Şənbə, 17 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ və müttəfiqləri Rusiyaya soyuq iqtisadi müharibə elan edir

Ağ Ev şənbə günü bəyan edib ki, ABŞ və onun müttəfiqləri bəzi Rusiya banklarını əsas beynəlxalq bank sistemindən kənarlaşdıracaqlar.

Rusiyanın Ukraynaya qarşı müharibəsi bizim müdafiə etdiyimiz İkinci Dünya Müharibəsindən sonra formalaşmış fundamental beynəlxalq qayda və normalara hücumdur”- bu ABŞ, Avropa Komissiyası, Fransa, Almaniya, İtaliya, Böyük Britaniya və Kanada liderlərinin birgə bəyanatında deyilir.

 “Biz Rusiya ilə hesab çəkəcəyik və kollektiv şəkildə bu müharibənin Putin üçün strateji uğursuzluğa düçar olmasını təmin edəcəyik”.

  Bayden administrasiyası və Avropa müttəfiqləri aşağıdakı tədbirləri görməyə razılaşdılar:

 1) Rusiya banklarının SWIFT mesajlaşma sistemindən çıxarılmasını təmin etmək. Bu, həmin bankların beynəlxalq maliyyə sistemindən qopmasını təmin edəcək və onların qlobal miqyasda fəaliyyət imkanlarına xələl gətirəcək.

2) Rusiya Mərkəzi Bankının beynəlxalq ehtiyatlarından bizim sanksiyalarımızı pozmaq üçün istifadə etməsinə mane olacaq məhdudlaşdırıcı tədbirlər tətbiq etmək.

 3) Ukraynada müharibəyə və Rusiya hökumətinin zərərli fəaliyyətinə töhfə verən şəxslərə və təşkilatlara qarşı hərəkət etmək. Xüsusilə, biz Rusiya hökuməti ilə əlaqəsi olan varlı ruslara ölkələrimizin vətəndaşı olmağa imkan verən “qızıl pasportlar” adlanan vətəndaşlığın verilməsini dayandırırıg.

4) sanksiyaya məruz qalan şəxslərin və şirkətlərin aktivlərini müəyyən edib dondurmaqla maliyyə sanksiyalarımızın effektiv icrasını təmin etmək üçün gələn həftə transatlantik işçi qrupunu işə salaq.

Bu səylərin bir hissəsi olaraq, “biz Rusiya hökumətinə yaxın olan Rusiya məmurlarına və elitasına, habelə onların ailələrinə və tərəfdaşlarına qarşı sanksiyalar və digər məcburi tədbirlər tətbiq edərək, onların ölkələrimizdə saxladıqları aktivləri müəyyən edib donduracağıq”.

“Nəhayət, dezinformasiyaya və hibrid müharibənin digər formalarına qarşı koordinasiyamızı gücləndirəcəyik”.

“Biz bu çətin zamanda Ukrayna xalqını dəstəkləyirik. Bu gün elan etdiyimiz tədbirlərdən əlavə, biz Rusiyanın Ukraynaya hücumuna görə cavabdehlik daşımaq üçün əlavə tədbirlər görməyə hazırıq”, - deyə Qərbin liderləri bəyanatda bildiriblər. (turan)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Keçmiş diplomatlardan ibarət şəbəkə ifşa olunub - Yeni faktlar

Tovuzlu sahibkar: " Bir çarəm qalır, fəaliyyətimi dayandırmaq" - Video

Xalq artisti Cahangir Novruzovun Ankarada 70 illik yubileyi keçirilib

Kəlbəcərdə qardaşları ilə birlikdə itkin düşən Təranə Zeynalovanın qan donduran hekayəsi - Video

Sırski: Ukrayna ordusu Kursk vilayətində daha 1-3 km irəliləyib

Bakıda və Abşeronda süxurun qanunsuz daşınması faktı aşkarlandı

55 nəfərin zəhərləndiyi toyun keçirildiyi restoran sahibi danışdı

Ukrayna Kurskda körpünü vurdu, 700 rus hərbçisi mühasirədə qalıb

Bayden namizədlikdən imtina etdikdən sonra ilk dəfə Harrislə mitinqdə iştirak edib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay