Cümə, 26 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Brüsseldə əldə olunan nəticələr Azərbaycan üçün çox vacibdir” - Hafiz Hacıyev

Müasir Müsavat Partiyasının sədri: “Brüssel görüşündə əldə olunan razılaşmaların həyata keçməsinə Kremlin razı olacağı gözlənilən deyil”.

Xəbər verdiyimiz kimi Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə AzərbaycanErmənistan liderlərinin Brüsseldə keçirilmiş görüşündə müsbət nəticələr əldə olunub. Şarl Mişel jurnalistlərə bildirib ki, çox məhsuldar keçən görüşdə qərara alınıb ki, mümkün sülh sazişini hazırlamaq üçün sülh danışıqlarına başlamaq yönündə konkret prosesə start verilsin və bunun üçün lazım olan bütün elementlər müzakirə edilsin. Həmçinin qərara alınıb ki, delimitasiya kimi həssas məsələylə məşğul olmaq üçün birgə komissiya yaradılsın.

Baş tutan Brüssel görüşünün nəticələrini PİA.az-ın əməkdaşı Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev ilə müzakirə edib.

Hafiz Hacıyev: “Ermənistana kimin və hansı dövlətin tapşırıq verməsindən asılı olmayaraq bu Ermənistan üçün son şansdır”.

Şarl Mişelin vasitəçiliyi ilə keçirilən görüşün əhəmiyyətinin böyük olduğunu düşünən partiya sədri əlavə edib ki, bu görüşdə əldə olunan razılaşmaya Ermənistanın nə qədər əməl edəcəyini demək çətindir:

Prezident İlham Əliyevin Brüssel şəhərində Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşü tarixi görüş oldu. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə təşkil edilən görüşdə əldə olunan nəticələr Azərbaycan üçün çox vacibdir. Görüşün əsas nəticəsi Ermənistanın sülh prosesinə hazırlığının əldə olunmasıdır. Azərbaycan bu uğura prezidenti sayəsində imza atdı.

Avropa masasında əldə olunan başqa bir uğur isə Dağlıq Qarabağ ifadəsinin işlədilməməsidir. Eyni zamanda Minsk Qrupu həmsədrlərinin də adı görüşdə çəkilmədi. Demək ki, Azərbaycanın haqlı mövqeyi artıq hər kəs tərəfindən qəbul edilib. Müharibədən sonra bütün danışıqlarda ATƏT-in Minsk Qrupunun iştirakını istəyən Ermənistan indi bu fikrindən də daşınıb.

Bir daha qeyd edim ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə keçirilən görüşün əhəmiyyəti böyükdür. Amma bu görüşdə əldə olunan razılaşmaya Ermənistanın nə qədər əməl edəcəyini demək çətindir. Çünki bu vaxta qədər Ermənistan üzərinə götürdüyü bütün öhdəliklərindən boyun qaçırdı. Hətta Ermənistan öhdəlikləri yerinə yetirməsin deyə müxtəlif təxribatlara da əl atırlar.

Hafiz Hacıyev bildirib ki, əgər Ermənistan Brüssel razılığına da əməl etməsə, bu zaman Azərbaycan öz üsulları ilə prosesləri həyata keçirəcək:

Eyni zamanda Brüssel görüşündə əldə olunan razılaşmaların həyata keçməsinə Kremlin də razı olacağı gözlənilən deyil. Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistanın xarici işlər nazirini Rusiyaya çağırdı. Aydın məsələdir ki, onlar Ermənistanın xarici işlər nazirini Avropa masasında əldə olunan razılığın pozulmasına görə çağırdılar. Yəqin ki, onlar Ararat Mirzoyana öz tapşırıqlarını verəcəklər.

Amma düşünürəm ki, Ermənistana kimin və hansı dövlətin tapşırıq verməsindən asılı olmayaraq bu Ermənistan üçün son şansdır. Çünki Brüssel görüşündən əvvəl Azərbaycan Ermənistana beş təklif göndərib. Əgər Ermənistan Brüssel razılığına da əməl etməsə, bu zaman Azərbaycan öz üsulları ilə prosesləri həyata keçirəcək. Belə olan halda da Ermənistanı himayə edənlər də heç nə edə bilməyəcəklər. Çünki indi onların özləri belə pis vəziyyətdədirlər. Buna görə də Ermənistan bu məsələni çox yaxşı düşünməlidir”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

UEFA Konfrans Liqası: "Sabah" səfərdə qalib gəlib - Yenilənib

Bu məmurlar parlament seçkilərindən sonra istefa verəcək - Siyahı

Adı kazinoda külli miqdarda pul uduzmaqda hallanan prorektor deputatlığa hazırlaşır? – İddia

Yardımlıdan daha bir nəfər deputatlığa namizəd oldu - Foto

Azərbaycanda dəhşətli xəstəlik can aldı: "Yoluxanların sağalması mümkün deyil"

Co Bayden Ağ Evdə Benyamin Netanyahu ilə görüşüb

Bakıda ata və onun azyaşlı oğlunu avtomobil vurub

Pezeşkiandan inqilabi ilk: Azərbaycan dili ilə bağlı...

Pezeşkiana qarşı müqavimət... - Prezident vədlərini yerinə yetirə biləcək?

Ən çox oxunanalar