Çərşənbə, 11 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Baş tutmayan üçtərəfli görüş - Masa üzərindəki qum saatı dolmağa başlayıb...

Sülh müqaviləsinin yaxın illərdə imzalanması mümkündür, yoxsa Cənubi Qafqaza sülhün qalıcı sülhün gəlməsi yaxın zamanlar üçün tamamilə ümidsiz görünür?..

Politoloq: “ErmənistanRusiya mənbələrinin Azərbaycan prezidenti və Ermənistan baş naziri arasında danışqıların baş tutacağı ilə bağlı məlumatlar sızdırılsa da, rəsmi Bakının səssiz qalması qətiləşmiş qərarın olmadığını göstərirdi”.

“Dövlət sərhəddinin demilitasiyası və demarkasiyası prosesi çox mürəkkəbdir və gərgin iş tələb edir. Bu işin yaxın perspeketivdə başa çatacağını gözləmək sadəlöhvlük olardı”.

Bu sözləri politoloq Zaur İbrahimli AzərbaycanErmənistan prezidentlərinin Moskvada gözlənilən görüşünün baş tutmamasının səbəblərini PİA.az-a şərh edərkən qeyd edib.

10 noyabr 2020-ci il tarixli üçtərəfli videoformat görüşünün ildönümü gününə nəzərdə tutulan eyni formatda növbəti görüş Kremlin bütün səylərinə rəğmən baş tutmadı. Rəsmi məlumatlarda bunun əsasən Ermənistanın baş naziri Nikol Paşinyanın üzündən baş tutmaması bildirilir. Rəsmi Bakı, MoskvaYerevan arasında ciddi ziddiyyətlərin olması da açıq şəkildə görünür.

Bəs belə ziddiyyətlərin olması fonunda sülh müqaviləsinin yaxın illərdə imzalanması mümkündür, yoxsa Cənubi Qafqaza sülhün qalıcı sülhün gəlməsi yaxın zamanlar üçün tamamilə ümidsiz görünür?

Mövzunu PİA.az-ın əməkdaşı politoloq Zaur İbrahimli ilə müzakirə edib.

Zaur İbrahimli: “Azərbaycan və Türkiyənin Ermənistana təsir imkanları az deyil və zaman uzandıqca, bu imkanların reallaşdırılması qaçılmaz olacaq”.

Azərbaycan və Ermənsitan danışıqları hazırda bir neçə istiqamət üzrə kompleks şəkildə aparıldığını ehtimal edən politoloq PİA.az-a bildirib ki, sərhədlərin dəqiqləşdirilməsi, ko­mmunikasiyaların açılması, mümkün sülh sazişinin çərçivəsi, Rusiya sülhməramlıları, Qarabağda yaşayan ermənilərə veriləcək təminatlar və digər məsələlərlə bağlı danışıqlar aparılır:

ErmənistanRusiya mənbələrinin Azərbaycan prezidenti və Ermənistan baş naziri arasında danışıqların baş tutacağı ilə bağlı məlumatlar sızdırılsa da, rəsmi Bakının səssiz qalması qətiləşmiş qərarın olmadığını göstərirdi. İstisna deyil ki, belə bir niyyət olub, Ermənistan rəhbərliyi də ilkin razılıq verib. Ermənistan tərəfinin danışıqlardan boyun qaçırmasının əsas səbəbi Azərbaycanla dövlət sərhəddinin demilitasiyası və demarkasiyası ilə əlaqədar bu zamana qədər aparılan danışıqlar və ilkin razılaşmalardan irəli gələn öhdəliklərin həyata keçirlməsinə hazır olmamasıdır.

Hələ ki, “üçtərəfli formatın” baş tutmadığını, ya da Ermənistanın görüşdən imtina etməsini deməyə tələsməyək. Güman etmək olar ki, Paşinyan komandası həm daxili siyasi vəziyyətlə, müxalifətin və digər qüvvələrin, həmçinin diasporun təzyiqi ilə əlaqədar ehtiyatlı mövqe tutur. Həmçinin, XİN başçıları səviyyəsində danışıqlar davam edir.

Zaur İbrahimli: “Yaxın perspektivdə ən azı bir, iki istiqamət üzrə ilkin razılaşmalar əldə olunarsa, deməli ümumilikdə, müsbət gözləntilər barədə danışa biləcəyik”.

Güman ki, hələ razılaşdırılmayan vacib məqamlar çoxdur. Bu da əlavə diplomatik səylər tələb edir. Dövlət sərhəddinin demilitasiyası və demarkasiyası prosesi çox mürəkkəbdir və gərgin iş tələb edir. Bu işin yaxın perspeketivdə başa çatacağını gözləmək sadəlöhvlük olardı. Ehtimal edirəm ki, Azərbaycan və Ermənsitan danışqıları hazırda bir neçə istiqamət üzrə kompleks şəkildə aparılır. İTəbii ki, Rusiyanın vasitəçiliyi ilə sərhədlərin dəqiqləşdirilməsi, kommunikasiyaların açılması, mümkün sülh sazişinin çərçivəsi, Rusiya sülhməramlıları, Qarabağda yaşayan ermənilərə veriləcək təminatlar və digər məsələlərlə bağlı danışıqlar aparılır. Bu məsələlər bir-biri ilə çox bağlıdır və hər hansı istiqamət üzrə razılaşma ümumi perspketivin müəyyənləşməsinə təsir göstərir. Bu baxımdan yaxın perspektivdə ən azı bir, iki istiqamət üzrə ilkin razılaşmalar əldə olunarsa, deməli ümumilikdə, müsbət gözləntilər barədə danışa biləcəyik.

Əlbəttə ki, Moskva, Bakı və Yeravan arasında münaqişənin həlli ilə bağlı yanaşma ziddiyətləri çoxdur və burda kənar qüvvələrin də maraqları var. Bununla belə, Ermənsitan üçün böhrandan çıxmaq, ölkənin qarşısında duran taleyekle məsələlərin həlli Azərbaycanla razılaşmalardan keçir. Bu məsələlərdə zaman Ermənistanın ən böyük rəqibidir, vaxt uzandıqca ermənilər üçün şərtlər də pisləşir. Hesab edirəm ki, Ermənistan rəhbərliyi də bu həqiqəti çox yaxşı anlayır. Ancaq Paşinyan höküməti üçün öncəlik ictimai rəyi bu razılaşmaya hazırlamaqdan ibarətdir.

Yəqin ki, Paşinyan və ətrafı onu da anlayır ki, Ermənistanın tərəddüdlü mövqeyi uzandıqca, Azərbaycanın artıq bir çox məsələləri təkbaşına qərarlarla həll etmə məcbur qalacaq, bunun üçün legitim əsaslar yaradacaq.

Nəzərə almaq lazımdır ki, Azərbaycan və Türkiyənin Ermənistana təsir imkanları az deyil və zaman uzandıqca, bu imkanların reallaşdırılması qaçılmaz olacaq”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Murad Dadaşov Aytən Səfərova ilə bağlı qərar verdi

Bakıda gecə baş verən silahlı insidentin yeni görüntüləri

21 yaşlı tələbənin canına qəsd etməsinə səbəb anası imiş

Batumidə Türkiyə, Azərbaycan və Gürcüstan müdafiə nazirləri arasında üçtərəfli saziş imzalanıb - Yenilənib

Yer kürəsinə "QİYAMƏT" xəbərdarlığı: Bu tarixdə 1,5 milyard insan məhv olacaq

Zamirə Hacıyevanın milyonlarla dəyəri olan brilyantları özünə qaytarıldı - İngilis məhkəməsindən şok qərar

Azərbaycanda bəzi universitetlər yenidən təşkil ediləcək - Qərar

Azərbaycanda dollara tələb ən yüksək səviyyəyə çatdı

Rusiya ordusu Kursk vilayətində genişmiqyaslı əks-hücum əməliyyatına başlayıb

Ən çox oxunanalar