Çərşənbə, 18 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Pekin-2022: Azərbaycan təmsilçisi əsas rəqibindən əvvəl çıxış edəcək

Azərbaycanı Pekin-2022 Qış Olimpiya Oyunlarında təmsil edən fiqurlu konkisürən Yekaterina Ryabova buz üzərinə fevralın 15-də 24-cü sırada çıxacaq.

"Report"un məlumatına görə, Ryabovanın sıra nömrəsi püşkatma nəticəsində müəyyənləşib. Siyahıda ümumilikdə 30 idmançı yer alıb. 19 yaşlı konkisürən qadınlar arasında qısa proqramla çıxışda ən yaxşı 24 iştirakçı arasına düşə bilsə, fevralın 17-də keçiriləcək final mərhələsinə vəsiqə qazanacaq. Həmin gün idmançılar sərbəst proqramla mübarizə aparacaqlar. Yarış "Capital Indoor Stadium"da keçiriləcək.

Ryabovanın əsas rəqiblərindən biri komanda yarışında Rusiya Olimpiya Komitəsinin təmsilçisi kimi qızıl medal qazanmış Kamilə Vəliyeva olacaq. O, püşkə əsasən, 26-cı sırada çıxış etməlidir. Lakin Vəliyevanın dopinq-testi müsbət çıxdığından, Beynəlxalq Olimpiya Komitəsi İdman Arbitraj Məhkəməsinə (CAS) apellyasiya verib. Şikayət üzrə dinləmələr bu gün Bakı vaxtı ilə saat 16:30-da başlanacaq. Qərar isə fevralın 14-də günün ikinci yarısında açıqlanacaq. Dopinqdən yararlandığı təsdiqlənəcəyi təqdirdə, Vəliyeva iştirakçılar siyahısından çıxarılacaq.

Qeyd edək ki, Azərbaycanın kişi fiqurlu konkisürəni Vladimir Litvintsev Pekin-2022-də 18-ci yeri tutub.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Livanda partlayış nəticəsində 2800 nəfər yaralanıb, 8 nəfər ölüb - Yenilənib

Abxaziyada nələr baş verir? - Rusiya bu ərazini Gürcüstana qaytarır?

Hacıqabul rayonuna yeni icra başçısı təyin olunub - Yenilənib

Salyanın icra başçısı vəzifəsindən azad olunub, yenisi təyin edilib - Sərəncam

Trampa qarşı ikinci sui-qəsd... - Bu sui-qəsdlərin seçkiyə təsiri hansı səviyyədə ola bilər?

Narin Güranın ölüm səbəbi məlum oldu: Hansı yolla qətlə yetirilib?

Dənizkənarı Bulvar İdarəsinin sabiq sədri həbs edilib 

Bakıda kirayə mənzillər nə qədər bahalaşıb? - Qiymətlər

Azərbaycan və Türkiyənin BRİCS yolundakı əngəl - Hindistan...

Rusiya Ermənistanı "Smerç" raketləri ilə doldurur

Ən çox oxunanalar