Bazar ertəsi, 29 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyə Fransadan necə intiqam aldı?  

Mali Türkiyənin Fransaya cavab zərbəsi ola bilər mi?!

Qərbi Afrikadakı Malidə hərbi çevriliş baş verdiyi güman olunur. Dünən səhər saatlarında paytaxt Bamako yaxınlığındakı hərbi bazada silah səsləri eşidilib. Bu hərbi baza 2012-ci ildə baş vermiş qiyamda da prezidenti istefaya məcbur edib. Mali prezidenti və baş nazirinin həbs olunaraq istefa verməyə və parlamenti buraxmağa məcbur edildikləri xəəbərləri gəlir.

Bəzi iddialara görə Malidə Fransa ilə Türkiyənin nüfuz müharibəsi davam edir. Fransa keçmişprezidentin islamçı qüvvələrlə mübarizədə ciddi nailiyyət əldə etmədiyini bəhanə gətirərək, 2012-ci ildə həm prezidəntə qarşı qiyamı dəstəkləmiş, həm də ölkə ərazisinə öz hərbi birləşmələrini yeritmişdi. Ondan sonra ölkə faktiki olaraq Fransa koloniyasına çevrilmişdi. Və ölkənin istər xarici siyasəti, istərsə də daxili siyasi vəziyyət fransız hərbçilərinin inhisarında idi.

Maraqlı məqam ondan ibarətdir ki, bir neçə gün əvvəl Türkiyə ilə Mali arasında hərbi əməkdaşlıq müqaviləsi imzalanıb. Məhz bundan 10 gün sonra, daha əvvəl Fransanən dəstəyi ilə islamçı hökuməti yıxan ordu, bu dəfə fransız marionetkasına çevrilmiş prezidentə qarı qiyam edib. Bunun ardınca isə qiyamı dəstəkləyən islamçı siyasi müxalifət birinci növbədə Fransa ordusunun Malidən çıxarılmasını tələb edib.

Görəsən Türkiyə Şərqi və Şimali Afrikadan sonra Qərbi Afrikada da nüfuz müharibəsinə qoşubmu?! İlk cəhddə Qərbi Afrikada möhkəmlənə bilməyən Türkiyə ikinci cəhddə bunu bacaracaqmı?! Hər cəbhədə Türkiyəyi qabağında görən Fransanın/Makronun əsəbləri nə qədər dözəcək ?!

Xəritə Aralıq dənizinin Yunanıstan və Misir istədiyi kimi vertikal və Türkiyə-Liviya istədiyi kimi diaqonal bölünməsini, bu bölünmədən yaranan mübahisəli əraziləri əks etdirir.

Turab Rzayev - siyasi analitik

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Daha bir VHP-çi namizəd kimi qeydə alındı - Fotolar

Son 4 ilə ən azı 43 milyon manatlıq tender udan şirkəti hökumətlə nə bağlayır? – Araşdırma

Dövlət qulluğuna qəbul imtahanında 22 nəfər uğur qazanıb

Faiq Ağayevlə Zülfiyyə Xanbabayeva illər sonra bir arada

Qeyri-sabit hava şəraiti sabaha qədər davam edəcək 

ETSN hava məlumatları ilə bağlı əhaliyə xəbərdarlıq edib

Abituriyentlər musiqi sənətinə aid nəzəriyyə fənləri üzrə imtahan veriblər - Yenilənib

Cəlilabadda hündürlükdən yıxılan azyaşlı ölüb

Gənclər və İdman Nazirliyi və MOK Azərbaycana qarşı təxribatla bağlı bəyanat yayıb

Xamenei Pezeşkianı İranın yeni prezidenti kimi təsdiqləyib

İsrailin xarici işlər naziri Livanla müharibədən qaçmaq üçün son şansı açıqlayıb

Lənkəranda intensiv yağışdan sonra Lənkərançay daşıb, həyətlərə su dolub - Foto, Video

Ən çox oxunanalar