Çərşənbə axşamı, 16 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qazaxda Mehdi Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-lisey üçün yeni bina inşa olunacaq

Hər bir dövlətin tərəqqisi və gələcəyi onun təhsil səviyyəsi ilə birbaşa bağlıdır. Tam əminliklə deyə bilərik ki, bu sahəyə qoyulan investisiya gələcəyə yatırılan sərmayədir. Qürurverici haldır ki, Azərbaycan dövləti bu baxımdan hazırda dünyanın lider ölkələrindən hesab edilir. Son illər cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın ölkəmizdə təhsil sahəsinə göstərdikləri qayğı onu deməyə əsas verir ki, bu sahə dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Ən əsası da Ulu Öndər Heydər Əliyevin təhsil siyasəti ölkə başçısının, Heydər Əliyev Fondunun qayğısı və dəstəyi ilə həyata keçirilən uğurlu layihələrlə davam etdirilir. Bunu dövlət başçısının "Neft kapitalını insan kapitalına çevirək” ideyası əsasında reallaşan çoxsaylı layihələr, həyata keçirilən tədbirlər, təhsilin inkişafı istiqamətində atılan uğurlu addımlar, yeni yaradılan və əsaslı təmir olunan təhsil müəssisələrinin ən müasir tədris avadanlığı ilə təchiz edilməsi aydın şəkildə göstərir.

Ölkəmizdə təhsil sahəsinin inkişaf etdirilməsində Birinci vitse-prezident Mehriban xanımın da xidmətləri danılmazdır. Onun rəhbərliyi altında Fondun həyata keçirdiyi və bütün ölkədə böyük rəğbətlə qarşılanan "Yeniləşən Azərbaycana yeni məktəb” və "Təhsilə dəstək” layihələri çərçivəsində hər il ölkə üzrə yüzlərlə orta məktəb binaları tikilir, təmirə ehtiyacı olan məktəb binaları isə əsaslı şəkildə yenidən qurulur.

Ölkə Prezidentinin və Birinci vitse-prezidentin respublikamızda təhsil sahəsinə göstərdikləri qayğı Qazaxda da yüksək səviyyədə hiss olunur. Rayonda dövlət tərəfindən təhsil sahəsinə olan qayğının əyani göstəricisi "Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə hazırlanmış tədbirlər planına Qazax rayonu üzrə 11 məktəb binasının əsaslı təmirinin və ya tikintisinin salınmasıdır. Heydər Əliyev Fondu tərəfindən reallaşan "Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində Qazaxda da yeni məktəb binaları inşa olunur. Ötən il Heydər Əliyev Fondu tərəfindən Xalq yazıçısı İsmayıl Şıxlının adını daşıyan 1176 şagird yerlik Kosalar kənd tam orta məktəbin əsaslı şəkildə yenidən qurularaq müəllim və şagirdlərin istifadəsinə verilməsi, Şahnabat Nəsibova adına Sarıvəlli kənd tam orta məktəb üçün 220 şagird yerlik yeni binanın inşa olunması, Təhsil Nazirliyi tərəfindən Aydın Məmmədov adına Qaymaqlı kənd tam orta məktəb üçün 180 şagird yerlik yeni binanın inşa edilməsi Qazaxda təhsil sahəsinə olan yüksək diqqət və qayğıdır.

Ölkə başçısı tərəfindən yararsız halda olan Mehdi Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-lisey binasının sökülərək yenidən tikilməsi haqqında imzalanan 4 avqust 2020-ci il tarixli Sərəncam da dövlətin Qazaxda təhsil sahəsinə olan qayğısının daha bir bariz nümunəsidir. Təhsil Nazirliyi tərəfindən məktəb-lisey üçün 700 şagird yerlik yeni inzibati binanın inşa olunması dövlət tərəfindən təhsil sahəsinə göstərilən qayğının davamı deməkdir.
Hazırda köhnə məktəb-lisey binasında söküntü işlərinə başlanılıb.

Məktəbin müəllim-şagird kollektivi və valideynlər yeni binanın inşasına görə ölkə Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıq edir, razılıqlarını bildirirlər.

Məlumat üçün onu da qeyd edək ki, hazırda məktəbdə 910 nəfər şagird təhsil alır. Şagirdlərin təlim-tərbiyəsi ilə 76 nəfər pedaqoji heyət məşğul olur. Cari tədris ilində 100 nəfər 1-ci sinifdə ilk addımlarını atır. 66 nəfər hazırlıq qrupunda təhsilə cəlb edilib. 67 nəfər şagird 9-cu sinifdə təhsil alır. 58 nəfər şagird 11-ci sinifi bitirərək məzun adını alacaq. Bu gün sözügedən məktəb tədrisini 2-ci növbə olmaqla, Qazax şəhər Səlim Əfəndiyev adına 1 nömrəli, Səməd Vurğun adına 2 nömrəli və İsmət Qayıbov adına 3 nömrəli tam orta məktəblərdə davam etdirir.

2020-2021-ci tədris ilində 67 nəfər 9-cu sinifi bitirib ki, onlardan 2 nəfər fərqlənmə attestatı alıb. 58 nəfər 11-ci sinifi bitirən məzundan 53 nəfər ali məktəblərə qəbul imtahanlarında iştirak edib. Onlardan 49 nəfər məzun tələbə adını qazanıb. Məktəbin iki nəfər məzunu - Həsənov İlham Babək oğlu (674 bal) və Vəlizadə Güllüzar Elşən qızı (643 bal) yüksək nəticə göstərib. Həmçinin, İlham Həsənov ölkə başçısının 29 sentyabr 2021-ci il tarixli Sərəncamı ilə Prezident təqaüdünə də layiq görülüb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan Ordusunun hərbi qulluqçusu bədbəxt hadisə nəticəsində həlak olub

Berlin raketlərimizin hədəfindədir - Kremldən şok hədə

“Hikmət, sənə bir həftə vaxt verirəm!” - Foto

Futbol üzrə Avropa çempionatının rəmzi komandası açıqlanıb

Daşkəsənin yeni icra başçısı ictimaiyyətə təqdim olunub

Azərbaycanın Tehrandakı səfirliyinin yeni inzibati binası istifadəyə verilib

2024-cü ilin ən yaxşı müdafiəçisi bəlli olub

Ukraynalılar Rusiya ilə danışıqlara hazırdırmı? – Xalqın cavabı

Ukraynanın vəziyyəti pisləşir: Ruslar itirdikləri əraziləri geri qaytarır...

Coratda dənizdə batan gəncin meyiti tapılıb - Yenilənib

Tramp vitse-prezidentliyə namizədinin adını açıqlayıb

Ən çox oxunanalar