Çərşənbə axşamı, 27 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Başa düşməlisiniz ki, Putinlə ətrafındakılar arasında nəhəng məsafə var...”

Qərbin sanksiyalarından sonra Londonda özünün dediyi kimi, heç qulluqçusuna da verməyə pul tapa bilməyən rusiyalı oliqarx Mixail Fridman and-aman edir ki, onun Rusiya prezidenti Vladimir Putinə hansısa informasiyanı çatdırmaq imkanı yoxdur. Fridmanın sözlərinə görə, o heç Kremlin siyasətini də tənqid edə bilməz, çünki Putin dərhal onu “xain” elan edərdi.

Virtualaz.org xəbər verir ki, sanksiyalardan əvvəl on milyardlarla dollar sərvətə malik olan Fridman Londonda CBS telekanalının müxbirinə bu haqda danışıb. Bildirir ki, bütün pullarına çıxışı bloklanıb, bank kartlarının heç biri işləmir. Fridmanın sözlərinə görə, onun heç bir günahı yoxdur və məruz qaldığı sanksiyalar ədalətsizdir. “Bizə qarşı sanksiyalar ədalətsizdir? Nəyə görə? Biz Rusiyada bizneslə məşğul olmaqdan başqa nə etmişik?”,-Fridman CBS-də ötən bazar günü efirə verilən müsahibəsində deyir.

Milyarder bildirir ki, adının sanksiyalar tətbiq edilən rusiyalı oliqarxların siyahısında olduğunu televizordan öyrənib. O, “təqsirsizlik prezumpsiyasından” danışır, hesab edir ki, adını bu siyahıya “hansısa bürokratlar” daxil edib. Onlar hesab ediblər ki, günahı oldu, olmadı, kimisə cəzalandırmaq lazımdır.

Fridman Putinə yaxın oliqarxların ona təsir edə biləcəyinə və ya hansısa informasiyanı çatdırmaq imkanlarına malik olduqlarına dair Qərbdəki təsəvvürlərin “yanlış olduğunu” deyir. “Beləliklə, siz hər şeydən əvvəl başa düşməlisiniz ki, cənab Putinin hakimiyyəti ilə onun bütün ətrafındakılar arasında nəhəng məsafə var. Əgər hətta ehtimal etsək ki, mən hansısa məlumatı ona çatdırmaq istəyirəm, bunun üçün mənim kanalım yoxdur. Rusiyalı sahibkarların əksəriyyətinin Putinlə heç bir şəxsi əlaqələri mövcud deyil”,-Fridman bildirib.

Müsahibədə rusiyalı olqarx Ukrayna prezidenti Volodimir Zelenskinin “çox cəsarətli və güclü şəxsiyyət” olduğunu deyib. Və Ukraynanın müstəqil ölkə olduğunu vurğulayıb. Lakin Fridman bildirib ki, o Putini tənqid edə bilməz. “Rusiyadakı indiki mühitdə tənqidə çox dözümsüz yanaşırlar. Əgər tənqid etsəm Putinin nəzərində satqına çevrilərəm”,-o deyib.

Sanksiyaların təqbiqindən sonra Fridman Londondakı biznesindən-“LetterOne” özəl investisiya şirkətindən uzaqlaşıb. Bu şirkətdə o, səhmdarlardan və həmtəsisçilərdən biri idi. Şirkətdə Fridmanın digər ortağı Putinə yaxın oliqarx-milyarder Petr Aven olub. O da şirkətdən uzaqlaşıb.

Aven ötən həftə “The Financial Times”ə müsahibəsində deyib ki, şirkət onu ofisdən qovub və əməkdaşlarla ünsiyyətini qadağan edib.

“Onlar hətta mənimlə şəxsi təmasdan qorxurlar. Biz hakimiyyətdən çox qorxuruq”,-22 milyard dollarlıq investisiya şirkətini ortağı Fridmanla birgə təsis etmiş Aven bildirib.

“LetterOne” şirkətinin direktorlar şurasının sədri Mervin Devis təsdiq edib ki, əməkdaşlara Aven və Fridmanla ünsiyyət saxlamaq qadağan olunub. Onların şirkətdəki payları bloklanıb, Devisin sözlərinə görə, oliqarxların şirkətin hər iki ofisinə daxil olması qadağan edilib, onların hər hansı sənədlərə çıxışları da bloklanıb. “Qanuna görə biz bu biznesə toxuna bilmərik”,-Aven müsahibədə gileylənib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qadınlar həmişə bu bürcün kişilərinə aşiq olurlar - Yaxşı hipnoz edirlər

Rəqibindən Nəsiman Yaqublunun faciəvi ölümünə reaksiya

Kardioloq ürək üçün ən təhlükəli 7 vərdişi açıqlayıb

Tramp ABŞ-ın Ukraynaya görə sursatsız qaldığını deyib

Gəncə şəhər stadionunun yenidən qurulması niyə məhz “İnşaatçı 3” MMC-yə verildi

Bakıda yataqxanada baş verən yanğın zamanı 5 nəfər təxliyə olunub - Yenilənib

Makron Durovun saxlanılmasına münasibət bildirdi

Ən çox oxunanalar