Cümə axşamı, 22 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fərhad Məmmədov: ““3+3” formatının həyata keçməsi olduqca çətindir” - Müsahibə

Politoloq: “Rusiyada keçirilən görüşə İran-Azərbaycan gərginliyi kontekstində baxsaq, deyə bilərik ki, bu çox vacib görüş idi. Çünki İranın yaratdığı gərginliyin və ünvanladığı mesajların əsas hədəfi Azərbaycandır”.

“Yaxın zamanda da İran-Azərbaycan münasibətlərinin normallaşıb “3+3” formatı çərçivəsində yeni fəaliyyətlər həyata keçirməsi inandırıcı deyil”.

Xəbər verdiyimiz kimi İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Moskvada rusiyalı həmkarı Sergey Lavrovla görüşdü.

Görüşdən sonra nazirlərin keçirdiyi mətbuat konfrasında Sergey Lavrov bildirib ki, regionda iqtisadi və nəqliyyat əlaqələrinin açılmasına dair Rusiya, İran, Azərbaycan, Ermənistan, Gürcüstan və Türkiyənin iştirakı ilə “3+3” danışıqlar formatının yaradılması təşəbbüsünü müzakirə edilib.

Sergey Lavrov çərşənbə günü baş tutan görüşdə deyib ki, bu əlaqələrin açılmasından təkcə Azərbaycan, Ermənistan və Gürcüstan deyil, digər region ölkələri də qazanacaq:

İran, Rusiya və Türkiyə Cənubi Qafqaz ölkəsinin ən yaxın qonşuları olaraq bundan qazanacaq, deyə Lavrov vurğulayıb.

Rusiya XİN rəsmisinin sözlərinə görə, İran Azərbaycan və Türkiyə kimi bu fikrə “müsbət” reaksiya verib. Sergey Lavrov fikrini davam etdirərək bunları söyləyib: “Erməni həmkarlarımızla işləyirik. Ümid edirik ki, Gürcüstan yaşadığı bütün problemlərə baxmayaraq belə, bir məsləhətləşmə mexanizmi yaratmaqda və uzun müddətdir burada davam edən qarşıdurmalar səbəbiylə bu bölgənin inkişafını geridə qoyan problemlərlə bağlı qərar verəcək və regionun sürətli inkişafı ilə bağlı qərarlar qəbul etməkdə əsas marağını görə biləcək”.

Rusiyaİran xarici işlər nazirlərinin görüşünü və son günlərdə İran-Azərbaycan münasiblərində yaranan gərginliyi PİA.az-ın əməkdaşı politolq Fərhad Məmmədovla müzakirə edib.

Fərhad Məmmədov: “44 günlük müharibədən sonra regionda yeni staus-kvo formalaşıb. Rusiya da xarici işlər naziri Sergey Lavrovun dili ilə İrana bildirdi ki, formalaşan status-kvonun əsas tərəfləri Azərbaycan-Ermənista­n və Rusiyadır”.

PİA.az politoloq Fərhad Məmmədov ilə olan müsahibəni oxucularının diqqətinə çatdırır:

- Fərhad bəy, Azərbaycanİran arasında yaşanan gərginlik fonunda dünən Moskvada keçirilən Rusiyaİran xarici işlər nazirlərinin görüşünü necə dəyərləndirmək olar. Bu görüşdən sonra Azərbaycan-İran qarşıdurmasın artıq arxada qaldığını söyləmək olarmı?

- Rusiyada keçirilən görüşə İran-Azərbaycan gərginliyi kontekstində baxsaq, deyə bilərik ki, bu çox vacib görüş idi. Çünki İranın yaratdığı gərginliyin və ünvanladığı mesajların əsas hədəfi Azərbaycandır. Lakin İranın bütün mesajlarında ikinci hədəf və daha çox narahat olduğu məqam Türkiyənin regionda artan gücüdür. Bu kontekstdən yanaşanda biz deyə bilərik ki, Cənubi Qafqazda dominant güc olan Rusiya Federasiyasının mövqeyi İran üçün vacib idi. Ən azı Tehranın Moskvadan bəzi məsələlərdə həmfikir olmaları ilə bağlı gözləntiləri vardı.

Lakin 44 günlük müharibədən sonra regionda yeni status-kvo formalaşıb. Rusiya da xarici işlər naziri Sergey Lavrovun dili ilə bildirdi ki, formalaşan yeni status-kvonun əsas tərəfləri Azərbaycan-ErmənistanRusiyadır. Eyni zamanda formatın əsas tərəfdaşı gözə görünməyən, amma bütün proseslərə təsir edən Türkiyədir.

Fərhad Məmmədov: “İran rəsmilərinin Ermənistanda keçirdiyi görüşlərə, Ermənistan ərazisində özlərinə uyğun olan işlərin aparılmasına Rusiya biganə qala bilməz”.

- Dünən nazirlərin görüşündən sonra keçirilən mətbuat konfransında Rusiyanın xarici işlər naziri Sergey Lavrov bldirib ki, “3+3” formatı görüşdə müzakirə olunub və bu platforma İran tərəfindən də dəstəklənir. Bilirik ki, İran bu platformaya qarşı çıxırdı və Azərbaycanla gərginliyin əsas səbəblərində biri də “3+3” formatı çərçivəsində “Zəngəzur dəhlizi” vasitəsi ilə nəqliyyat yollarının birləşdirilməsi ideyası idi. İranın bu platforma ilə bağlı fikir dəyişikliyinə getməsinin əsas səbəblərini nədə görürsünüz və İran “3+3” formatının reallaşmasında nə qədər səmimi ola bilər?

- Qeyd edim ki, “3+3” formatında İrana gərginliyi aşağı salmaq təklif olunur. Həmçinin İranın hal-hazırki vəziyyətlə barışması tövsiyyə olunur. Digər tərəfdən isə Rusiyaİran regionda əsas müttəfiq kimi Ermənistanı görür. Buna görə də mənzərə Rusiyaİranın Ermənistan uğurunda rəqabət aparması kimi görünür. Rusiyanın heç də xoşuna gəlmir ki, İran bir zənglə Ermənistanın xarici işlər nazirini Tehrana gətirir. Orada da Ermənistanın xarici işlər nazirinin dilindən İrana uyğun olan bəyanatlar səsləndirirlər.

Eyni zamanda İran rəsmilərinin Ermənistanda keçirdiyi görüşlərə, Ermənistan ərazisində özlərinə uyğun olan işlərin aparılmasına Rusiya biganə qala bilməz. Çünki Ermənistan ilk növbədə Rusiyanın hərbi-siyasi müttəfiqdir. Rusiya onilliklər boyu bu ölkəyə silah, maliyyə yardımı edib. Buna görə də hazıra nazir olmaq heç də İrana rahat olmayacaq.

- Dünənki görüşdən sonra Ermənistan da “3+3” formatının əleyhinə olmadığını bildirdi. Eyni zamanda Ermənistan tərəfi Azərbaycanla sülh danışıqlarının aparılması ilə bağlı xəbərləri təkzib etmədi. Hesab edirsinizmi ki, “3+3” formatı Azərbaycanla Ermənistan arasında davamlı və yekun sülh üçün əsas platforma ola bilər?

- “3+3” formatı konstruktiv formatdır. Amma bu formatın həyata keçməsi olduqca çətindir. Çünki hazırda İran-Azərbaycan münasibləri gərgindir. Yaxın zamanda da İran-Azərbaycan münasibətlərinin normallaşıb “3+3” formatı çərçivəsində yeni fəaliyyətlər həyata keçirməsi inandırıcı deyil.

Düşünürəm ki, “3+3” formatı bir ideya kimi kifayət qədər yaxşı ideyadır. Burada qarşılıqlı problemi olan dövlətlər digər dövlətlər vasitəsilə öz münasibətlərini həyata keçirə bilərlər. Mən ilk növbədə Gürcüstan-Rusiya münasibətlərini nəzərdə tuturam. Hal-hazırda isə Azərbaycan-İran münasibətlərini də bura əlavə eləmək olar.

Fərhad Məmmədov: “Bu format çərçivəsində Ermənistan-Türkiyə münasibətləri normallaşa bilər. Beləliklə də, bütün bu problemlər “3+3” formatı çərçivəsində müzakirə oluna və həll oluna bilər”.

“3+3” formatında və istiqamətində AzərbaycanErmənistan da öz məsələrini həll edə bilərlər. Yəni sülh müqaviləsi, kommunikasiyaların açılması, sərhədlərin delimitasiyası və demarkasiyası məsələlərini həll edilə bilər. Burada həm Gürcüstan, həm Rusiya, həm də Minsk qrupu həmsədrləri çərçivəsində danışıqlar aparıla bilər.

Eyni zamanda bu format çərçivəsində Ermənistan-Türkiyə münasibətləri normallaşa bilər. Beləliklə də, bütün bu problemlər “3+3” formatı çərçivəsində müzakirə oluna və həll oluna bilər. Hər bir dövlət öz maraqlarına uyğun olaraq məsələrin həll edilməsi üçün bu platformadan istifadə edə bilər.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb

Rusiya vətəndaşı olmaq üçün qaydalar sərtləşdirilir: Nikahla bağlı yeni təklif

Ronaldonun "YouTube" kanalı abunəçi sayına görə bir neçə rekorda imza atıb - Yenilənib

Ödəmə terminalından səhvən başqasının hesabına göndərilən pul necə geri alına bilər? - Video

Fəzail İbrahimlinin təşviqat kampaniyasını uğurla davam edir

Hindistanda əczaçılıq zavodundakı partlayışda ölənlərin sayı 17 nəfərə çatıb - Yenilənib

“Qarabağ”ın sabiq futbolçusu: "Dinamo"ya məğlubiyyətə üzülmək lazım deyil

Ən çox oxunanalar