Cümə, 16 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Eşitmə məhdudiyyətli şəxslər II Qarabağ savaşında döyüşən əsgərlərimizin şeirlərini jest dilində təqdim ediblər - Foto

Noyabrın 6-da Azərbaycan Milli Xalça Muzeyində “Söz” ədəbi layihəsi çərçivəsində “Əllərimizdə səslənən igidlərin sözü” adlı poeziya gecəsi keçirilib.

Musavat.com xəbər verir ki,  şanlı qələbəmizin ildönümünə həsr olunan tədbir “Ümid var” Könüllülər Təşkilatının və Deaf Community MMC-nin təşkilatçılığı ilə baş tutub.

Tədbirdə ölkəmizdə ilk dəfə olaraq eşitmə məhdudiyyətli şəxslər II Qarabağ müharibəsində iştirak edən igid əsgərlərimizin yazdıqları şeirləri  jest dilində təqdim ediblər.

Tədbir əməkdar artist Fərqanə Qasımovanın solo ifasında səslənən dövlət himninin jest dilində təqdimatı ilə başlayıb. Tanınmış ictimai-siyasi  xadimlərin, ziyalıların, dövlət nümayəndələrinin iştirakı ilə keçən tədbiri Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova açaraq zəfər bayramına həsr olunan belə bir tədbirə ev sahibliyi etmələrindən məmnun olduğunu bildirib.

Poeziya gecəsində çıxış edən təşkilatçılar “Söz” ədəbi layihəsinin rəhbəri Nigar Həsənzadə, “Ümid var” könüllülər təşkilatının rəhbəri Nazilə Məhərrəmova, “Deaf Community” komandasının rəhbəri və layihənin aparıcısı Nuranə Abıyeva çıxış ediblər. Onlar çıxışlarında tədbirin sağlamlıq imkanları məhdud uşaqların ölkəmizin ictimai, sosial-mədəni həyatında iştirakına, cəmiyyətə inteqrasiyasına təkan vermək, onların qələbə sevinclərini, zəfər duyğularını özünəməxsus şəkildə ifadə etmələrinə imkan yaratmaq məqsədilə təşkil olunduğunu bildiriblər.

Tədbirdə “Şuşanın dağları" mahnısı və rəqsinin işarə dilində təqdimatı maraqla qarşılanıb.

Poeziya gecəsi boyu II Qarabağ müharibəsində qəhrəmanlıq göstərən igid şairlərimiz - Oğuz Alparslan, Eyvaz Əyyub, Orxan Səlifov, Nicat Ağayev, Səbuhi Qurbanov, Həsən Kür, Emin Piri, Cavid Əlioğlu, Tofiq Əhməd, Kərəm Aydın, Elvin İntiqamoğlu, Vusal Hətəmovun müəllifi olduğu hekayə və zəfər şeirləri "Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika xüsusi internat məktəbi"nin eşitmə  məhdudiyyətli şagirdləri tərəfindən jest dilinə tərcümə olunub. Bütün şeirlərin səslənməsi duyğulu anlar yaşadıb.

Şəhid-leytenant Teymur Abbaslının oğlu Feyruz ve Seyruz Abbasllıların  da tədbirdə şəhid  Hüseynov Xəyyamın şeirini səsləndirməsi ve jest dilinə tərcüməsi göz yaşları içində alqışlarla qarşılanıb.

Tədbirdə çıxış edən yazıçı-dramaturq Seyran Səxavət fərqli duyğular yaşadıgını, belə bir tədbiri bu vaxta  qədər görmədiyini deyərək, bu poeziya gecəsinin bir necə missiyanı özündə birləşdirməsinə xüsusi diqqət çəkib.

Bayram tədbiri eşitmə məhdudiyyətli uşaqlarla "11 saylı xüsusi təhsil məktəbi"nin qələbəmizə həsr olunan “Qarabağ, azadsan” kompozisiyası ilə yekunlaşıb.

pia.az 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Konfrans Liqası: "Zirə" tarixində ilk dəfə pley-off mərhələsinə vəsiqə qazanıb - Yenilənib

Yaxın iki həftə ərzində güclü zəlzələ ola bilər - Seysmoloq

VHP-çi namizəd Gülnar Hüseynova Ucarda seçicilərlə görüşüb

Rusiya XİN Ermənistanda çap olunan tarix dərsliyinin təxribat xarakterli olduğunu bəyan edib

Göygöldə qonşusunu bıçaqlamaqda şübhəli bilinən 18 yaşlı gənc tutulub - Yenilənib

Dünyada aylıq temperatur rekordları dövrü sona çatır, havalar soyuyacaq

Qoşqar Təhməzli istefa verməlidir – Eyyub Hüseynov

Talıbovlarla bağlı sensasiya - İki deputat mandatını...

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay