Şənbə, 07 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tikinti şirkəti hərbçiləri mənzildən çıxarır - “Sahil-S İnşaat”la bağlı daha bir qalmaqal

"Sahil-S İnşaat” MTK Qarabağda döyüşmüş hərbçilərin evlərini əlindən alır.

Bu barədə Qaynarinfo-ya sözügedən şirkətdən mənzil alan Aygün Əsədova bildirib.

"Mənim yoldaşım və qaynım hərbçidir. Qarabağda döyüşüblər. Yoldaşım hazırda Laçında hərbi xidmətdədir. Biz "Sahil-S İnşaat” MTK-dan kreditlə 121 kvadratmetrlik mənzil almışıq. İlkin olaraq 15 min manat ödəmişik. İki il ərzində isə hər ay 500 manat kredit vermişik. Heç bir gecikmə olmayıb. Lakin məhkəmədən bizə bildiriş gəlib və məlum olub ki, şirkət bizi məhkəməyə verərək qalıq pulun hamısını qaytarmağı, əks təqdirdə isə mənzildən çıxarılmağımızı tələb edir. Məhkəmə şirkətin lehinə qərar çıxarıb. Qaynım da oxşar halla üzləşib”, deyə Aygün Əsədova əlavə edib.

Onun sözlərinə görə, şirkətin rəhbərliyi ilə görüşərək məsələyə aydınlıq gətirilməsini istəyib. Aygün Əsədovaya bildirilib ki, ya qalıq pulun hamısı ödənilməli, ya yenidən müqavilə bağlanaraq bir otaqlı mənzillə razılaşmalı, ya da yeni binanın tikilməsini gözləməlidir: "Bu şərtlərin hamısı bizim ziyanımızadır. Təsəvvür edin, bizdən qalıq pulun hamısını tələb edirlər, amma bu günə qədər ödədiklərimizi qaytarmaq istəmirlər. Qaytaracağıq desələr də, inandırıcı görünmür. Çünki qaynıma hələ də pulu qaytarmayıblar. Bir otaqlı mənzili isə kvadratmetri 900 manata satmaq istəyirlər. Yeni binaya gəlincə, bu da inandırıcı deyil. Çünki hazırki binanı güc-bəla ilə tikib qurtarıblar. Təsəvvür edin, anam cehiz pulumu ilkin ödəniş kimi verib. İndi istəyirlər ki, həmin mənzili əlimizdən alsınlar. Qalıq pulun birdəfəlik ödənilməsi sadəcə bəhanədir”.

Aygün Əsədova məsələ ilə bağlı Prezident İlham Əliyevə və birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edəcəyini deyib: "Bizə qarşı açıq-aşkar haqsızlıq edilir. Bu evləri alnların hərbçi olduqları da nəzərə alınmır. Əgər biz ödənişləri gecikdirsəydik, şirkətə hansısa problemlər yaratsaydıq, onların bu addımına etiraz etməzdik. Amma məsələ burasındadır ki, belə bir hal olmayıb. Sadəcə əvvəl satdıqları mənzilləri müxtəlif yollarla başqalarına satırlar. Mənim kimi başqa şəxslər bu oyuna düşüb”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Politoloq: Azərbaycan Rusiyaya ciddi nota verməlidir...

Prezident İlham Əliyev İtaliyada Beynəlxalq Çernobbio Forumunda çıxış edib - Yenilənib

Azərbaycanda bu şəxsləri 5 il həbs cəzası gözləyir - Xəbərdarlıq

İran “Zəngəzur dəhlizi”nin açılmasını imkansız edən gücə sahibdir?

Bakıda satışa çıxarılan məşhur bina 2.5 milyon manat ucuzlaşdı

Əbülfəs Qarayevin qızının Rusiyadakı şirkətinin gəlirləri azalıb

Taleh Qaraşovun rəhbərlik etdiyi qurumun 730 minlik tenderi ləğv edildi

Mehriban Ələkbərzadə Corc Qafarovu işdən çıxardı

Direktorla müəllim arasında dava - Təcili yardım çağırıldı

Bakı, Sumqayıt, Abşeron üzrə pensiyaların ödəniləcəyi vaxt açıqlanıb

Ən çox oxunanalar