Çərşənbə axşamı, 02 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Abşeronda Beynəlxalq Uşaq Kitabı Günü qeyd edildi - Fotolar

Xırdalan şəhərində "2 aprel-Beynəlxalq Uşaq Kitabı günü" qeyd edilib. Abşeron rayon Mədəniyyət Mərkəzində baş tutan tədbirdə Rayon İcra Hakimiyyəti başçısnın müavini Gülnar Rəhimova, RİH yanında İctimai Şuranın sədri Elçin Quliyev, Abşeron Mədəniyyət Mərkəzinin direktoru Kamran Musayev, Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin Abşeron rayonu üzrə nümayəndəsi İlham Manafov, Mərkəzi Kitabxananın direktoru Məlahət Abdullayeva və Xırdalan şəhərində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrinin kollektivi və bağçaların fidanları iştirak edib. İştirakçılar əvvəlcə Uşaq İncəsənət Məktəblərinin şagirdlərinin əl işlərindən ibarət rəsm sərgisinə və uşaq kitablarından ibarət kitab sərgisinə baxış keçiriblər.

Kitabxananın “Nağıl otağı”nda isə balaca fidanların ifasında bir-birindən maraqlı nağıl və şeirlər səsləndirilib.

Tədbiri giriş sözü ilə açan Sumqayıt Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi, Abşeron rayonu üzrə nümayəndə İlham Manafov gələcəyimizin təminatçısı olan uşaqların vücudunu bəsləyəcək qidaları seçdiyimiz kimi, onların ağlını, ruhunu, qəlbini bacarıq və qabiliyyətini tərbiyə edəcək kitabların da seçilməsinin zəruriliyindən danışıb.

Sonra Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnar Rəhimova çıxış edərək Heydər Əliyev fondunun Prezidenti, Azərbaycan Respublikasının  Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın uğurlu siyasəti nəticəsində uşaqların rifahının dahada yaxşılaşdırılmasının prioritet olaraq qarşıya qoyulduğunu qeyd edib. Əlavə olunub ki, kitablar müxtəlif yaş dövrlərini əhatə edən uşaqların zehni, əqli inkişafına təsir edən əsas amil olaraq qiymətləndirilir. Kitabxana işi, kitab və nəşriyyatlarla bağlı qəbul olunan dövlət proqramları, ölkə başçısının imzaladığı müvafiq sərəncamlar bu sahənin inkişafı üçün zəmin yaradıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məmur qardaşı otağında bıçaqlanan keçmiş deputat yenidən millət vəkili olmaq istəyir

Kirayədə yaşayan yeniyetmələr evdə qan içində tapılıblar 

"Bu şəhərdə"ni Fuad İsgəndərov davam etdirəcək?

Seçkilərin taleyini müəyyən edəcək iki amil: İranın azadlıq bayrağı təbrizlilərin əlindədir - Fotolar

Azərbaycanda bu kənd palçıq altında qalıb - Sakinlər köçürülür - Video

İyul ayında bu bürcləri “pul yağışı” gözləyir 

Kəlbəcərə Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi təyin edilib

DTX-nin saxladığı sabiq xidmət rəisi azadlığa buraxıldı

Hansı xəstəliklərdə şəxs hərbi xidmətə yararsız hesab olunur?

Elxan Şahinoğlu: Cəlilinin prezident seçilmək şansları daha yüksəkdir...

İfrat sağçıların təkbaşına hökümət qurması Fransanın və Avropa İttifaqının siyasətinə necə təsir edəcək?

Ən çox oxunanalar