Şənbə, 07 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Azercell" Nizami yaradıcılığını əks etdirən xüsusi əlifba dizayn edib

Dahi şair və böyük mütəfəkkir Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə 2021-ci il Prezident İlham Əliyevin sərəncamına əsasən “Nizami Gəncəvi İli” elan edilib. Ölkənin lider mobil operatoru “Azercell Telekom” MMC də bu istiqamətdə təşəbbüslə çıxış edərək maraqlı bir layihə gerçəkləşdirib. Şirkət dünya ədəbiyyatının ən görkəmli klassiklərindən biri olan Nizami Gəncəvinin yaradıcılığına həsr olunmuş xüsusi əlifba dizayn edib. Nizami yaradıcılığını əks etdirən əlifba dahi şairin zəngin irsinin öyrənilməsinə və təbliğinə xidmət edir.

Maraqlı üslubda hazırlanmış əlifbanın hərfləri dahi Nizaminin “Xəmsə”sinə daxil olan poemaların qəhrəmanlarını, bu əsərlərdəki məşhur obrazları və şairin həyatında xüsusi rolu olmuş insanları əks etdirir. Məsələn, “A” hərfi şairin ilk həyat yoldaşı, qıpçaq gözəli Afaqı, “B” hərfi “Yeddi gözəl” poemasındakı Sasani hökmdarı Bəhramı, “F” hərfi isə məşhur Fitnəni, “İ” hərfi qüdrətli sərkərdə İskəndəri tərənnüm edir. Hərflərin hər biri adları çəkilən obrazlara uyğun miniatürlərlə bəzədilib.

Qeyd edək ki, Nizami irsini əks etdirən əlifbadan istifadə edərək xüsusi dizayn olunmuş bu hərflərdən müxtəlif sözlər ərsəyə gətirib sosial şəbəkələrdə paylaşmaq mümkündür. Bunun üçün sadəcə https://www.nizami880.az/ saytına daxil olmaq kifayət edir. Əlifbanın hərflərini, həmçinin “WhatsApp”, “Telegram”, “Facebook”, “Instagram” kimi sosial şəbəkələrin “gif” bölməsində “Nizami880” və ya “Azercell” açar sözlərinin köməyilə, Telegram tətbiqinin “stiker” bölməsində isə https://t.me/addstickers/azercell linki vasitəsilə əldə etmək olar.

Azercell Telekom” MMC “Nizami ili” boyunca məşhur klassikə həsr edilmiş müxtəlif təşəbbüslərlə çıxış edib. Şirkətin sosial şəbəkə hesablarında mütəmadi olaraq Nizami Gəncəvinin şeirlərindən parçalar və nəsihətamiz kəlamları paylaşılıb, şairin yaradıcılığını əks etdirən müsabiqələr keçirilib.

Bu yaxınlarda isə “Azercell” ilə əməkdaşlıq çərçivəsində “TikTok”da geniş izləyici kütləsi olan @alex.ivanchak Rubik kubları vasitəsilə dahi mütəfəkkirin möhtəşəm portretini yaradıb. Portretin yaradılmasında 400 kubdan istifadə edilib.

https://www.facebook.com/azercell/posts/10158872270558303

“Nizami ili” ilə bağlı yeniliklər və xəbərlər bununla bitmir. Azercell abunəçiləri üçün gələcəkdə müxtəlif hədiyyəli müsabiqələr və kampaniyalar hazırlamaqda davam edir. Odur ki, sosial şəbəkələrdə ölkənin lider mobil operatorunun səhifələrini izləyin.

https://www.facebook.com/azercell/posts/10158877146958303

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Politoloq: Azərbaycan Rusiyaya ciddi nota verməlidir...

Prezident İlham Əliyev İtaliyada Beynəlxalq Çernobbio Forumunda çıxış edib - Yenilənib

Azərbaycanda bu şəxsləri 5 il həbs cəzası gözləyir - Xəbərdarlıq

Anar Məmmədovla bağlı ilginc iddia - Trampın seçkisinə...

İran “Zəngəzur dəhlizi”nin açılmasını imkansız edən gücə sahibdir?

Bakıda satışa çıxarılan məşhur bina 2.5 milyon manat ucuzlaşdı

Əbülfəs Qarayevin qızının Rusiyadakı şirkətinin gəlirləri azalıb

Azərbaycan Ordusunun hərbçisi odlu silahla özünü öldürüb

Mehriban Ələkbərzadə Corc Qafarovu işdən çıxardı

Taleh Qaraşovun rəhbərlik etdiyi qurumun 730 minlik tenderi ləğv edildi

Ən çox oxunanalar