Bazar ertəsi, 29 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyə-Ermənistan arasında buzlar əriyir - Cənubi Qafqazda yeni dönəm başlayır...

Türkiyənin liderliyi ilə istər Türkiyə-Ermənistan, istərsə də Azərbaycan-Ermənistan problemləri keçmişdən fərqli olaraq, dialoq yolu ilə həll oluna biləcək səviyyəyə gəlib çatıb...

Yıldız Deveci Bozkuş
“The Independent” qəzeti, 17 dekabr 2021-ci il

Xarici işlər naziri Mövlud Çavuşoğlunun 2021-ci il dekabrın 14-də büdcə müzakirələri zamanı Türkiyə-Ermənistan münasibətləri ilə bağlı açıqlaması iki ölkə arasında münasibətlərdə yeni dövrün başlanğıcına işarə etməsi baxımından önəmli idi.

44 günlük Qarabağ müharibəsi təkcə Azərbaycan-Ermənistan deyil, Türkiyə-Ermənistan münasibətlərində də dönüş nöqtəsi oldu. Məlum olduğu kimi, 1991-ci ildə Sovet İttifaqının dağılması ilə müstəqilliyini əldə edən Ermənistan Respublikasının müstəqilliyini 1991-ci il dekabrın 16-da tanıyan ilk dövlət Türkiyə olmuşdur.

1993-cü ildə Ermənistan Azərbaycan torpaqlarını işğal etdikdən sonra Türkiyə Ermənistanla sərhədlərini bağlayıb, diplomatik və ticari əlaqələri dayandırıb. Lakin ötən il baş verən 44 günlük müharibə regiondakı bütün tarazlıqları dəyişdi və bu müharibə Azərbaycanın qələbəsi ilə başa çatdıqdan sonra işğala son qoyuldu. Bakının qələbəsi ilə Rusiyanın qarantı altında atəşkəs bəyannaməsi imzalandı və tərəflər arasında danışıqlar başladı.

Nəhayət, Brüsseldə keçirilən görüş müsbət atmosferdə keçdi. Brüsseldə Azərbaycan prezidenti İlham ƏliyevErmənistanın baş naziri Nikol Paşinyan Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel arasında üçtərəfli görüş keçirilib.

Görüşdə AzərbaycanErmənistan arasında dəmir yolu xətlərinin yaradılması müzakirə edilib və Mişel iki ölkə arasındakı xətlərin iqtisadi investisiyalar çərçivəsində dəstəklənə biləcəyini vurğulayıb. Mişelin görüşdən sonra verdiyi açıqlamalar Avropa İttifaqının da iki ölkə arasında normallaşma prosesini dəstəklədiyini göstərir.

Bu kontekstdə Aİ-nin iki ölkə arasında problemlərin həlli istiqamətində dialoqa önəm verdiyini söyləmək olar. Müharibədən sonra Türkiyənin hər platformada ErmənistanAzərbaycanı istisna etməyən mövqeyi, regional əməkdaşlığa önəm verməsi tərəflər arasında belə normallaşmanın ilk siqnalları kimi şərh olundu.

Xüsusilə, Üçtərəfli Platforma Təklifi ilə Türkiyə bölgədə daimi və əhatəli siyasət yürütdüyünü və bütün region ölkələrinin inkişafını hədəflədiyini açıq şəkildə nümayiş etdirib. Çavuşoğlunun 14 dekabr 2021-ci il tarixli bəyanatı, əslində ikitərəfli münasibətlərin normallaşması ilə bağlı türk və erməni ictimaiyyətinin çoxdan gözlədiyi bir bəyanat idi. Əslində, sərhədlər bağlı olduğu müddətdə 1915-ci il hadisələri iki ölkə arasındakı münasibətlərdə Demokl qılıncı kimi yellənməyə davam edirdi.

Sərhədlərin bağlanması və diplomatik əlaqələrin olmaması bir çox problemlərin həll olunmamasına səbəb olub. Dialoqun olmaması bir çox başqa məsələlərdə olduğu kimi, Türkiyə-Ermənistan münasibətlərində də beynəlxalq ictimaiyyət tərəfindən tez-tez gündəmə gətirilən və tənqid edilən məsələ olub.

İrəvana nümayəndə təyinatı

Türkiyənin keçmiş Vaşinqton səfiri Serdar Kılıçı Ermənistanın xüsusi nümayəndəsi təyin edəcəyi ilə bağlı açıqlaması beynəlxalq ictimai rəydə ciddi əks-səda doğurub. Bu bəyanatı Yerevan da təsdiqləyib və Ermənistan Xarici İşlər Nazirliyi də eyni şəkildə ən qısa zamanda xüsusi nümayəndə təyin edəcəklərini bəyan edib.

Münasibətlər normallaşacağı təqdirdə yaxın günlərdə səfirliyin açıla biləcəyi bildirilsə də, bunun üçün tərəflərin etimadı artırmaq məqsədilə müəyyən addımlar atmalı olduğu vurğulanıb. Bu baxımdan Türkiyə-Ermənistan münasibətlərində tarixi dönüş olduğunu söyləmək olar.

Əslində, 1993-cü ildən bəri münasibətlərdə 30 illik fasilədən sonra atılan bu addımlar bütün tərəflər üçün müsbət ab-havanın yaradılması baxımından əhəmiyyətlidir.

Bu inkişaflardan sonra normallaşma prosesində Türkiyə ilə Ermənistan arasında diplomatik münasibətlərin qurulması ilə hər iki tərəfə səfirliklərin təyin edilməsi daha bir mühüm addım olacaq. Hazırda təyin olunan xüsusi nümayəndələrin müzakirə edəcəyi məsələlər arasında ilk növbədə normallaşma prosesinin necə izlənəcəyi, daha sonra isə siyasi, hüquqi, iqtisadi və mədəni məsələləri özündə birləşdirən yol xəritəsi olacaq.

ABŞ, Aİ və digər qərb dövlətlərinin münasibəti

ABŞ xüsusilə 44 günlük müharibə prosesində kənara atılmasının da təsiri ilə yeni vəziyyətdə bölgədəki varlığını daha qabarıq göstərmək üçün bu prosesi dəstəkləyəcək. Normallaşma prosesi keçən 24 apreldə qəbul edilən “soyqırım” qərarı ilə daha da gərginləşən Türkiyə-ABŞ münasibətlərinə də müsbət təsir göstərə bilər. Hazırkı vəziyyətdə ABŞ mətbuatında bu yöndə bir təsəvvürün yaranmağa başladığı görünür.

BakıYerevanın Avropa İttifaqı nümayəndələri ilə danışıqlarının müsbət atmosferdə keçməsi Aİ-nin bu baxımdan normallaşma prosesinə müsbət yanaşdığını göstərmək baxımından önəmlidir. Xüsusilə son illərdə Aİ bir çox bəyanatlar və irəliləyiş hesabatları ilə çıxış edib.

Bu səbəbdən Aİ-nin Türkiyə-Ermənistan münasibətlərinin və eynilə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşma prosesini alqışladığını söyləmək mümkündür.

Fransa isə Qarabağ müharibəsi zamanı və ondan sonrakı dönəmdə həmişə Ermənistanı dəstəkləyən bir mövqe nümayiş etdirib. Halbuki 44 günlük müharibədə Rusiyanın kənarlaşdırdığü ölkələr arasında Fransa da var idi. Bu səbəbdən, normallaşma prosesində danışıqlardan kənarda qalacağı üçün bu proseslərdən narahat olacaq.

Brüsseldə tərəflər arasında keçirilən üçtərəfli görüşlərdən sonra Makronun Əliyev və Paşinyanla planlaşdırılmamış görüşünü də dəyərləndirmək olar. Rusiya isə Qarabağ müharibəsindən sonra imzalanan atəşkəs razılaşmasına uyğun olaraq artıq qarant ölkə kimi masaya oturub və ona görə də, Rusiyanın da bu normallaşmanı dəstəklədiyini demək olar.

Bununla belə, Rusiya Qərb dövlətlərinin onun regiondakı təsirini məhdudlaşdırmaq məqsədilə normallaşma prosesinə dəstək verdiyini də başa düşür. Bu səbəbdən, ABŞ və Aİ Qarabağ müharibəsindən kənarda qaldığı kimi, bu məsələdə birgə hərəkət etdiyini, bu dəfə Qərb blokunun Rusiyanın bölgədəki gücünü məhdudlaşdırmaq üçün normallaşma prosesini dəstəklədiyini, Rusiyanın isə müştərək addım atdığını deyə bilərik.

Normallaşmanın regional və qlobal təsirləri

Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasının həm regional, həm də qlobal miqyasda siyasi, iqtisadi və geosiyasi nəticələri olacaq. Qeyd edək ki, normallaşma prosesini dəstəkləyənlərlə yanaşı, bu proseslərdən narahat olanlar da olacaq. Bu ölkələrdən biri də, şübhəsiz ki, İran olar. Xüsusilə də Turan dəhlizi kimi tanınan Zəngəzur dəhlizinin açılması İrana bir çox cəhətdən təsir edəcək.

Bu, ilk növbədə İranın bölgədəki gücünü zəiflədəcək və İran bu dəhlizin açılmasını öz ölkəsində Azərbaycan əhalisi baxımından özünə təhlükə kimi qəbul edəcək. Xüsusilə İranın 44 günlük müharibə zamanı verdiyi açıqlamalar və son olaraq İranın Bakı administrasiyası ilə sərhəddə hərbi təlimlərdəki gərginlik bu iğtişaşların mühüm göstəriciləridir.

Bundan əlavə, Bakı administrasiyasının İsraillə yaxşı münasibətləri İranın hazırkı məqamda normallaşma prosesinə baxışına əhəmiyyətli dərəcədə təsir edir.

Zəngəzur dəhlizinin əhəmiyyəti

Azərbaycan tərəfi ilk gündən bu günə qədər sülhsevər siyasət yürütdüyünü, xüsusən də 30 il ərzində işğal altında olan ərazilərinin sülh yolu ilə azad olunması üçün beynəlxalq aləmdə öz sözünü deməyə çalışdı və sülhpərvər mövqeyini açıq şəkildə ortaya qoydu. Bu baxımdan Bakının həm İsrail, həm də Vaşinqton administrasiyası ilə münasibətləri bunun ən konkret sübutdur.

Azərbaycanın Zəngəzur məsələsində Ermənistanla hələ də cüzi fikir ayrılığı olsa da, normallaşma prosesinin tez bir zamanda başlaması üçün rəsmi Bakı üzərinə düşəni edir. Bu məqamda həm müharibədən sonra sülh ehtimalını uzadan tərəf olması, həm də Yerevan administrasiyası ilə dialoqu davam etdirməsi Bakının gələcəyə baxışı haqqında mühüm ipucu verir.

Xüsusən də Zəngəzur dəhlizi nöqteyi-nəzərindən Bakı administrasiyası bu dəhlizin həm regional, həm də qlobal miqyasda əhəmiyyətini hiss edir. Şərq-Qərb və Şimal-Cənub dəhlizləri baxımından da böyük əhəmiyyət kəsb edən Zəngəzur dəhlizi fəaliyyətə başlasa, hətta İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv olan dövlətlərin də faydalanacağı nəqliyyat şəbəkəsi potensialına malik olacaq. Bundan əlavə, bu dəhlizin reallaşması ilə Türkiyə ilə türk dünyası arasında birbaşa yol şəbəkəsi formalaşacaq.

Ona görə də bu prosesdə Cənubi Qafqazda sülh, əmin-amanlıq və sabitliyin bərqərar olması və qorunub saxlanması bütün region ölkələrinin xeyrinə olacaq və normallaşma hamıya fayda verəcək. Çünki xarici investorların regiona bir çox sahələrdə, xüsusilə nəqliyyat, enerji və infrastruktur sahələrində investisiya qoymasına yol açacaq.

Hətta bu mövzuda ilk siqnallar Aİ tərəfindən verilib. Bu səbəbdən, qarşıdakı dövrdə bölgənin iqtisadi və ticarət sahəsində yeni bir dövrə qədəm qoyacağını əvvəlcədən söyləmək olar.

Yekun olaraq, unutmaq olmaz ki, yeni dövrdə Türkiyə başda olmaqla, bütün tərəflərin üzərinə böyük məsuliyyət düşür. 30 illik uzun fasilədən sonra yenidən yaranan bu sülh mühiti 2009-cu ildə İsveçrənin vasitəçiliyi ilə Sürixdə imzalanan protokollar, futbol diplomatiyası, Birgə Tarixçilər Komissiyası və s. atılan addımlar kimi uğursuzluğa düçar olmamaq üçün Ermənistan, Azərbaycan və Türkiyənin üzərinə böyük məsuliyyət qoyur.

Türkiyənin rəhbərliyi ilə istər Türkiyə-Ermənistan, istərsə də Azərbaycan-Ermənistan problemləri keçmişdən fərqli olaraq, dialoq yolu ilə həll oluna biləcək səviyyəyə gəlib çatıb. Bütün tərəflər bu tarixi fürsətdən yaxşı istifadə etməli və Hrant Dinkin də yazılarında qeyd etdiyi kimi, qonşular arasında olan problemlərin başqa ölkələri cəlb etmədən ortaq düşüncə ilə həllinə böyük diqqət yetirilməlidir.

Yəni bu dəfə heç bir vasitəçi yoxdur və problemlərin ünvanlıları birbaşa masa arxasında olacaqlar.

Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Daha bir VHP-çi namizəd kimi qeydə alındı - Fotolar

Dövlət qulluğuna qəbul imtahanında 22 nəfər uğur qazanıb

Faiq Ağayevlə Zülfiyyə Xanbabayeva illər sonra bir arada

Qeyri-sabit hava şəraiti sabaha qədər davam edəcək 

ETSN hava məlumatları ilə bağlı əhaliyə xəbərdarlıq edib

Gənclər və İdman Nazirliyi və MOK Azərbaycana qarşı təxribatla bağlı bəyanat yayıb

Abituriyentlər musiqi sənətinə aid nəzəriyyə fənləri üzrə imtahan veriblər - Yenilənib

Cəlilabadda hündürlükdən yıxılan azyaşlı ölüb

Xamenei Pezeşkianı İranın yeni prezidenti kimi təsdiqləyib

Lənkəranda intensiv yağışdan sonra Lənkərançay daşıb, həyətlərə su dolub - Foto, Video

Türkiyə ordusu İraq və Suriyada 16 terrorçunu zərərsizləşdirib

Qərbi Azərbaycan İcması Paris olimpiadasında Azərbaycana qarşı yol verilmiş təxribatı qınayıb

Ən çox oxunanalar