Çərşənbə, 11 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qarabağda gərginlik və Ermənistanın sülh sazişi təklifi - Yeravanda yenə nə planlanır?..

Ermənistanın hərtərəfli sülh sazişi üzrə danışıqlara başlamaq təklifini nə qədər ciddi qəbul etmək olar...

Politoloq: “Ermənistan Azərbaycanın təklif etdiyi təkliflər paketi əsasında ikitərəfli danışıqlarla başlamaqdansa, Minsk qrupu və digər regionlardan kənar ölkələri vasitəçi kimi cəlb etməyə səy göstərir”.

“İrəvan özünün səsləndirdiyi sülh çağırışlarına real məzmun verəcək addımlar atılmır. Ermənilər sülh sazişinin hazırlanması üzrə danışıqlardan söhbət açanda yenidən 30 illik heç bir nəticə verməyən müzakirə prosesini nəzərdə tuturlar”.

Bu sözləri politoloq Zaur İbrahimli Qarabağda yaşanan gərginliklər fonunda Ermənistandan gələn sülh sazişi imzalamaq təklifini PİA.az-a şərh edərkən qeyd edib.

Qarabağda yaşanan Fərrux kəndi gərginliyi fonunda Yeravanda Ermənistanın Təhlükəsizlik Şurası toplandı və iclasdan sonra yayılan məlumatda Yeravan Bakını tez bir zamanda hərtərəfli sülh sazişi üzrə danışıqlara başlamağa dəvət etdiyi bildiridi.

Qeyd edək ki, sözü gedən Ermənistan Təhlükəsizlik Şurasının iclasında Qarabağdakı son vəziyyət müzakirə olunub və bu müzakirələr sonrası Ermənistan özünü konstruktiv tərəf kimi göstərərək Azərbaycana hərtərəfli sülh sazişi üzrə danışıqlara başlamaq təklifini verib. Halbuki Azərbaycan 44 günlük müharibə bitəndən sonra ən yüksək səviyyədə Ermənistana sülh bağlamaq təklifini verib və bir müddət əvvəl Azərbaycan tərəfi ən optimal sülh şərtlərini açıqlayıb.

Nəzərə alsaq ki, Ermənistan həmişə sülh danışıqları adı altında vaxt “öldürməyə” çalışır, onda Yeravanın hazırkı sülh çağrışında nə qədər səmimi olması da şübhə altına düşür. Ən azından son il yarımda “Zəngəzur dəhlizi” ilə bağlı danışıqlarda heç bir irəliləyiş olmayıb və bu danışıqlar hələki “ölü nöqtədən” çıxa bilmir. Bu halda Ermənistanın hərtərəfli sülh sazişi üzrə danışıqlara başlamaq təklifini nə qədər ciddi qəbul etmək olar və Qarabağda yaşanan gərginliklər fonunda Yeravan sülh sazişini imzalamağa hazır görünürmü?

BakıYerevana sülh sazişin PİA.az-ın əməkdaşı politoloq Zaur İbrahimli ilə müzakirə edib.

Zaur İbrahimli: “İrəvanın dəstəyi və təşviqi ilə erməni lobbisi və diasporu Azərbaycana qarşı fəaliyyətlərini daha da genişləndiriblər”.

Hər halda sülh sazişinin hazırlanması ilə bağlı danışıqlara başlamaq istəyi realdırsa, gerçək niyyəti əks etdirirsə, bunun üçün müvafiq real addımlar atılmalı, siyasi iradə nümayiş etdirilməli olduğunu vurğulayan politoloq PİA.az-a bildirib ki, əks halda bu cür açıqlamalar artıq heç kimim marağına səbəb olmayan ermənilərin növbəti diplomatik gediş etmək cəhdi kimi qiymətləndiriləcək:

Ermənistan, üçtərəfli bəyanatın 4-cü bəndinə zidd olaraq erməni silahlı qüvvələrinin qalıqlarını hələ də Azərbaycan ərazilərindən çıxarmır. İrəvan, həmçinin sözükeçən bəyanatın 6-cı maddəsini pozaraq Laçın dəhlizi vasitəsilə erməni hərbçilərin Azərbaycana göndərilməsini davam etdirir və bu işdə onlara Rusiya sülhməramlıları yaxından kömək edir. Ermənistan Azərbaycanın təklif etdiyi təkliflər paketi əsasında ikitərəfli danışıqlarla başlamaqdansa, Minsk qrupu və digər regionlardan kənar ölkələri vasitəçi kimi cəlb etməyə səy göstərir. İrəvanın dəstəyi və təşviqi ilə erməni lobbisi və diasporu Azərbaycana qarşı fəaliyyətlərini daha da genişləndiriblər.

Bunlarla yanaşı “Zəngəzur dəhlizi”nin açılması və Azərbaycanın Naxçıvanla quru əlaqəsinin təmin olunması ilə bağlı ermənilərin öhdəlikləri yerinə yetirilməmiş qalıb. İrəvandan səslənən sülh sazişinin bağlanması ilə bağlı açıqlamalara real məzmun verəcək addımlar atılmır. Bu addımların atılması isə təbii ki, erməni silahlılarının Azərbaycandan çıxarılması, məcburi köçkünlərin öz ata-baba yurdlarına qaytarılması və “Zəngəzur dəhlizi”nin fəaliyyətə başlaması ola bilər. Hələ ki, həllini tapmayan bu məsələ üçtərəfli bəyanatın əsas təməl maddələridir.

Zaur İbrahimli: “Yeravandan səsləndirilən indiki bəyanatlar heç bir ciddi niyyyətə dayanmır və ermənilər danışığa başlayaq deyərkən, əslində yenidən 30 illik heç bir nəticə verməyən müzakirə məqsədini güdürlər”.

Ona görə də ermənilər hərtərəfli və yekun sülh sazişinin hazırlanması üzrə danışıqlardan söhbət açanda ilk olaraq bu öhdəliklərini yerinə yetirməli, ondan sonra masaya keçib danışıqlar aparmalıdır. Bu üzdən də Yeravandan səsləndirilən indiki bəyanatlar heç bir ciddi niyyyətə dayanmır və ermənilər danışığa başlayaq deyərkən, əslində yenidən 30 illik heç bir nəticə verməyən müzakirə məqsədini güdürlər.

Hər halda sülh sazişinin hazırlanması ilə bağlı danışıqlara başlamaq istəyi realdırsa, gerçək niyyəti əks etdirirsə, bunun üçün müvafiq real addımlar atılmalı, siyasi iradə nümayiş etdirilməlidir. Bir daha qeyd edim ki, bu siyasi iradə Ermənistan ordusunun qalıqları və qanunsuz silahlı birləşmələrin Azərbaycanın Qarabağ bölgəsindən çıxarılması ilə bağlı addımların atılmasını, Zəngəzur dəhlizinin reallaşması üçün real işlərin görülməsində, ölkəmizə münasibətdə xaricdə düşmənçilik fəaliyyətlərindən əl çəkməkdə ifadə olunmalıdır.

Əks halda bu cür açıqlamalar artıq heç kimim marağına səbəb olmayan ermənilərin növbəti diplomatik tryuk etməyə cəhdi kimi qiymətləndiriləcək”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Murad Dadaşov Aytən Səfərova ilə bağlı qərar verdi

Bakıda gecə baş verən silahlı insidentin yeni görüntüləri

21 yaşlı tələbənin canına qəsd etməsinə səbəb anası imiş

Batumidə Türkiyə, Azərbaycan və Gürcüstan müdafiə nazirləri arasında üçtərəfli saziş imzalanıb - Yenilənib

Yer kürəsinə "QİYAMƏT" xəbərdarlığı: Bu tarixdə 1,5 milyard insan məhv olacaq

Zamirə Hacıyevanın milyonlarla dəyəri olan brilyantları özünə qaytarıldı - İngilis məhkəməsindən şok qərar

Rusiya ordusu Kursk vilayətində genişmiqyaslı əks-hücum əməliyyatına başlayıb

Azərbaycanda bəzi universitetlər yenidən təşkil ediləcək - Qərar

Azərbaycanda dollara tələb ən yüksək səviyyəyə çatdı

Ən çox oxunanalar