Cümə, 26 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“ABŞ Azərbaycanla dost, ya da düşmən olmasını açıq şəkildə ortaya qoysun” - Hafiz Hacıyev

Azərbaycan və Türkiyənin Xarici İşlər Nazirlikləri Baydenin bəyanatına münasibət bildirdilər...

Müasir Müsavat Partiyasının sədri: “Biz partiya olarıq ABŞ-ın “qondarma erməni soyqırımı”nı tanımasını pisləyirik”.

“Bu gün ABŞ dünyada sabitliyin qoruması üçün yox, əsas olaraq sabitliyin pozulması üçün çalışan bir dövlətdir”.

Xəbər verdiyimiz və ABŞ prezidenti Co Bayden aprelin 24-də “erməni soyqırımı”nın başlanmasının 107-ci ildönümü münasibətilə “qırğın kampaniyası zamanı deportasiya edilən, öldürülən və ya ölümə məhkum edilən” 1,5 milyon erməninin xatirəsinin anıldığı bəyanat açıqlayıb.

Bu bəyanatı PİA.az-ın əməkdaşı Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev ilə müzakirə edib.

Hafiz Hacıyev: “ABŞ-ın Bakıda olan əlaltıları istəyirlər ki, ölkədəki sabitliyi pozsunlar. Amma biz buna imkan verə bilmərik”.

Bu məsələlərdə Azərbaycan dövlətinin ortaya konkret mövqe qoymalı olduğunu düşünən partiya sədri əlavə edib ki, Azərbaycan ABŞ-ın dost, ya da düşmə olduğunu bilməlidir:

ABŞ həmişə Azərbaycana qarşı qərəzli mövqe sərgiləyib. ABŞ çox vaxt Azərbaycanın daxili içinə qarışıb. Yəni bildiyimiz kimi 907-ci düzəliş hələ də üstümüzdən götürülməyib. “Erməni soyqırımı” olmadığı halda bu ABŞ prezidenti səviyyəsində dilə gətirilir. ABŞ-ın bu hərəkəti də Azərbaycan üçün yolverilməzdir. ABŞ-ın Bakıda olan əlaltıları istəyirlər ki, ölkədəki sabitliyi pozsunlar. Amma biz buna imkan verə bilmərik.

Biz partiya olarıq ABŞ-ın “qondarma erməni soyqırımı”nı tanımasını pisləyirik. Müasir Müsavat Partiyası ABŞ-ın daxili işinə qarışmasını yolverilməz hesab edir. Biz düşünürük ki, bu məsələlərdə Azərbaycan dövləti ortaya konkret mövqe qoymalıdır və ABŞ-a öz sözünü deməlidir. Azərbaycan bilməlidir ki, ABŞ onun dostudur, ya düşmənidir.

ABŞ Dağlıq Qarabağ məsələsində Ermənistana yardım etdi. Azərbaycan heç nə demədi. Buna baxmayaraq onlar yenə bütün qərəzli məsələlərin hamısında Ermənistanın yanında durular. Amma bu dərəcədə də Azərbaycan dövlətini aşağı səviyyədə görmək olmaz. Aydın məsələdir ki, ABŞ xristian təşəbbüsünə görə erməniləri müdafiə edir. Azərbaycan düşünməlidir ki, bu gün ABŞ dünyada sabitliyin qoruması üçün yox, əsas olaraq sabitliyin pozulması üçün çalışan bir dövlətdir.

Hafiz Hacıyev: “Azərbaycan, eləcə də Türkiyə elə mövqe ortaya qoymalıdırlar ki, ABŞ kiminlə dost, kiminlə düşmən olduğunu açıq şəkildə dilə gətirməlidir”.

Partiya olaraq qətiyyətlə tələb edirik ki, ABŞ bu məsələdə ehtiyyatlı mövqe sərgiləsin. ABŞ Azərbaycanla dost, ya da düşmən olmasını açıq şəkildə ortaya qoysun.

Bu məsələ ilə bağlı həm Azərbaycanın, həm də Türkiyənin Xarici İşlər Nazirlikləri bəyanat verdilər. Müasir Müsavat Partiyası da hər iki bəyanatı dəstəkləyir. Amma düşünür ki, ABŞ və onun qoca prezidenti Baydenə bəyanat azdır. Bir daha qeyd edim ki, Azərbaycan, eləcə də Türkiyə elə mövqe ortaya qoymalıdırlar ki, ABŞ kiminlə dost, kiminlə düşmən olduğunu açıq şəkildə dilə gətirməlidir”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

UEFA Konfrans Liqası: "Sabah" səfərdə qalib gəlib - Yenilənib

Bu məmurlar parlament seçkilərindən sonra istefa verəcək - Siyahı

Adı kazinoda külli miqdarda pul uduzmaqda hallanan prorektor deputatlığa hazırlaşır? – İddia

Yardımlıdan daha bir nəfər deputatlığa namizəd oldu - Foto

Azərbaycanda dəhşətli xəstəlik can aldı: "Yoluxanların sağalması mümkün deyil"

Co Bayden Ağ Evdə Benyamin Netanyahu ilə görüşüb

Seçicilərdən Kamaləddin Qafarova qarşı üsyan: namizəd ərazidən qovula bilər    

Pezeşkiandan inqilabi ilk: Azərbaycan dili ilə bağlı...

Pezeşkiana qarşı müqavimət... - Prezident vədlərini yerinə yetirə biləcək?

Ən çox oxunanalar