Çərşənbə, 11 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bir günlük müharibədən sonra Paşinyanın sərhədlərlə bağlı açıq mesajı... - Ermənistan ram olundumu?

Ermənistan cəmiyyəti və siyasi eltası Azərbaycanla sülh müqaviləsi imzalamaq üçün ram olundumu və Qarabağı Azərbaycan ərazisi olaraq tanıyacaqlarmı?..

Siyasi şərhçi: “Yaxın bir müddətdə tərəflər arasında delimitasiya və demarkasiyası məsələlərinin həll edilməsi, mina xəritələrinin verilməsi, diversantların qaytarılması ilə bağlı danışıqlar masası qurulacaq”.

Rusiya istəyir ki, Ermənistan razılığa tez bir zamanda Azərbaycanla razılığa gəlsin və regional layihələr, o cümlədən kommunikasiyaların açılması reallaşsın. Bu bütün tərəflərin, o cümlədən, Fransa və ABŞ-ın da maraqları çərçivəsindədir və onlar da Ermənistanın illuziyaları ilə artıq hərəkət etmək istəmirlər”.

Bu sözləri siyasi şərhçi Elman Vəliyev 1 günlük müharibədən sonra Paşinyanın sərhədlərlə bağlı açıq mövqe sərgiləməsinin səbəblərini PİA.az-a şərh edərkən qeyd edib.

Ermənistanın Baş naziri Nikol Paşinyan noyabrın 18-də hökumətin iclasında bildirib ki, “AzərbaycanErmənistan arasında dövlət sərhədinin demarkasiya və delimitasiyasına hazırlıq mərhələsi üzrə Rusiya Müdafiə Nazirliyinin təklifi İrəvan üçün qəbul ediləndir”.

Paşinyanın bu bəyanatı əslində Ermənistan ictimaiyyətinin və siyasi elitasının bir günlük müharibədən sonra öz vəziyyətlərinin nə qədər kritik olmasının göstəricisi olaraq qəbul olunmalıdır. Lakin sərhədlərin delimitasiya və demarkasiya məsələsində və ümumilikdə sülhə nail olunmasında əsas maneə Ermənistanın sülhməramlıların nəzarətində olan əraziləri Azərbaycanı ərazisi olaraq tanması məsələsidir. Paşinyan isə öz bəyanatında bu məsələyə aydınlıq gətirmir və belə görünür ki, Ermənistan hələ bir müddət də Qarabağı Azərbaycan ərazisi olaraq tanıyacaq istəməyəcək. Bu da təbii ki, regiona davamlı sülhün gəlməsini əngəlləyən əsas faktordur.

Bir günlük müharibədən sonra Paşinyanın sərhədlərlə bağlı açıq mövqe sərgiləməsini necə dəyərləndirmək olar? Bu bəyanat onu deməyə əsas verirmi ki, Ermənistan cəmiyyəti və siyasi eltası Azərbaycanla sülh müqaviləsi imzalamaq üçün ram olundu və ermənilər Qarabağı Azərbaycan ərazisi olaraq tanıyacaqlarmı?

Mövzunu PİA.az-ın əməkdaşı siyasi şərhçi Elman Vəliyev ilə müzakirə edib.

Elman Vəliyev: “Bir günlük müharibə Ermənistanı sülhə razılıq verməsi üçün aparan yol idi və Paşinyanın bu bəyanatı da, xüsusən dünənki çıxışı da onu göstərdi ki, reallıq artıq ermənilərə çatıb”.

Rusiyanın Ermənistanın tezliklə gəlməsini istədiyini düşünən siyasi şərhçi PİA.az-a açıqlamasında qeyd edib ki, Ermənistan çətin vəziyyətdə qaldıqdan sonra Rusiya tərəfləri atəşkəsə səslədi və diplomatik danışıqların dərhal başlanılmasını bəyan etdi:

“10 Noyabr atəşkəs bəyanatından sonra Azərbaycan Ermənistana vaxt verdi. Bu vaxtı ona görə verdi ki, ermənilər ağıllarını başlarına yığsınlar, öz vəziyyətlərini doğru dəyərləndirib sülhə tərəf addım atsınlar. 10 Noyabr bəyanatı atəşkəs formatına malikdir, sülh sənədi deyil. Ermənistan isə bu ötən bir il müddətində sülh üçün vaxtı uzadırdı. Ermənistan gah deyirdi, biz də sülhə meyilliyik, gah da təxribatlar törədirdi. Ermənistan ona görə sülhdən yayınmağa çalışır ki, müəyyən bir vaxtdan sonra küləyin onlara tərəf əsəcəyi ilə bağlı revanşist illuziyalara sahibdirlər. Lakin ermənilərin illuziyalarına görə daha 30 il müddətində regionda müharibə təhlükəsini qoruyub saxlamaq Ermənistandan başqa heç bir tərəfə sərf etmir. Rusiya da tərəflərin 10 Noyabr bəyanatının müddəalarını yerinə yetirmələrini istəyir. Buna görə Ermənistanın çənbərini tez bir zamanda daraltmaq lazım idi. Azərbaycan tərəfi Ermənistanın açıq təxribatlarından yayarlanaraq adekvat tədbirlər gördü və Ermənistana qarşı həmlə etdi.

Ermənistan Rusiyadan yardım istəsə də, Rusiya bu çağırışa biganə yanaşdı. Hətrta mən deyərdim ki, daimi olaraq Ermənistanın birmənalı havadarı kimi çıxış edən Fransa, ABŞİran kimi ölkələr də Yeravanın yardım sədalarını eşitmək istəmədilər. Çünki regionda təməlli sülhün yaradılması üçün münbit şərait yaranıb və bu şəraiti də qaçırmaq olmaz. Elə Paşinyan da dünənki çıxışında bunları bəyan elədi və bilfirfi ki, böyük dövlətlət Yeravanın şikayətlərindən beziblər. Ona görə ki, Ermənistan münaqişəni həllini regional çərçivədə deyil, ancaq illuziya səviyyəsində olan öz maraqları çərçivəsində görür və bunu da bütün tərəflər görür.

Rusiya da istəyir ki, Ermənistan razılığa tez bir zamanda Azərbaycanla razılığa gəlsin və regional layihələr, o cümlədən kommunikasiyaların açılması reallaşsın. Bu bütün tərəflərin, o cümlədən, Fransa və ABŞ-ın da maraqları çərçivəsindədir və onlar da Ermənistanın illuziyaları ilə artıq hərəkət etmək istəmirlər.

Elman Vəliyev: ““Zəngəzur dəhlizi”nin açılmasına şübhə olmamılıdır. Hətta Paşinyan belə son çıxışında “dəhliz” ifadəsini işlətməsi onu göstərir ki, bu problem öz həllini tapıb”.

Bir günlük müharibədə onu göstərdi ki, Yeravan özünü qorumaq üçün heç bir resursa sahib deyil və Ermənistan da reallıqdan çoxış etməlidir. Hesab edirəm ki, bir günlük müharibə də Ermənistan ictimaiyyətinə bu reallıqları göstərmək naminə baş verdi və Ermənistan çətin vəziyyətdə düşdükdən sonra yardım üçün yalvardığı Rusiya da tərəfləri atəşkəsə səslədi, diplomatik danışıqların dərhal başlanılmasını istədi. Vladimir Putin çıxış edərək bildirdi ki, tərəflər danışıqlara getməlidir, bəyanatın müddəaları yerinə yetirilməlidir. Bundan sonra Paşinyan sülhə getməyin mümkün olduğunu bildirdi. Bir günlük müharibə Ermənistanı sülhə razılıq verməsi üçün aparan yol idi və Paşunyanın bu bəyanatı da, xüsusən dünənki çıxışı da onu göstərdi ki, reallıq artıq ermənilərə çatıb. Yəni Ermənistan üçün illuziyalarının arxasınca qaçmaq üçün alternativ qalmayıb

Hesab edirəm ki, yaxın bir müddətdə tərəflər arasında delimitasiya və demarkasiyası məsələlərinin həll edilməsi, mina xəritələrinin verilməsi, diversantların qaytarılması ilə bağlı danışıqlar masası qurulacaq. Yəni, 10 Noyabr bəyanatının yerdə qalan müddəalarını həyata keçirmək üçün bir görüş olacaq. Bu görüş Peskovun zəruriliyini vurğuladığı liderlər səviyyəsində də ola bilər. Lakin daha öncə prosesə start vermək üçün detallar razılaşdırılmalıdır.

Sərhədlər Sovet Rusiyasının xəritələri əsasında aparılacaq. Hesab edirəm ki, müzakirələr uğurlu getsə, Azərbaycan tərəfi əlindəki diversantları geri qaytara bilər. Ancaq diktə etdiyi şərtlər qarşılığında bunu edə bilər.

“Zəngəzur dəhlizi”nin açılmasına isə şübhə olmamılıdır. Hətta Paşinyan belə son çıxışında “dəhliz” ifadəsini işlətməsi onu göstərir ki, bu problem öz həllini tapıb”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Murad Dadaşov Aytən Səfərova ilə bağlı qərar verdi

Bakıda gecə baş verən silahlı insidentin yeni görüntüləri

21 yaşlı tələbənin canına qəsd etməsinə səbəb anası imiş

Batumidə Türkiyə, Azərbaycan və Gürcüstan müdafiə nazirləri arasında üçtərəfli saziş imzalanıb - Yenilənib

Yer kürəsinə "QİYAMƏT" xəbərdarlığı: Bu tarixdə 1,5 milyard insan məhv olacaq

Zamirə Hacıyevanın milyonlarla dəyəri olan brilyantları özünə qaytarıldı - İngilis məhkəməsindən şok qərar

Azərbaycanda bəzi universitetlər yenidən təşkil ediləcək - Qərar

Azərbaycanda dollara tələb ən yüksək səviyyəyə çatdı

Rusiya ordusu Kursk vilayətində genişmiqyaslı əks-hücum əməliyyatına başlayıb

Ən çox oxunanalar