Şənbə, 07 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Namik Ələskərov: “Neftçi”yə qarşı haqsızlıq etməmişəm”

“Müqaviləmdəki şərtlərə uyğun olaraq azad agent statusu almışam və Türkiyə çempionatında oynamaq şansından yararlanmaq istəyirəm”.

Bu fikirləri Türkiyənin “Bursaspor" klubu ilə müqavilə imzalayan “Neftçi”nin sabiq futbolçusu Namik Ələskərov “Instagram” hesabında yazıb.

26 yaşlı yarımmüdafiəçi bildirib ki, məsələ aydınlıq gətirmək üçün sevdiyi və həmişə onu dəstəkləyən “Neftçi” azarkeşləri qarşısında hesab verməyi özünə borc bilib:

“Bütün qaydalar və müqavilə şərtləri daxilində davrandığımdan, “Neftçi”yə qarşı haqsızlıq etmədiyimdən əmin olun. Ölkə xaricində oynamaq istəyi üstün gəldiyi üçün klubdan ayrılmaq məcburiyyətindəyəm. “Neftçi” klubunu, azarkeşlərini, komanda yoldaşlarımı, birlikdə qazandığımız qələbələri, çempionluğu unutmayacağam. Bu qələbələr üçün əlimdən gələn hər şeyi ən yaxşı şəkildə etdiyimə inanıram. Bu işdə mənə dəstək olmuş, üzərimdə haqqı olan hamıya təşəkkür edirəm”.

N. Ələskərov hər kəsin bir yol seçdiyini sözlərinə əlavə edib: “Mən bu seçimin astanasında olduğumu hiss etdim. Xaricdə oynamaq, qardaş Türkiyədə ölkəmizi uğurla təmsil etmək ən böyük arzumdur. İnanıram ki, sizin də dəstəyiniz və dualarınızla bu arzunu həyata keçirmək üçün düşən şansdan maksimum yararlanacağacam”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Politoloq: Azərbaycan Rusiyaya ciddi nota verməlidir...

Prezident İlham Əliyev İtaliyada Beynəlxalq Çernobbio Forumunda çıxış edib - Yenilənib

Azərbaycanda bu şəxsləri 5 il həbs cəzası gözləyir - Xəbərdarlıq

İran “Zəngəzur dəhlizi”nin açılmasını imkansız edən gücə sahibdir?

Bakıda satışa çıxarılan məşhur bina 2.5 milyon manat ucuzlaşdı

Əbülfəs Qarayevin qızının Rusiyadakı şirkətinin gəlirləri azalıb

Taleh Qaraşovun rəhbərlik etdiyi qurumun 730 minlik tenderi ləğv edildi

Mehriban Ələkbərzadə Corc Qafarovu işdən çıxardı

Direktorla müəllim arasında dava - Təcili yardım çağırıldı

Bakı, Sumqayıt, Abşeron üzrə pensiyaların ödəniləcəyi vaxt açıqlanıb

Ən çox oxunanalar