Şənbə, 17 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya avtomobillərinin Azərbaycana idxalında problem var? - Açıqlama

Mart ayının sonundan etibarən Rusiyanın “AvtoVAZ” şirkəti qərbin tətbiq etdiyi sanksiyalar səbəbindən istehsalı dayandırmalı olub. Zavod avtomobillərin istehsalı üçün lazım olan hissələri və istehlak materiallarını əldə edə bilməyib.

Avtomobil şirkətinin Azərbaycanda rəsmi təmsilçisi “Xəzər LADA” ASC-dən “APA Economics”ə bildirilib ki, elektron komponentlərin çatışmazlığı istehsalla bağlı müəyyən çətinliklər yaradıb. Amma Azərbaycana Rusiya avtomobillərinin idxalı ilə bağlı hazırda hər hansı problem yoxdur:

“İyun ayına qədər bütün sifarişlərimiz “AvtoVAZ” tərəfindən qəbul edilib”.

Xəzər LADA”dan əlavə ediblər ki, sifarişlərin növbəti hissəsi ilə bağlı hələlik nəsə demək çətindir.

Avtomobil eksperti Eldəniz Cəfərov isə bildirib ki, Rusiya istehsalı olan avtomobillərə tələb bölgələrdə daha çoxdur. Bu isə daha çox Rusiya avtomobillərində konstruksiyanın sadə, servis qiymətlərinin isə nisbətən aşağı olması ilə bağlıdır.

Bununla belə ekspert hesab edir ki, Rusiya avtomobillərinin idxalı ilə bağlı yarana biləcək müəyyən qıtlıq Azərbaycan avtomobil bazarında hər hansı çətinlik yaratmayacaq. “İkinci əl” ABŞ, Cənubi Koreya və Çin avtomobilləri Rusiya avtomobillərini əvəzləyə bilər.(oxu.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Keçmiş diplomatlardan ibarət şəbəkə ifşa olunub - Yeni faktlar

VHP-çi namizəd Gülnar Hüseynova Ucarda seçicilərlə görüşüb

Politoloq: İranda Pezeşkianla bağlı ciddi problemlər olacaq...

Qoşqar Təhməzli istefa verməlidir – Eyyub Hüseynov

Qəbələdə toyda kütləvi zəhərlənmə olub, araşdırma aparılır - Yenilənib

Talıbovlarla bağlı sensasiya - İki deputat mandatını...

Sumqayıtda mənzildə qumbara partlayıb, ölən var - Yenilənib

Tovuzlu sahibkar: " Bir çarəm qalır, fəaliyyətimi dayandırmaq" - Video

Ermənilərin növbəti tarix saxtakarlığı - 1828-ci ildə “Şərqi Ermənistan” olub?

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay