Bazar ertəsi, 26 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakı Təşəbbüs Qrupu BMT-nin İnsan Hüquqları Komitəsinə hesabat təqdim edib

BMT-nin İnsan Hüquqları Komitəsinin 14 oktyabr – 8 noyabr 2024-cü il tarixdə 142-ci sessiyası keçiriləcək...

Poliqon xəbər verir ki, sessiya çərçivəsində Ekvador, Fransa, Yunanıstan, İslandiya, Pakistan və Türkiyənin Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın icra edilməsi ilə əlaqədar ölkə hesabatları dinləniləcək.

Qeyd edək ki, Pakta əsasən sənədə qoşulmuş ölkələr BMT Nizamnaməsinə uyğun olaraq faktiki müstəmləkə altında saxladıqları ərazilərdə yaşayan xalqların öz müqəddəratını təyinetmə hüququnun həyata keçirilməsini təşviq etməli və bu hüquqa hörmət etməlidirlər.

Məlum olduğu kimi, hazırda iyrənc kolonializm və neokolonializm siyasəti yürüdən dövlətlərin başında Fransa gedir.

Bakı Təşəbbüs Qrupu BMT-nin İnsan Hüquqları Komitəsinə Fransanın kolonial siyasətini ifşa edən “Fransız müstəmləkəçiliyinin davamlı irsi öz müqəddəratını təyinetmə hüququnun həyata keçirilməsinə əhəmiyyətli dərəcədə mane olmaqda davam edir: Yeni Kaledoniya (Kanaki) və Fransız Polineziyası (Ma`ohi Nui) timsalında” adlı alternativ hesabat təqdim edib.

Həmin hesabat BMT-nin İnsan Hüquqları Komitəsinin rəsmi saytında dərc edilib. Hesabatla aşağıdakı linkdən tanış olmaq olar: https://tbinternet.ohchr.org/_layouts/15/treatybodyexternal/SessionDetails1.aspx?SessionID=2737&Lang=en.

Fransanın ölkə hesabatının bu ilin 22-23 oktyabr tarixlərində İnsan Hüquqları Komitəsində dinlənilməsi nəzərdə tutulur.

Xatırladaq ki, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində yaradılmış Bakı Təşəbbüs Qrupu müstəmləkəçilik əleyhinə davamlı və sistemli mübarizə aparır, müstəmləkə altında qalan və müstəqillik uğrunda mübarizə aparan xalqların mübarizəsini dəstəkləyir.

Poliqon.info 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Almaniya Bundesliqası: "Bavariya" "Volfsburq"a qalib gəldi

Azərbaycan və İran XİN rəhbərləri regional məsələləri müzakirə edib

Gülnar Hüseynova Ucarda seçicilərlə görüşüb

Rəqibindən Nəsiman Yaqublunun faciəvi ölümünə reaksiya

Kardioloq ürək üçün ən təhlükəli 7 vərdişi açıqlayıb

BQXK Azərbaycanda saxlanılan Qarabağ separatçılarına baş çəkib

Pakistan sıxılmış qaz almaq üçün Rusiya ilə danışıqlar aparır

Xərçəng böhranı : ABŞ şirkəti anti-Rusiya sanksiyalarına görə müflis olur...

Azərbaycanda 600-dən çox bal toplayan iki nəfər ali məktəbə qəbul olmayıb

Bütün Ukraynada hava hücumu xəbərdarlığı elan edildi

Ən çox oxunanalar