənib

“Ömrümdə bu qədər söyülməmişdim!” - Erkin Qədirli

Etirazlara səbəb olan Azərbaycan filmi hansıdır?

“Aztelekom”un “Mis Nazim” kimi tanınan regional müdiri – Nazim Əliyev

Bakıda güclü yanğın başladı: Bir-birinə bitişik obyektlər külə döndülər

Azərbaycanda beş yaşlı uşaq diş əməliyyatından sonra öldü

Siyavuş Novruzovdan haqqında yayılan xəbərlə bağlı açıqlama - Yenilənib

Hotellərdən fantastik qiymətə mənzil alanların sayı artıb

Ən çox oxunanalar