Çərşənbə axşamı, 03 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Aralarında qadının da olduğu cinayətkar qrup üç rayonda mal-qara oğurlayıb

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabr-dekabr ayları ərzində üç rayonda mal-qara oğurlayan cinayətkar qrupun üzvləri saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, polis şöbəsinə rayonun Soltankənd, Hacıhətəmli, Qoşakənd, Qurbanəfəndi, eləcə də şəhər ərazisində yerləşən evlərin həyətyanı sahələrindəki tövlələrdən ümumilikdə 12 baş iri və xırdabuynuzlu mal-qaranın oğurlanması barədə müraciətlər daxil olub. Keçirilən əməliyyat zamanı həmin cinayət əməllərini törətməkdə şübhəli bilinən rayon sakinləri Elçin Pirverdiyev, Radim Qədirov və Əfsanə Tarverdiyeva saxlanılıb, digər bir nəfərin isə şəxsiyyəti müəyyən edilib. Onlar ifadələrində oğurluqları gecə saatlarında, evlərdə heç kimin olmamasından əmin olduqdan sonra törətdiklərini bildiriblər. Əməllərini həyata keçirdikdən sonra isə istifadələrində olan “Ford” markalı yük avtomobili ilə Bakı şəhərinə apararaq orada Maştağa, NardaranBülbülə qəsəbələrində satıblar.

Araşdırma zamanı saxlanılan şəxslərin QəbələGöyçay rayonlarında da mal-qara oğurladıqları məlum olub.

Faktla bağlı İsmayıllı Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, onların digər cinayətlərdə iştirakının olub-olmaması araşdırılır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məktəb direktoru işçisini şantaj etdi, bıçaqlandı: Astarada baş verən cinayətin təfərrüatı açıqlandı

Müşahidəçinin boğazından yapışan Eldar Tağıyev danışdı

Prezident İlham Əliyev Kəlbəcər rayonunun İstisu qəsəbəsinin təməlini qoyub - Yenilənib

Prezident və birinci xanım Kəlbəcərdə “Yuxarı Vəng” Su Elektrik Stansiyasının açılışında iştirak ediblər - Yenilənib

Prezident Kəlbəcər şəhərində 524 ailəlik yaşayış kompleksinin tikintisi ilə tanış olub - Yenilənib

Prezident İlham Əliyev və Mehriban Əliyeva Kəlbəcər sakinləri ilə görüşüblər

Bakıda ata imtahanda bal toplaya bilməyən oğlundan polisə şikayət etdi

Prezident və birinci xanım Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunda görülən işlərlə tanış olublar -Yenilənib

Tovuzda baş qəzada xəsarət alanların kimliyi məlum olub - Yenilənib

Turşu bağlayanların diqqətinə: Ölümə səbəb olur

Ən çox oxunanalar