Bazar ertəsi, 09 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kabili qan gölünə çevirən “Xorasan əmirliyi”: təhlükəli düşmən hərəkətə keçdi...

Prezident Cozef Bayden ötən gün Kabil aerportu rayonunda bir-birinin ardınca baş verən və onlarla ABŞ əsgəri də daxil olmaqla 100-dən çox adamın ölümünə, 1500-dən çox adamın yaralanmasına səbəb olan partlayışlara görə məsuliyyəti üzərinə götürən “Xorasan əmirliyi”nə qarşı qisas əməliyyatlarının planlaşdırılmasını əmr edib. İŞİD terror qruplaşmasının Əfqanıstan qolu olan “Xorasan əmirliyi”nin həyata keçirdiyi bu hücum nəticəsində ABŞ ordusu son illərdə ən ağır itkilərdən birinə məruz qalıb, eləcə də “Taliban” onlarla döyüşçüsünün öldüyünü bildirir.

virtualaz.org qeyd edir ki, Kabildəki silsilə terror hücumları Əfqanıstanı tələm-tələsik tərk edərək “Taliban”ın yolunu açan ABŞ üçün növbəti ağır zərbədir və indi prezident Bayden öz imicini xilas edə bilmək üçün bilmək üçün bu qruplaşmaya qarşı hərbi zərbələrə qərar verib. Bəs “Xorasan əmirliyi”, yaxud “İslam Dövləti Xorasan” nə təşkilatdır və nə vaxt yaranıb?

İslam Dövləti” qruplaşmasının bir qanadı olan “İslam Dövləti Xorasan” altı il öncə Əfqanıstanın şərqində formalaşmağa başlayıb, sürətlə böyüyərək dünyada terror təhdidlərindən birinə çevrilib. “The Associated Press” yazır ki, ABŞ-ın başçılıq etdiyi koalisiya tərəfindən illər boyu hədəfə alınmasına baxmayaraq qruplaşma “Taliban” hakimiyyətə keçdiyi bir dönəmdə belə yeni bir iri hücum gerçəkləşdirə bilib.

Agentlik yazır ki, “İslam Dövləti”nin bu  qanadı qruplaşmanın əsas döyüşçülərinin 2014-cü ilin yayında Suriyaİraqda xilafət yaratdığı dövrdə əmələ gəlib. Sonradan yerli və beynəlxalq qüvvələr Suriyaİraqda xilafəti dağıtmağa düz beş il sərf elədilər.

Əfqanıstan qanadının adı Xorasan vilayətindən qaynaqlanır. Orta əsrlərdə bu region Əfqanıstanın, İranın və Orta Asiyanın çox hissəsini əhatələyirdi. Yüzlərlə pakistanlı talibançı hərbi əməliyyatlar nəticəsində öz ölkəsindən çıxarıldıqca Əfqanıstanla sərhədə sığınıblar. Sonradan ekstremistlər, “Talibanın” mötədil və dinc metodlarından narazı qalan əfqan taliblər də onlara qoşulub.

Taliban” son illər Birləşmiş Ştatlarla sülh danışıqları apardığı bir vaxtda narazı talibançılar “İslam Dövləti”nə qoşularaq onun sıralarını genişləndiriblər. Qruplaşma Özbəkistan İslam Hərəkatından, İranın yeganə sünni müsəlman çoxluğu yaşayan vilayətindən, Çinin şimal-şərqində uyğurlardan ibarət Türküstan İslam Partiyasından da xeyli üzvlər cəlb edib.

Onları qruplaşmanın zorakı və ekstremist ideologiyası cəlb edirdi. Buraya islam dünyasını birləşdirəcək xilafət yaratmaq vədləri də daxil idi ki, “Taliban” heç vaxt  bu haqda danışmazdı.

Taliban” mübarizəsini daha çox Əfqanıstanla məhdudlaşdırırsa da, “İslam Dövləti Xorasan” bütün dünyada qeyri-müsəlmanlara cihad elan edib. 2017-ci ilin yanvarından qruplaşma Əfqanıstanda və Pakistanda dinc sakinlərə qarşı onlarla hücum həyata keçirib, Əfqanıstan, Pakistan və beynəlxalq koalisiya qüvvələri ilə yüz dəfələrlə toqquşub. Hesablamanı Beynəlxalq və Strateji Araşdırmalar Mərkəzi aparıb. Birləşmiş Ştatların özündə hansısa hücumun baş verməməsinə baxmayaraq, ABŞ hökuməti inanır ki, bu qruplaşma Cənubi və Orta Asiyada Birləşmiş Ştatların və müttəfiqlərin maraqlarına xroniki təhdid yaradır.

Onlar “Taliban”la da düşməndirlər. Kəşfiyyat cameəsi “əl-Qaidə” döyüşçülərinin də “Taliban”a inteqrasiya etdiyinə inanır. Amma “Taliban” Əfqanıstanda “İslam Dövləti”nə qarşı böyük, koordinasiyalı hücumlar həyata keçirib. “Taliban” qiyamçıları zaman-zaman Birləşmiş Ştatların dəstəklədiyi qüvvələrə qoşularaq Əfqanıstanın şimal-şərqindən “İslam Dövləti”ni sıxışdırıb çıxarmağa çalışıblar.

Pentaqon rəsmisinin agentliyə anonim qaydada bildirdiyinə görə, Tramp administrasiyası 2020-ci ildə “Taliban”la ordunu Əfqanıstandan çıxarmaq haqda sövdələşmə əldə edəndə bu qruplaşmaya qarşı onunla qüvvələrini birləşdirməyə ümid edirdi. Administrasiya qruplaşmanı Amerikanın özünə real təhdid sayırdı.

Birləşmiş Ştatlar Əfqanıstanda “İslam Dövləti”ni izləyərək onu vura bildiyi vaxtlarda belə qruplaşma yaraqlıları hücumlarını davam etdiriblər. İndi ordunu çıxarandan sonra Birləşmiş Ştatlar Əfqanıstanda bu təhlükəli düşmənə yerində zərbə vurmaq qabiliyyətini itirir. Bu da İŞİD-in Əfqanıstan qolunun sürətlə güclənməsinə gətirib çıxara bilər.

Elə Birləşmiş Ştatların ən böyük qorxularından biri də odur ki, Əfqanıstan “Taliban”ın idarəçiliyi altında Qərbə qarşı hücumlar planlaşdıran ekstremistlər üçün maqnitə və bazaya çevrilə bilər.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ağstafada ər və arvad faciəli şəkildə öldülər - Təfərrüat

Millətlər Liqası: Azərbaycan səfərdə Slovakiyaya məğlub olub - Yenilənib

Tatamiyə damğa vuran zəfər: Azərbaycan cüdoçularından tarixi nəticə

Azərbaycan klubu Çempionlar Liqasının qalibi olub

Masajda ölən iki yaşlı uşağın atası: "Prosedur zamanı şoka düşdü" - Yenilənib

Parisdə Yay Paralimpiya Oyunlarının bağlanış mərasimi keçirilib

Yeni qaydalar gənc hərbiçilərin mənzillə təmin olunmasında nə qədər rol oynayacaq?

Əməkdar jurnalist telekanala rəhbər təyin olundu - Foto

Abdelmajid Tebbun yenidən Əlcəzairin prezidenti seçilib

Ən çox oxunanalar