Cümə axşamı, 05 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mərkəzi Asiyanın ortaq qrupu ABŞ və Qərbə qarşı - Əfqanıstan uğrunda yeni savaş başlayır...

Çin-İran münasibətlərinin Əfqanıstan kontekstində yeni bir strateji ölçüyə keçib...

Nedret Ersanel
“Yeni Şafak” qəzeti, Türkiyə, 8 sentyabr 2021-ci il

Çin, İran, Pakistan, Rusiya və s. kimi Şərqdən gələn bütün oyunçular Əfqanıstandakı prosesin “xaricilərin iştirakı və müdaxiləsi” olmadan davam etməli olduğunu düşünürlər. “Xaricilər” deyəndə isə birinci ABŞ, sonra Qərb nəzərdə tutulur. Beləliklə, oyun meydanı Əfqanıstan kimi görünsə də, bu meydan Mərkəzi Asiyaya çevrilir.

Lakin Qərblə Şərqin həmfikir olduğu məsələlər də var: məsələn, gələcək Əfqanıstan hökumətinin “əhatəli” olması.

Moskva birbaşa prezidentin dili ilə bildirir: ““Taliban” bəzi kiçik ərazilər istisna olmaqla, demək olar ki, bütün Əfqanıstana nəzarət edir. Əgər belədirsə, o zaman faktlarla hərəkət etməliyik. Rusiya Əfqanıstanın dağılmasını istəmir. Belə getsə, danışmaq üçün heç kim qalmayacaq”.

Deməli, Kremlin yeni reallığı “Taliban”la birgə hərəkət etməkdir.

Son bir həftədə ortaya çıxan bir çox vacib hadisələr var. Bunlardan biri Pakistan kəşfiyyat xidmətindən yüksək rütbəli şəxslərin daxil olduğu bir heyətin Kabilə gəlməsidir. Təyyarədən düşərkən onlara “narahat olmayın, hər şey yaxşı olacaq”, deyiblər.

Digər hadisə isə İngiltərənin xarici işlər naziri Dominik Raabın rəsmi gündəmdə olmayan İslamabad səfəridir.

Pakistanın “Taliban” üzərindəki gücü haqqında çox yazdıq. Aydındır ki, London bu təsirdən uyğun istiqamətdə istifadə etmək üçün nələr edilə biləcəyini ölçməyə çalışır. Əmin olun ki, bu səfərin içində Amerika da var. Lakin onun himayəsində və nəzarəti altında olduğunu demək istəmirəm əksinə İngiltərəyə söykənərək prosesə daxil olmağa çalışır.

ABŞ-ın “Taliban”la ən azından “faydaçı” bir münasibət qurmağa hazır olduğunu asanlıqla başa düşə bilərik. Bu, Əfqanıstanda bəzi müqavimət nöqtələrinin Pəncşirdə göründüyü kimi ümumi əhaliyə yayılmasına və hətta sona çatdırmasını çətinləşdirəcəyinə gətirib çıxarır.

ABŞ dövlət katibi Blinkenin dediyi kimi, hansı hökumət olursa olsun, onun nə etdiyinə, hansı siyasəti izlədiyinə baxırıq, ən vacibi də budur. Beləliklə, hökumətin kim və nə olduğu önəmsiz olmasa belə, ikinci dərəcəlidir. Rusiyanın danışdığı reallıq da məhz budur.

Aydındır ki, Pakistan hökumətin elan olunmasından əvvəl “Taliban”a müqavimət göstərən ərazilərdəki iğtişaşlara son qoymaq istəyir. Həmçinin Amerika pul təşkilatlarını “Taliban”ı məğlub etmək üçün addımlar atmağa təşviq etsə də, “boğucu tellər”dən istifadə etməmişdir. ABŞ-ın Əfqanıstana yardım etmək üçün özəl müəssisələrə verdiyi icazə də bunun bir əlamətidir.

Birləşmiş Millətlər Təşkilatının ölkədəki humanitar böhranın qarşısını almaq, böyük və sürətli pul tapmaq üçün ayın ortalarında nazirlər zirvəsi keçirəcəyi də əlavə edildikdə “Taliban” reallığına uyğunlaşmağa çalışdıqları aydın olur.

Beləliklə, müqavimət hərəkatları bir növ detala çevrilir, “üsyanın” böyüməsi və genişlənməsi ehtimalı azalır. Hamı yeni Kabil hökumətini gözləyir. Buna uyğun olaraq, məsələyə Şərqdən və Qərbdən də baxaq.

Birincisi, Çin-İran münasibətlərinin Əfqanıstan kontekstində yeni bir strateji ölçüyə keçdiyini göstərən hadisələrdir. İran və Çin liderləri arasında avqust ayında baş tutan telefon danışığı iki ölkə arasındakı münasibətlərin daha bir mərhələsinin giriş hissəsi hesab olunur. Tehran və Pekin üçün bu, yüksək strateji tərəfdaşlıqdır. Hər iki ölkə tək tərəflilik, zülm və hegemoniyaya qarşı birgə etirazlarını davam etdirəcəklərini qeyd edir və bu hegemoniyanın ünvanı ABŞ-a işarə edir. Əfqanıstan məsələsində isə ölkənin siyasi və iqtisadi olaraq yenidən qurulmasında “Taliban” administrasiyasına dəstək verəcəklərini açıq şəkildə söyləyirlər.

Yenə hər iki ölkə xəbərdarlıq edir ki, ABŞ geri çəkilsə də, ölkədəki prosesi pozacaq heç bir iş görmür (03.09, Çin Xarici İşlər Nazirliyinin bəyanatı).

Taliban” Çinə açıq bir yol verdikdən sonra İran xətti tamamlandı. Pakistanın da bu qrupa daxil olması ilə bağlı bir çox fərziyyələr var. Əslində, keçən bazar ertəsi təsdiqlənməmiş mənbələrə görə, “Taliban” hökumətinin elan edəcəkləri mərasimə rəsmi olaraq Çin, Rusiya, İran, Pakistan, Türkiyə və Qətəri dəvət etdiyi bildirilib. Dəvət başqa bir məsələdir, amma bu qrup Əfqanıstan və Mərkəzi Asiya üçün, əlbəttə ki, aparıcı bir portfel yaradır.

İkinci qeydə gəlincə isə bazar günü “Taliban” sözçüsü Zabiullah Mücahid Almaniyanın “Welt am Sonntag” qəzetinə müsahibə verib. Almaniyanın Əfqanıstanda xoş qarşılanacağını, güclü, rəsmi diplomatik və iqtisadi əlaqələr istədiyini, maliyyə, humanitar, kənd təsərrüfatı və təhsil sahələrində əməkdaşlıq gözlədiklərini söyləyərək “iqtisadi məqsədlərini” də nümayiş etdirib.

Ən maraqlı açıqlama da bu idi: “Almaniyanın Əfqanıstanda müsbət anlayışa sahib olduğu bir dövr var idi. Sonra Amerikaya qoşuldu. Ancaq indi bağışlandı”, deyə Taliban sözçüsü bildirib. Berlin Taliban hökümətini rəsmən tanımasa da, Əfqanıstanda olmaq istəyir. Xarici işlər naziri Hayko Maas: “Siyasi cəhətdən mümkün olsa və təhlükəsizlik təmin edilsə, Almaniya səfirliyi yenidən Kabildə olmalıdır”, deyib.

Lakin üç problemli məsələ də var.

İngilislərlə müqayisədə almanların bölgədə zəif olduğunu deyə bilərik. Amma əslində, Berlin kəşfiyyatı “Amudərya siyasəti” məsələsində mütəxəssisdir.

İkincisi də Pakistan-İran məsələsidir. Almaniyanın Pakistan və İranla Əfqanıstanda razılaşa bilmədiyi yerlər var və bunun əks-sədasını görəcəyik.

Üçüncüsü isə yenə İngiltərədir: London keçən gün Əfqanıstan məsələsində “qlobal bir koalisiya” quracağını açıqlayıb. Amma bunun üçün yer qalmadı.

Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İsmayıllıda vəzifəli şəxslərə qarşı əməliyyat

9 saylı dairədə nəticələr ləğv edilə, Kəmaləddin Qafarov mandatsız qala bilər

Ermənistanın yeni “Zəngəzur dəhlizi” təklifi... - Bakı bu təklifi qəbul edə bilərmi?

Nəsli kəsilən heyvanlar dirildilir - Alimlərdən şok sınaq

20-yə yaxın məmur onunla əlbir olub pulları mənimsəyib - Adlar

Politoloq: Türkiyə və İran arasında qapalı qarşıdurma pik həddinə çatır...

Tehranın israrla “Zəngəzur dəhlizi”nə qarşı olmasının əsas səbəbləri nədir?

Lamiyə Vəliyevanın atası: "Qızımla nə qədər qürur duysam, azdır"

Paris Paralimpiadasının azərbaycanlı medalçılarına nə qədər mükafat veriləcək?

Qərb Rusiyanın təhdidlərinə boyun əyir, nüvə müharibəsi yaxınlaşır

Müharibənin ən bahalı 24 saatı: Ruslar Pokrovsk yolunda "rekord" qırıb...

Ən çox oxunanalar