Çərşənbə, 11 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Lavrovun Ukraynaya “biz hər şey edə bilərik, siz yox”, mesajı... - Əslində Moskva Kiyevdən nə istəyir?

Rusiyanın istəyi üzərinə Donbas və Krımdan kənar Rusiya-Ukrayna münasibətlərinin normallaşması mümkündürmü?..

Politoloq: “Kreml diplomatiyası ibarəli ifadələr, söz oyunları ilə de-fakto bu ilhaq və işğal siyasəyinə haqq qazandırmaqdan başqa bir şey deyil və Moksvadan səsələnən açıqlamalara heç rusların özləri də inanmır”.

Rusiya diplomatiyası “müharibə istəmirik” deyəndə, Ukraynanın dövlət quruluşunun dəyişməsini, fedaritv ölkəyə çevrilməsini, qondarma Luqansk Xalq Respublikası və Donetsk Xalq Respublikasının de-fakto və de-yure tanınmasını, yəni bu vilayətlərə, eyni zamanda Xarkov və Odessa vilayətlərinə də xüsusi status verilməsini nəzərdə tutur. Eyni zamanda Krımın Rusiya ərazisi olaraq tanınmasını istəyirlər”.

Bu sözləri politoloq Zaur İbrahimli Rusiyanın Ukrayna iıə danışıqlara hazır olduğunu bəyan etməsinin pərdəarxası məqamlarını PİA.az-a şərh edərkən qeyd edib.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov ötən gün jurnalistlərə müsahibəsində deyib ki, müharibə istəmirik, lakin maraqlarımıza qarşı kobud hücumlara da yol verməyəcəyik. Lavrov digər bir açıqlamasında isə Ukrayna Prezidenti Vladimir Zelenski ilə Donbası deyil, iki ölkə arasında münasibətlərin normallaşdırılmasını müzakirə etməyə hazır olduqlarını söyləyib.

Qeyd edək ki, eyni siyasəti uzun illər boyu Ermənistan Azərbaycan və Türkiyəyə qarşı sərgiləyib. Yəni Yeravan biz Qarabağdan kənar Azərbaycanla münasibətləri normallaşdırmaöa hazırıq”, “Türkiyə ilə ilkin şərtlər olmadan münasibətləri normallaşdırmağa hazırıq”, kimi siyasət yürüdüb. Qısacası ermənilər bu illər ərzində deyib ki, Azərbaycan işğal olunmuş ərazilərini, edilən vəhşilikləri unudub bizimlə dost olsun. Biz isə onlara itədiyimizi edək və onlarla istədiyimiz kimi, davranaq. Türkiyə isə ərazi iddialarını, o cümlədən tarixi əsasları belə ermənilər tərəfindən sübut olunmayan “genosid”i iddialarını, teror aktlarını unudub bizimlə qucağında daşısın, biz isə Türkiyənin yarısına ərazi iddiairəli sürməklə yanaşı saxta genosidə görə bizə ödənilən təzminatla yaşayaq. Ermənistanın uzun illər boyu Azərbaycan və Türkiyədən istədiiyi bu idi və cəbhədə ağır məğlubiyyətlərindən sonra belə bu iddialarından əl çəkmək istəmirlər.

Lavrovun irəlü sürdüyü “sülh” planı da məhz bu anyaışa dayanır. Lavrov dolayısı ilə deyir ki, biz Ukraynaya hər şeyi edə bilərik, amma Ukrayna buna qarşılıq verməməli, bizə dost ölkə olmaqda davam etməlidir. Əslində bir müdətdir ki, Ermənistan tərəfindən yürüdülsə də, bu absurd siyasət Rusiyanın imperiya kimliyinin pasportudur. Ona görə də Lavrovun, müharibə istəmirik, amma Ukrayna da bütün işğal olunmuş ərazilərə rəğmən bizimlə dost olmalıdır, fikri onlara görə normalllıqdır...

Rusiyanın bu ikili standart siyastini necə dəyərləndirmək olar? Bir ölkənin ərazisi işğal edib, daha sonra həmin ölkəyə gəlin normal münasibət quraq, demək nə demək olur? Donbas və Krımdan kənar Rusiya-Ukrayna münasibətlərinin normallaşması mümkündürmü?

Ukrayna-Rusiya münasibətlərindəki son vəziyyəti PİA.az-ın əməkdaşı politoloq Zaur İbrahimli ilə müzakirə edib.

Zaur İbrahimli: “Donbas və Krımsız Ukryna-Rusiya münasibətlərinin normallaşması qeyri-mümkündür. Bu yalnız bir halda ola bilər ki, Ukraynda da Belarusda olduğu kimi Kremlin süngülərin köməyi ilə hakimiyyətə Lukaşenko kimi siyasətçi gəlsin və o, Rusiya ilə vassal müqaviləsi imzalasın”.

Ukraynanın şərq vilayətlərinin faktiki olaraq qeyri-rəsmi rus hərbi birləşmələri tərəfindən ilhaq olunduğunu xatırladan politoloq PİA.az-a açıqlamasında qeyd edib ki, hazırda da bu vilayətlərin bütün maddi, texniki, hərbi təchizatı Rusiya tərəfindən həyata keçirilir. Kremlin bu vilayətlərə xüsusi status verilməsinə nail olmaqla Ukraynın həm daxili, həm də xarici siyasətinə təsirli alət əldə etməyə çalışır:

Rusiya diplomatiyası “müharibə istəmirik” deyəndə, Ukraynanın dövlət quruluşunun dəyişməsini, fedaritv ölkəyə çevrilməsini, qondarma Luqansk Xalq Respublikası və Donetsk Xalq Respublikasının de-fakto və de-yure tanınmasını, yəni bu vilayətlərə, eyni zamanda Xarkov və Odessa vilayətlərinə də xüsusi status verilməsini nəzərdə tutur. Eyni zamanda Krımın Rusiya ərazisi olaraq tanınmasını istəyirlər. Yəni Ukrayanaya bu şərtlərlə sülh təklif olunur. Hazırda Moskvanın Ukraynanın yerinə yetirilməsində israr etdiyi 2014-cü il və 2015-ci ilə danışıqları ilə Kiyevə təzyiqlə, tam miqyaslı müharibə təhdidi ilə qəbul etdirilmiş “Minsk razılaşmaları” məhz Luqansk Xalq və Donetsk Xalq Respublikasılarına muxtariyyət verilməsini nəzərdə tutur.

Kiyevin hər hansı formada bu razılaşmalara yenidən baxılması səyləri isə Kremlin müharibə tədidləri ilə cavablandırılır. Bundan əlavə 2019-cu il aprel ayında bu qonadrma respublikalarda yaşayanların Rusiya vətəndaşlığı almaları üçün sadələşdirilmiş qaydalar tətbiq edilməsi barədə Rusiya prezidentinin fərmanı imzalayıb və Donetsk və Luqanskın işğal altında olan ərazilərində yaşayan insanlara Rusiya vətəndaşlığı verilib. Ukraynanın şərq vilayətləri faktiki olaraq qeyri-rəsmi rus hərbi birləşmələri tərəfindən ilhaq olunub. Hazırda da bu vilayətlərin bütün maddi, texniki, hərbi təchizatı Rusiya tərəfindən həyata keçirilir. Kremlin bu vilayətlərə xüsusi status verilməsinə nail olmaqla Ukraynın həm daxili, həm də xarici siyasətinə təsirli alət əldə etməyə çalışır. Moskvaya görə ancaq bu yolla Kiyevin NATO-ya üzv olmaq planlarının da qarşısını almaq mümkündür. Təsəvvür edin ki, ölkənin şərq hissəsi buna qarşı çıxacaq, belə olan halda NATO Ukraynanı üzvlüyə qəbul edə bilərmi?

Zaur İbrahimli: “Kreml bütün MDB məkanında sepratçıları dəstəkləmək, süni inteqrasiya modelləri yaratmaqla Moskvadan asılılıq yaratmağa çalışır”.

Donbas və Krımsız Ukryna-Rusiya münasibətlərinin normallaşması qeyri-mümkündür. Bu yalnız bir halda ola bilər ki, Ukraynda da Belarusda olduğu kimi Kremlin süngülərin köməyi ilə hakimiyyətə Lukaşenko kimi siyasətçi gəlsin və o, Rusiya ilə vassal müqaviləsi imzalasın.

Rusiya Gürcüstanda Abxaziya və Cənubi Osetiyada, Moldovoda Dnestryanı sepratçılaırnı dəstəkləməklə mərkəzi hakimiyyətin nəzarətin kənar qonadarma respublikalar yaradılmasına nail olub. Ermənistanda Rusiyadan alığı birbaşa dəstəklə Azərbaycan torpaqlarının 20%-ni işğal altında saxlamağa, qondarma Qarabağ respublikası elan edilməsinə səbəb olub. Qazaxıstana qarşı da Kreml ərazi iddialarının səsləndirilməsini təşviq edir, Özbəkistanın ünvanında Kollektiv Təhlükəsizlik Müqaviləsi təşkilatına üzv olması üçün hədələr söylənilir, təhdid edilir.

Kreml bütün MDB məkanında sepratçıları dəstəkləmək, süni inteqrasiya modelləri yaratmaqla Moskvadan asılılıq yaratmağa çalışır. Bu baxımdan Kreml diplomatiyası ibarəli ifadələr, söz oyunları ilə de-fakto bu ilhaq və işğal siyasəyinə haqq qazandırmaqdan başqa bir şey deyil və Moksvadan səsələnən açıqlamala heç rusların özləri də inanmır”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Murad Dadaşov Aytən Səfərova ilə bağlı qərar verdi

Bakıda gecə baş verən silahlı insidentin yeni görüntüləri

21 yaşlı tələbənin canına qəsd etməsinə səbəb anası imiş

Batumidə Türkiyə, Azərbaycan və Gürcüstan müdafiə nazirləri arasında üçtərəfli saziş imzalanıb - Yenilənib

Yer kürəsinə "QİYAMƏT" xəbərdarlığı: Bu tarixdə 1,5 milyard insan məhv olacaq

Zamirə Hacıyevanın milyonlarla dəyəri olan brilyantları özünə qaytarıldı - İngilis məhkəməsindən şok qərar

Rusiya ordusu Kursk vilayətində genişmiqyaslı əks-hücum əməliyyatına başlayıb

Azərbaycanda bəzi universitetlər yenidən təşkil ediləcək - Qərar

Azərbaycanda dollara tələb ən yüksək səviyyəyə çatdı

Ən çox oxunanalar