Şənbə, 07 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kompyuter tomoqrafiyası sağlamlıq üçün ziyandırmı?

Kompyuter tomoqrafiya orqanizmin daxili hissəsinin ətraflı şəkillərini yaratmaq üçün X-şüaları və kompyutürdən istifadə edərək tibbi görüntü almaq üsuludur.
Kompyuter tomoqrafiyasında (KT) ortasında dairəvi keçidli böyük bir rentgen mənbəyi və rentgen detektoru bədənin ətrafına dolanır. Müasir skanerlərdə bədəndən keçən rentgen şüalarını yazan 4-dən 64-ə qədər və ya daha çox sensoru olan detektorlar mövcüddur. Sensorlardan alınan məlumatlar bədənin bir çox bucağından alınır və rentgen ölçmələr edir. Ölçmələr birbaşa kompyuterə göndərilir. Kompyuter rentgen ölçülərini 2D kəsiklərinə (dilimlərinə) bənzəyən şəkillərə çevirir. "Tom" yunan dilindən tərcümədə "dilim","kəsik"mənasını verir. Bu qeydə alınan görüntü tomoqram adlanır. Ağrısız, tez başa gələn və dəqiq metoddur. Tomoqrafiyadan bədənin demək olar ki, hər hansı bir hissəsini görmək üçün istifadə etmək olar. Xəstəlik, yaxud travma diaqnozları üçün, həmçinin, cərrahi müdaxilələr, planlaşdırmalar üçün çox yararlıdır. Lakin KT müayinəsində radiasiya olduğundan seçilərkən risklər və faydası nəzərə alınır.

Hansı qrup xəstəliklərin diaqnostikasında KT icra edilə bilər?

Baş beyinlə bağlı problemlər: travmatik yaralanmalar, şişlər, abseslər, kəllədaxili trombların, qanamaların və s. aşkarlanması üçün;
Onurğa problemləri: sümük defektləri, fəqərəarası disk yırtıqları və digər patologiyalarında;
Osteoparoz və sümük xəstəlikləri: Osteoparozun(sümük yumşalmasının) qiymətləndirilməsində sümük sıxlığını ölçmək və sınıq, çıxıq diaqnostikası üçün ;
Daxili orqan xəstəlikləri:şiş, infeksiya,travma fəsadları,qaraciyər, öd kisəsi, pankreas, dalaq, aorta, böyrək, uşaqlıq və yumurtalığın vizualizasiyası məqsədilə, daxili orqanlarda biopsiyanın və digər invaziv müdaxilənin yerinə yetirlilməsi üçün;

Ürək -damar sistemi: müxtəlif növ ürək-damar patologiyaları üçün;
Ağciyər xəstəlikləri: şiş, iltihab, maye toplanması, emfizema və digər patologiyaları müəyyən etmək üçün və s. istifadə olunur.

KT müayinəsi zamanı yarana biləcək fəsadlar

Allergik reaksiya: Kontrastlı tomoqrafiyada istifadə olunan kontrast maddələrə qarşı yüksək həssaslıq reaksiyası qızdırmadan anafilaktik şoka qədər dəyişə bilər. Böyrək yetməzliyi olan xəstəyə kontrast yeritmək təhlükəli olduğundan müayinədən öncə müəyyən qan testlərindən keçməlidir. Şəkərli diabet, ağır ürək yetməzliyi, aorta stenozu kimi xəstəlikləri olanlarda venadaxili kontrastlı KT diqqətli yoxlamalardan sonra aparılır.
Nadir fəsadlara prosedur nəticəsində qanaxma, infeksiya, şok daxildir. İonlaşdırıcı radiasiya toxumalarda bioloji təsirlərə səbəb ola bilər. Bu risk bir insanın həyatı boyu keçirdiyi KT müayinələrin sayı ilə arta bilər.

KT üçün bəzi tövsiyələr

Hamiləlik, laktasiya dövrü olarsa,müayinədən öncə həkimə bildirilməlidir. X-şüaların dölə zərər vermə ehtimalı olduğu üçün təcili bir vəziyyət olmadığı təqdirdə KT hamilələrə məsləhət görülmür.
MRT müayinəsindən fərqli olaraq skaner bütün bədəni əhatə etmir, buna görə klaustrofobiya ( qapalı məkandan qorxma) gözlənilmir.Ancaq narahatlıq, həyəcan hallarında mütəxəssislər tərəfindən sakitləşdirici verilə bilər.
Uşaqlarda tomoqrafiyanın çəkilməsi belə çətinlik yaratdığından da sakitləşdiricilərə ehtiyac duyula bilir.

Gərəksiz tomoqrafiya=xərçəng

Həkim bəzən xəstənin psixoloji təzyiqi səbəbiylə xəstəni əldən verməmək üçün, yaxud xəstə sıxığından ətraflı anamnezə vaxt sərf etməyərək kompyuter tomoqrafiyasına göndərir. Nə qədər yaxşı niyyəti olursa olsun, həkim diaqnostik təcrübəyə əsaslanmalı və bunun üçün lazım olan bölgənin, nahiyənin tomoqrammasını istəməlidir. Daha dəqiq olsaq, KT müayinəsinə göndəriləkən iki dəfə düşünülməlidir. Nəzərə alınmalıdır ki, çəkilən nahiyə sahəsi nə qədər az olarsa, radiasion doza da aşağı olacaq.

KT müayinəsində şüalanma X-ray (rentgen) dozasından 200-400 dəfə çox olduğu məlumdur. "New England Journal of Medicine" jurnalında dərc olunan bir hesabata görə, hər üç KT -dən biri lazımsız təyin edilir.Daxili orqanların dözə biləcəyi doza vardır, bu dozalar aşılmamalıdır. Xüsusilə, hamilə, uşaq və gənclər daha çox müdafiə olunmalıdır.Gənclər haqda xüsusi sübut olmasa da, risk ölçüləri vardır. Yaponiyada atom bombasından sonra ortaya çıxan məlumatlara istinadən tomoqrafyanın verdiyi radiasiyanı müqayisə edərək nisbət çıxarmışlar.Uşağın qarın boşluğu KT -si çəkilərkən xərçəngə tutulma ehtimalı 2000-dən biri kimi hesablansa da, sübut olunmamışdır.Beyin tomoqrafiyasında risk bir qədər azdır. Xəstələr müayinə olunmaqda israr etməməlidir. Cəmiyyətdə həkim müayinə istəmirsə, xəstə ona lazımi qayğı göstərilmədiyini və məmnun olmadığını düşünür. "Doktor hətta bir kompyuter tomoqramması istəmədi" , "Sığortam var, KT olunmaq haqqımdır", deyir. Yaxud xəstə hər başı,beli ağrıyanda həkim məsləhəti olmadan, çox zaman gərəksiz KT müayinəsindən keçir. Gələcəkdə yarana bilən bəladan xəbərsiz olur.
Bəzən isə xəstələr özbaşına KT-dən keçib həkimə müraciət edir, həkimsə kontrastlı KT istəyir, beləliklə, dozalanma ikiqat rəqəm alır, ikiqat xərc çəkilir. Hər tomoqramma yoxlamasından 14-21 milliqram radiasiya alınır. Bu doza Yaponiyada atılan bombalardan 2,5 km uzaqda yaşayan insanların aldığı dozaya bərabərdir.Bu bombalardan sağ çıxanar olsa da, ölüm riskləri yüksək idi. Təcrübəli həkim heç bir klinik göstəriş yoxdursa, rentgenoqrafiya, mammaqrafiya, KT kimi müayinələri tələb etmir. Vətəndaşlara bu məsələyə həssaslıqla yanaşma məsləhət görülür. Belə gərəksiz dozalanmanın xərçəng olaraq dönə bilməsini unudulmamalıdır.
Covid-19 pandemiyası dövründə diaqnostikada rol alan KT ağciyərlərin müayinəsində çox istifadə olunmağa başladı. Lakin insanlar gərək olmadan, paniklə özlərində qızdrıma, öskürək, qoxu, dadbilmə itməsi kimi əlamətləri hiss edən kimi ağciyərlərin KT müayinəsinə can atmağa meyilli oldular. Lakin nəzərə alınmalıdır ki, Covid-19 testi müsbət olan, xəstəliyin inkişafı üçün risk faktoru olmayan və Covid-!9 testi mənfi olan xəstələr üçün KT tövsiyə edilmir. Klinik geriləmə, ağciyər arteriyasının emboliyası və ya bakterial pnevmoniyann inkişafı, mümkün Covid-19 səbəbli miokard zədələnməsi zamanı ürək yetməzliyini qiymətləndirmək üçn KT görüntüləməsi istənir.Həmçinin, dinamik izləmə müddətində KT-nin müntəzəm istifadəsi məsləhət deyil. Xüsusi hallar istisna olmaqla.

Kompyuter tomoqrammanın lazım olub-olmadığını müəyyən etmək həkimin işidir. O həm də bu müayinənin müalicəyə təsirini nəzərə alır, onun yerinə lazım gəldikdə USM və ya MRT kimi altenativlərin istifadə edəcəkləri yeri bilərlər. (milli.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev İtaliyada Beynəlxalq Çernobbio Forumunda çıxış edib - Yenilənib

Politoloq: Azərbaycan Rusiyaya ciddi nota verməlidir...

Azərbaycanda bu şəxsləri 5 il həbs cəzası gözləyir - Xəbərdarlıq

Anar Məmmədovla bağlı ilginc iddia - Trampın seçkisinə...

İran “Zəngəzur dəhlizi”nin açılmasını imkansız edən gücə sahibdir?

Bakıda satışa çıxarılan məşhur bina 2.5 milyon manat ucuzlaşdı

Əbülfəs Qarayevin qızının Rusiyadakı şirkətinin gəlirləri azalıb

Azərbaycan Ordusunun hərbçisi odlu silahla özünü öldürüb

Mehriban Ələkbərzadə Corc Qafarovu işdən çıxardı

Taleh Qaraşovun rəhbərlik etdiyi qurumun 730 minlik tenderi ləğv edildi

Ən çox oxunanalar