Cümə, 26 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sabiq deputat: "Günah keçisi"nə çevirilib ortaya atılmış Zelenskiyə yazığım gəlir"

"Zelenskinin Avropa və Amerikadan silah istəməsi ilə bağlı müraciətinə baxdım. Şüurlu və ya bilməyərəkdən "günah keçisi"nə çevirilib ortaya atılmış bu insana yazığım gəlir".

PİA.az-ın xəbərinə görə, bunu sabiq deputat Etibar Hüseynov bildirib.

"Bəli, ona istədiyi qədər silah-sursat verəcəklər. Ona "Nobel", bəlkə hələm əvvəlcədən yazılmış "ssenarini" ustalıqla ifa etdiyinə görə "Oskar" da verəcəklər. "İlin adamı", "əsrin cəngavəri" və bu qəbildən olan gurultulu titullarla təltif edib qoltuqlarının altını qarpızlayacaqlar da. Təki o dayanmasın, elə hey savaşsın. Ukrayna və Rusiya çökənə, məhv olana, ən yaxşı halda dizi üstə qoyulana qədər vuruşsun. Çünki bu savaşda, Ukrayna və Rusiyadan başqa hamı maraqlıdır. Hamı. Elə biz də. Çünki parçalanmış Rusiya və taqətdən düşmüş, zəif Ukrayna həm də, hamı kimi bizim də siyasi maraqlarımıza uyğundur. Bir dəqiqəlik düşünün; müharibənin dayanmasını kim istəyir? Avropa? Yox. Amerika? O, ümumiyyətlə istəmir. Humanizm deyil, dövlət maraqları ilə yanaşsaq, heç biz də "istəmirik". Çünki necə ki, hamıya, bu sözün altından xətt çəkib, dərinliyinə varmadan bir daha iri hərflərlə yazıram-HAMIYA, güclü, qüdrətli, müasir deyil-zəif, möhtac, asılı Azərbaycan sərf etdiyi kimi, bu gün bütün hamıya da qüdrətsiz, çökmüş-parçalanmış Rusiya və Ukrayna sərf eləyir. Neyləyək ki, müasir (elə keçmiş də) dünya siyasətinin acı reallığı bunu tələb edir. Hamı güclü olmaq, qarşısında isə özündən zəifi, acizi görmək istəyir. Zelenski isə dayanmır; silah istəyir. Əslində onu heç qınamaq da düzgün deyil. Adamın geriyə yolu yoxdur..." - E.Hüseynov qeyd edib.(Pravda)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

UEFA Konfrans Liqası: "Sabah" səfərdə qalib gəlib - Yenilənib

Emin Ağalarovun “Sea-Breeze”dəki evinin görüntüləri

Bakıda 29 yaşlı oğlanı ürəyindən bıçaqlayan şəxs saxlanılıb - Yenilənib

Adı kazinoda külli miqdarda pul uduzmaqda hallanan prorektor deputatlığa hazırlaşır? – İddia

Co Bayden Ağ Evdə Benyamin Netanyahu ilə görüşüb

Bu məmurlar parlament seçkilərindən sonra istefa verəcək - Siyahı

Azərbaycanda dəhşətli xəstəlik can aldı: "Yoluxanların sağalması mümkün deyil"

Bakıda ata və onun azyaşlı oğlunu avtomobil vurub

Ən çox oxunanalar