Şənbə, 07 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kipr polisi killer Orxan Əsədova qarşı 8 maddə ilə ittiham irəli sürdü - Onu MOSSAD izləyib...

Kipr polisi bu il sentyabrın 27-də həbs edilmiş azərbaycanlı killerə nəhayət rəsmi ittiham irəli sürüb. virtualaz.org “The Washington Post”a istinadən xəbər verir ki, polis 38 yaşlı Rusiya vətəndaşı Kiprdə yaşayan israilli biznesmenləri qətlə yetirmək üçün sifarişlə göndərildiyini təsdiqləyib. Bu haqda Kipr hüquq-mühafizə orqanlarının nümayəndəsi açıqlayıb.

Həmin məmur bildirib ki, 38 yaşlı şübhəli barəsində səkkiz maddə üzrə ittiham irəli sürülüb və o, gələn ay məhkəmə qarşısında dayanacaq. Bu maddələrə cinayətkar qruplaşmaya mənsub olmaq, qanunsuz silah gəzdirmək, sui-qəsd planlaşdırmaq da daxildir. Habelə ona qarşı terrorçuluq maddəsi üzrə ittiham irəli sürülüb.

Xatırladaq ki, barəsində xarici medianın neçə vaxtdır yazdığı killerin kimliyi gizli saxlanılırdı. Nəhayət bir gün əvvəl jurnalistlər onun kimliyini müəyyən edə biliblər, məlum olub ki, həmin şəxs Orxan Əsədovdur. Bir neçə gün əvvəl onun Kiprə getmiş qardaşı demişdi ki, həmin şəxs Moskvada ticarətlə və taksi fəaliyyəti ilə məşğul olub, ailəsini çətinliklə dolandırıb və günahı yoxdur.

Lakin həmin kiprli məmur deyib ki, azərbaycanlının həbsi onun planlaşdırdığı qətlin həyata keçirilməsinə lap az qalmış mümkün olub. Mənbə bildirib ki, Kipr polisi onun izinə “xarici kəşfiyyat agentliyindən” daxil olan məlumat əsasında düşüb.

Bundan əvvəl isə Kipr mediası həmin xarici kəşfiyyat xidmətinin İsrailin “Mossad” xarici kəşfiyyat agentliyi olduğunu bildirmişdi. Məlumatda deyilirdi ki, “Mossad” həmin azərbaycanlını Rusiyada neçə vaxtdır izləyirdi və onun İran xüsusi xidmət orqanları ilə təmaslarını müəyyən etmişdi.

Xatırladaq ki, azərbaycanlı killerin işi üzrə Kiprdə biri yemək çatdıran kuryer olmaqla daha beş nəfər həbs edilib, habelə onun gizlətdiyi 2 silah tapılıb. Killerin İran xüsusi xidmət orqanlarının sifarişi ilə göndərildiyi bildirilir, onun hədəfindəki biznesmenlərdən biri də israilli milyarder Tedi Saqi olub (virtualaz.org)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Politoloq: Azərbaycan Rusiyaya ciddi nota verməlidir...

Prezident İlham Əliyev İtaliyada Beynəlxalq Çernobbio Forumunda çıxış edib - Yenilənib

Azərbaycanda bu şəxsləri 5 il həbs cəzası gözləyir - Xəbərdarlıq

Anar Məmmədovla bağlı ilginc iddia - Trampın seçkisinə...

İran “Zəngəzur dəhlizi”nin açılmasını imkansız edən gücə sahibdir?

Bakıda satışa çıxarılan məşhur bina 2.5 milyon manat ucuzlaşdı

Əbülfəs Qarayevin qızının Rusiyadakı şirkətinin gəlirləri azalıb

Azərbaycan Ordusunun hərbçisi odlu silahla özünü öldürüb

Mehriban Ələkbərzadə Corc Qafarovu işdən çıxardı

Taleh Qaraşovun rəhbərlik etdiyi qurumun 730 minlik tenderi ləğv edildi

Ən çox oxunanalar