Cümə, 16 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qlobal Forumun əhəmiyyəti böyükdür

PİA.az əməkdar həkim Kübra Cabbarovanın yazısını təqdim edir...

Müstəqillik əldə edildikdən sonra Azərbaycan artıq dəfələrlə mötəbər beynəlxalq təbirlərə ev sahibliyi edib. Həmin mötəbər tədbirlər bir qayda olaraq geosiyasi, enerji, mədəniyyət, siyasət, sivilizasiya, din üzrə əməkdaşlığı gücləndirməyə, genişləndirməyə, dialoqa xidmət edir və beləliklə də Azərbaycan özünün xarici siyasətinin əsas missiyalarından birini uğurla bütün dünyaya nümayiş etdirir. Məhz elə bu baxımdan Qlobal Bakı Forumu da xüsusi təsiri olan, əhəmiyyətli tədbir kimi qiymətləndirilir.

İlk olaraq 2013-cü ildə Cənubi Qafqaz Forumu adı altında təşkil edilən, 2014-cü ildə Qlobal Açıq Cəmiyyətlər Forumu adı ilə keçirilən bu forum, 2015-ci ildən başlayaraq Qlobal Bakı Forumu adlanır və bu Forumda dünyanın bir sıra ölkələrinin dövlət başçıları, tanınmış siyasətçilər iştirak edirlər. Bu ilin noyabrında Bakıda keçirilən VIII Qlobal Forum qlobal miqyasda bir sıra ciddi problemlərin təzahür etdiyi bir vaxtda keçirilir. Məsələn, bütün dünyanı öz cənginə alan pandemiya artıq hər bir yerdə müzakirə mövzusudur və qlobal xarakter daşıyır. Digər tərəfdən, böyük dövlətlər arasında nüfuz uğrunda mübarizə indi daha kəskin xarakter alıb.
Forumda çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev ilk növbədə dünyada COVİD-19-la bağlı yaranmış problemlərə toxunaraq qeyd etdi ki, Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan 30-dan artıq ölkəyə maliyyə və humanitar yardım göstərmişdir. Azərbaycanın təşəbbüsü ilə COVID-19-un müalicəsi ilə bağlı məlumat bazası yaradılıb və Ümumdünya Səhiyyə Təşkilatı Qoşulmama Hərəkatına üzv ölkələrdə həmin məlumat bazasından istifadə edir. Azərbaycan təmənnasız olaraq bir neçə ölkəni peyvənd dozaları ilə təmin edib. Eyni zamanda, yoxsul ölkələrin dəstəklənməsi üçün Ümumdünya Səhiyyə Təşkilatına könüllü olaraq 10 milyon dollar həcmində maliyyə töhfəsi göstərilmişdir.

Bu gün Azərbaycan pandemiya ilə mübarizədə böyük uğurlara imza atıb. Qısa müddət ərzində ümumi çarpayı sayı 4 min olan 13 yeni dövlət xəstəxanası açılıb. Cari ilin yanvarından Azərbaycanda peyvəndləməyə başlanılmış və bu vaxta qədər yaşı 18-dən yuxarı olan əhalinin 60 faizindən çoxu iki dozanı alıb.
Tətbiq edilən qapanmaların yükünü azaltmaq, əhalinin aztəminatlı təbəqəsinin sosial təminatına dəstək üçün ciddi tədbirlər görülüb, bu işlərə ölkə miqyasına dövlət büdcəsindən 2,9 milyard ABŞ dolları vəsait atrılıb.

Həyata keçirilən genişmiqyaslı tədbirlər nəticəsində ölkədə pandemiya ilə mübarizədə stabilliyə nail olunub və bu istiqamətdəki işlər davam etdirilir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Yaxın iki həftə ərzində güclü zəlzələ ola bilər - Seysmoloq

VHP-çi namizəd Gülnar Hüseynova Ucarda seçicilərlə görüşüb

Rusiya XİN Ermənistanda çap olunan tarix dərsliyinin təxribat xarakterli olduğunu bəyan edib

Dünyada aylıq temperatur rekordları dövrü sona çatır, havalar soyuyacaq

Talıbovlarla bağlı sensasiya - İki deputat mandatını...

Qoşqar Təhməzli istefa verməlidir – Eyyub Hüseynov

Qəbələdə toyda kütləvi zəhərlənmə olub, araşdırma aparılır - Yenilənib

Keçmiş diplomatlardan ibarət şəbəkə ifşa olunub - Yeni faktlar

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay