Cümə, 16 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tənəzzül və təkəbbür nəhayət ki, Amerikan imperiyasın dağıtdı - The Telegraph

Birləşmiş Ştatlar bütün cəbhə boyu geri çəkilir və onların bacarıqsız siyasətçiləri bu çöküşü durdurmağa qadir deyillər…

ABŞ elitasında imperiyanı yaşatmaq üçün hərəkətverici heç bir şey qalmayıb: nə kapitalizm, nə demokratiya, nə də Amerika xəyalı… Yerli ictimaiyyət isə artıq Amerikadan kənardakı dünya haqqında heç düşünmək belə istəmirlər. Bu şərtlərdə Amerika imperiyası dərin böhran içindədir…

Allister Hit
The Telegraph qəzeti, Böyük Britaniya, 19 avqust 2021-ci il

Heç bir imperiya əbədi deyil. Bütün imperiyalar nəhayətdə tənəzzül və təkəbbür mərhələsinə girərək dağılır. ABŞ-ın Əfqanıstandan çəkilməsiylə ortaya çıxan qəlbinlədən humanitar fəlakət sadəcə onun əlamətidir ki, Amerika epoxası sona çatır. Vaşinqton artıq dünya jandarmı rolunu qeyb edib və bizi regional güclərin genişlənmə həvəsindən doğan qarşıdurması ilə müşaiyət olunan həyacanlı gələcək gözləyir.

Hazırki vəziyyət 1980-ci illərin sonu, 1990-cı illərin əvvəlindəki vəziyyətdən çox fərrlidir. O zaman ABŞ-ın dünya üzərində rolü böyükdü və Vaşinqton dünyanın hər bucağında maraqlarının olduğunu iddia edirdi. Reyqanın yürütdüyü siyasət, Berlin divarının dağıdılması, kommunizmin ləğv olunması, internetin kəşf edilərək yayğınlaşması, Küveytin azad olunması – bütün bunlar Pax America-nın möhtəşəm günləri idi və indi insanlıq tarixinin ən gurultulu əsrini əhatə edən Amerika imperiyası tükənməkdədir.

Hollivud öz başını o qədər yüksək qaldırmışdı ki, bütün ölkələr Amerikaya oxşamağa, Amerika kimi səsverməyə, Amerika kimi yaşamağa çalışırdı. 1992-ci ildə Avropada ümumi bazarın yaradılması Amerikanı təqlid etməkdi. Elə həmin ildə Çini lideri Çzen Çzemin özünün “sosialist bazar iqtisadiyyatı”na keçid proqramını açıqladı və bu proqram hazırda bütün epoxanın gələcəyini müəyyənləşdirməkdədir.

Əslində bütün bunlar yaxşı həyat səviyyəsini əldə etmək üçün əldə olunan konsessus deyildi, daha çox “Amerikan ideyası”nın ən yüksək həddinin yaratdığı yanlışlıq idi və bu xəstəlik kimi ortaya çıxmışdı.

Bundan sora isə hər şey “kəllə-mayalalq” inkişaf etməyə başladı. Nə qədər ziddiyyətli olsa da, 11 sentyabr terroru Amerika imperiyasını dağıtmadı, əksinə yatmış nəhəngi oyatdı və özüylə güçlü vətənpərvərlik duyğları selini gətirdi. Lakin paralel dünyada bu sel kütləvi, ancaq uzun müddətli olmayan cavab zərbəsi ilə olardı. Misal üçün ən qısa zamanda ben Laden məhv edilə bilərdi və bununla da həyat öz axarınca davam edərdi. Bunun yerinə biz Usama bin Ladenin Pakistanda öldürülməsi üçün tam on il gözləməli olduq (əslində Usama bin Ladenin ABŞ-ın müttəfiqinin ərazisində gizlənməsi belə Amerikanın sönməsinin sübutu kimi qəbul eilməlidir) və dünya uzun müddətli, ləng və əzgin, son nəticədə isə fəlakətli şəkildə əks təsirə sahib olan bir Yaxın Şərq düzənlənməsi ilə üzləşdik.

O vaxtdan 20 il keçib və bu müddətdə Amerikanın dünya üçün hazırladığı qlobal plan tamamilə çöküb. Artıq Amerika elitası heç bir vacib məsələ ətrafında razılığa gələ bilmir və Əfqanıstandan çəkilmə kimi axmaq bir qərar bir daha sübüt edir ki, Amerika elitası dünyadaki mövcud vəziyyəti dərk edə bilmir, nəinki, dünya regionlarını, öz ölkələrini belə idarə edə bilmirlər. Sadə universializmlə kor olan amerkalılar dinlərin mahiyyətini, tayfa dünyagörüşünü və milli fərqləri anlamaz olublar və bu da bir çox ölkələri məcbur edir ki, müstəqil şəkidə öz talelərini müəyyənləşdirsinlər.

Biz hara baxsaq, görürük ki, ABŞ-ın plan və layihələri dağılır. Misal üçün Vaşinqtonun Avropanı öz ordusu, konstitutsiyası və “avrodaollar”la möhkəmləndirmək istədiyi “ABŞ-ın Avropaya dəstək planı”nı götürək. Breksit bu antiutopik konstruksiyanın sonun başlanğıcı oldu. Başqa ölkələr də miqrasiya böhranına görə tezliklə Avropa İttifaqənı tərk edəcəklər. Yaxın zamanlarda milyonlarla insan Afrikadan və Yaxın Şərqdən Avropaya doğru köç edəcəklər və Avropa İttifaqının liderləri bu qaçqınları ittifaq ölkələri arasında paylaşmağa çalışacaq, bu isə Avropada popülist hərəkatların böyüməsinə, eyni zamanda iqtisadi tənəzzülə yol açacaq. 

Yaxın Şərqdə ABŞ-ın əl bulaşdırdığı ölkələrdə və ərazilərdə hazırda xaos hökm sürməkdədir. Əfqanıstan isə yenidən “Taliban”ın əlinə keçdi.

İraq qorxulu dəhşətə çevrilib, Suriya qəddar qətllərin meydanıdır və Liviya hələ də özünün fəlakətli vəziyyətini normallaşdıra bilmir.

Klinton tərəfindən razılaşdırılan Fələstin-İsrail probleminin sülh yolu ilə həll planı uğursuzluğa düçar olub və ABŞ-ın Qəzzə zolağına dəstək verməkdən imtina etməsi ancaq HƏMAS döyüşçülərini gücləndirdi. Bayden Adminstrasiyası hələ də İranın ikiüzlülyü arasında çabalayır.

Bayden Adminstrasiyası görmürmü ki, İran nüvə silahını əldə etməyə və İsraili yox etməyə qərarlıdır? Çoxunun ABŞI-ın hamilik etdiyi ölkələrin olduğu Fars körfəzinə gəlincə isə, neftin qiyməti kəskin şəkildə aşağı düşdükdə bu ölkələri nə gözləyor? Yəni Yaxın Şərqin bəlaları indi başlayır.

Amerikanın Asiyada geri çəkilməsi Çinin yeni kapitalizmlə varlanması qədər diqqətçəkicidir və Çin bu uğurlarına görə Amerikanın genişlənmə idealogiyasına minnətdar olmalıdır. Lakin Çin əhalisi demokratiyaya can atmır. Pekinin iş adamlarının üzərinə qəddar yürüşü onu göstərir ki, Çin özünün imperiya ənənlərin davam etdimək niyyətindədir.

Çinin qarşısını daha almaq olmayacaq. O, artıq Honkonqu ələ keçirib, nəhayətdə Tayvana da sahib olacaq. Onda nə olacaq? Amerika Yaponiyanı da yanına alıb Cinlə nüvə müharibəsinə və üçüncü dünya müharibəsinə gedəcəkmi? Yoxsa Vaşinqton sadəcə kənara çəkiləcək? Bəs Hindistan, Pakistan nə olacaq?

Bu fəlakətdir. Küveytin azad olunmasını və Yuqoslaviyadakı münaqişənin sona çatmasını istisna edərsək, 30 il müddətində ABŞ-ın hegemoniyası diqqətçəkici heç bir uğura nail ola bilməyib. Amerika həmçinin öz sərhədləri içində də fövqəladə ciddi problemlərlə üz-üzədir: konstitutsiya böhranı ortadadır və Bayden kimi ikinci dərəcə heronkratlar yaxşı heç bir şey vəd etmirlər.

Öz güclərinə şübhələri yaranan Amerika elitası nihilist özünüməhvetmə strategiyasına dayanan qəribə və yanlış bir fəlsəfənin içindədirlər. ABŞ elitasında imperiyanı yaşatmaq üçün hərəkətverici heç bir şey qalmayıb: nə kapitalizm, nə demokratiya, nə də Amerika xəyalı… “Mikrotəcavüz qorxusu ilə yaşayan insanlar real şərlə mübarizə aparmaq üçün özlərində necə güc tapacaqlar? Amerika ictimaiyyətinə gəlincə isə, bu ictimaiyyət artıq Amerikadan kənarda olan dünya ilə qətiyyən maraqlanmırlar. Bütün bunlardan sonra Amerika imperiyası necə tənəzzül etməyə bilər?

Amerikanın İraqda və Əfqanıstandakı hərbi əməliyyatları uğurlu nəticəyə gətirib çıxara bilərdimi? Məsələ ondaır ki, hər hansı bir hökümət mərkəzləşdirilmiş qaydada sülh planlaya bilər, lakin bu fatal özünəgüvənməyə yol açar.

11 sentyabr şoku məndə elə təəssurat yaratmışdı ki, geniçmiqyaslı imperalist müdaxilə liberal demokratiyanı kapitalizmlə birlikdə bütün dünyaya yaay bilər. Arument çox sadə idi. Amerika bunu daha əvvəl Yaponiyada, Almaniyada eləmişdi. Bəs bunu İraqda niyə edə bilməsin? Bunun üçün ABŞ yolladığından qat-qat çox hərbiçini İraqa yollamalı idi və ictimaiyyət üzərində tam nəzarəti ələ keçirməliydi və işğalı on illər boyu davam etdirməliydi. Ona görə də ABŞ-ın İraqdakı bütün səyləri əbəs oldu.

Mən indi tam əminəm ki, Amerika təcrübəsi üzərində dövlət inşa eləmək olmaz. Dəyişiklilıər sürətli və orqanik olmalıdır. Əks təqdirdə onlar uzun müddəli olmayacaq. “Əl-Qaidə”, İran kimi təhlükələrə qarşı olmaq, xalqları genosiddən qorumaq bizim borcumuzdur, lakin liberal imperalizm həmişə əks nəticələr doğurur.

Artıq Qərb dünya üzərində nəzarətini itirib, dünya kütləvi miqrasiyalarla üzləşib və böyük dövlətlər valyuta müharibəsi aparmaqla yanaşı, təbii resurslar uğrunda da savaşırlar. Amerika imperiyası heç olmasa azadlığa və demokratiyaya inanırdı. Onun əvəzinə edəcək güc isə özünü liberal göstərmək üçün heç zəhmət belə çəkməəyəcək…

Tərcümə PİA.az-a aiddir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Politoloq: Rusiya çıxılmaz vəziyyətə düşüb...

Konfrans Liqası: "Zirə" tarixində ilk dəfə pley-off mərhələsinə vəsiqə qazanıb - Yenilənib

Kəlbəcərdə itkin düşən Təranə Zeynalovanın qalıqları Bərdədə dəfn olunub - Foto, Yenilənib

Naxçıvanda üç uşağa təcavüz etmiş manyak tutuldu

Sabiq məmur siyasətə qayıdır - "Qudalar İttifaqı" yenidən aktivləşəcək?

Yaxın iki həftə ərzində güclü zəlzələ ola bilər - Seysmoloq

Arsen Avakovun Zelenskinin yerinə gətirilməsi nə qədər realdır?

Bu gündən Azərbaycanda internetin qiyməti artıb

Heydər Əsədovun seçkidəki rəqibi danışdı – Açıqlama

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay