Şənbə, 07 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Omikron”u ev şəraitində necə müalicə etməli? - Səhiyyə Nazirliyinin mütəxəssisi sualları cavablandırır

“Omikron”u ev şəraitində müalicə etmək mümkündürmü? Bu, nə qədər təhlükəlidir? Hansı risklər yarana bilər?

Media.Az-ın bu suallarını Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov cavablandırıb.

“Omikron” ştammının yaratdığı xəstəliyin gedişi “Delta” ştammı ilə müqayisədə daha yumşaqdır. Əksər xəstələrdə yoluxucu proses yuxarı tənəffüs yollarında lokallaşdırılır, nadir hallarda ağciyər toxumasına təsir göstərir. Bu səbəbdən xəstələr adi mövsümi kəskin respirator infeksiyalar zamanı olduğu kimi müalicə edə bilirlər”, - deyə infeksionist bildirib.

Onun sözlərinə görə, koronavirusun istənilən ştammını yüngül keçirdikdə, onu adi kəskin respirator virus infeksiyaları kimi müalicə etmək olar. Burada söhbət simptomatik müalicədən gedir.

“Vətəndaş PCR testinin müsbət nəticəsini aldıqdan sonra evdə özünü təcrid etməlidir. Xəstəlik boyu mümkün qədər çox maye içmək lazımdır. Yüksək temperatur varsa, qızdırmasalan dərmanlar qəbul etmək tövsiyə olunur. Öskürək və boğaz ağrınız varsa, bal və antiseptiklə su içə bilərsiniz. Öskürək əleyhinə dərmanlara gəlincə, onları nisbətən qısa müddətə qəbul etmək olar”, - deyə həkim izah edib.

Mütəxəssis evdə müalicə zamanı hansı dərmanların əks göstərişli olduğu barədə də xəbərdarlıq edib. O, heç bir halda, həkim resepti olmadan antibiotiklər, hormonal dərmanlar və antikoaqulyantların qəbul edilməməsini xatırladıb.

Həmçinin T.Eyvazov hansı hallarda təcili olaraq həkimə müraciət etməyin lazım olduğunu da aydınlaşdırıb.

“Heç bir dərman vasitəsi ilə keçməyən yüksək hərarətiniz varsa, döş qəfəsində ağrılar varsa, əlavə olaraq nəfəs darlığı və hava çatışmazlığı hiss edirsinizsə, dəriniz mavi rəngə çevrilibsə, dərhal həkimə müraciət etməli və ya təcili yardıma müraciət etməlisiniz. Əgər oksigen aparatınız varsa, o, tibb işçiləri gəlməmişdən əvvəl sizə qanda oksigenin səviyyəsini bildirəcək. Ancaq yalnız mütəxəssislər sizin vəziyyətinizi düzgün təhlil edə və lazım gələrsə, sizi xəstəxanaya çatdıra bilərlər”, - deyə Azərbaycan Səhiyyə Nazirliyinin eksperti yekunlaşdırıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev İtaliyada Beynəlxalq Çernobbio Forumunda çıxış edib - Yenilənib

Politoloq: Azərbaycan Rusiyaya ciddi nota verməlidir...

Azərbaycanda bu şəxsləri 5 il həbs cəzası gözləyir - Xəbərdarlıq

Anar Məmmədovla bağlı ilginc iddia - Trampın seçkisinə...

İran “Zəngəzur dəhlizi”nin açılmasını imkansız edən gücə sahibdir?

Bakıda satışa çıxarılan məşhur bina 2.5 milyon manat ucuzlaşdı

Azərbaycan Ordusunun hərbçisi odlu silahla özünü öldürüb

Əbülfəs Qarayevin qızının Rusiyadakı şirkətinin gəlirləri azalıb

Taleh Qaraşovun rəhbərlik etdiyi qurumun 730 minlik tenderi ləğv edildi

Ən çox oxunanalar